Mübariz Qurbanlı Masallıda: "Harada xurafat varsa, orada dini radikalizm var"


Azərbaycan prezidentinin İslam ölkələrinə həmrəylik çağırışı sülhə,

əmin-amanlığa, vəhdətə çağırışdır.


APA-nın məlumatına görə, bu fikir bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində "İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda keçirilən konfransda səsləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən tədbirdə Cəlilabad, Masallı və Yardımlı rayonlarının icra orqanlarının nümayəndələri, bələdiyyələrin sədrləri, din xadimlləri, dini icmaların və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmə baxıblar.

Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiiyyətinin başçısı Rafil Hüseynov rayonda dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.

Mübariz Qurbanlı Masallıda: "Harada xurafat varsa, orada dini radikalizm var"


DQİDK-nın sədri Mübariz Qurbanlı isə "Şəhadət" filminin əsas qayəsi barədə danışaraq vətən uğrunda şəhid olanların böyük xalq sevgisinə layiq olduğunu, özgə torpaqlarında dini radikal qruplarda döyüşənlərin isə elin qınağına çevrildiyini bildirib.

Mübariz Qurbanlı Masallıda: "Harada xurafat varsa, orada dini radikalizm var"


Ölkəmizdə dövlət-din münasibətlərinin qanunla tənzimləndiyini vurğulayan M.Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, müxtəlif xalqların nümayəndələrinin öz dini ayinlərini sərbəst, azad şəkildə icra etdiyini diqqətə çatdırıb.

Müsəlman dünyasında həmrəyliyə ciddi ehtiyacın olduğunu qeyd edən komitə sədri İslam adı altında müxtəlif cərəyanların yaranmasına və xurafata qarşı barışmaz mövqe nümayiş etdirməyin vacibliyini diqqətə çatdırıb: "Harada xurafat varsa, orada dini radikalizm var", - deyə o bildirib.

Həmin gün Masallı şəhərindəki Gənclər Mərkəzində konfransın ikinci panelində "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışnda qeyd edib ki, dini radikalizmə qarşı effektiv mübarizə üsullarından biri milli-mənəvi dəyərləri dərindən öyrənmək, təbliğ və təşviq etməkdir.

Mübariz Qurbanlı Masallıda: "Harada xurafat varsa, orada dini radikalizm var"


Qeyd olunub ki, milli-mənəvi dəyərlər geniş anlayış olaraq bütün sahələri əhatə etməklə bərabər, İslam dəyərlərimizi də özündə ehtiva edir. İslam dəyərləri isə olduğu kimi qorunmalı, öyrədilməli, gənc nəslə çatdırılmalıdır.

G.İsmayılov çıxışında diqqətə çatdırıb ki, əgər kimsə din adı altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında durmaq lazımdır.

"İslami dəyərlər insanlığa, bəşəriyyətə xidmət edən dəyərlərdir. Lakin, bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir.

Gənclərimizi, eləcə də cəmiyyətin bütün təbəqələrini intensiv aparılan dini maarifləndirmə yolu ilə məlumatlandırmalı, dini biliklərini zənginləşdirməliyik. Bu maarifçilik işi təkcə təhsil müəssisələrində deyil, kənd, qəsəbə, şəhər, rayonlarda, mədəniyyət müəssisələrində, qeyri-hökumət təşkilatlarında və digər yerlərdə aparılmalıdır"
, - deyə o bildirib.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılııb.

R4suloffR4suloff

OXUNMA SAYI :1288

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff