O gün Kərbəlada nə olmuşdu?


Məhəmmədin həyat yoldaşı Aişə, sağlığında cənnətlə müjdələnmiş sahabələrdən Ət-Təlhə və Əz-Zübeyrə kimi sahabələr dayanırdı. Belə qızğın bir zamanda guya islamdakı parçalanmanın qarşısını almaq üçün Xəvariclər- ilkməzhəb yarandı.


O gün Kərbəlada nə olmuşdu?


Xəvaric rəhbərləri islamdakı bu parçalanmaya son qoymaq və üçün Həzrəti Əlini və Müaviyəni öldürmək qərarına gəldilər. Buna görə iki qatil hazırlayıb Kufə və Şama yolladılar.

Rəşidi xəlifələrin dördüncüsü sayılan Hz. Əli 661-ci ildə məsciddə namaz qılan zaman ibn Mülcəm adlı xəvaric tərəfindən qılıncla ölümcül yaralandı və bir neçə gün sonra şəhadətə yetişdi. Ondan sonra şuranın qərarı ilə Xəlifə olan oğlu Həsən

Müaviyənin təzyiqlərinə davam gətirməyib (müharibə olmasını istəmədi) xəlifəlikdən əl çəkdi və aralarında müqavilə imzalandı. Şiə məktəbinin iddiasına görə müqaviləyə əsasən Müaviyədən sonra xəlifə yenidən Həsən olmalı idi. Əgər Həsən həyatda olmazsa xəlifəlik qardaşı Hüseynə çatacaqdı.

Müaviyə olduqca məkrli və uzaqgörən siyasətçi idi. O, Həsənin varlığından narahat olmaya bilmir və xəlifəliyinin onuncu ilində imamın Cudə adlı arvadını oğlu

Yezidə alacağı vədi ilə aldadıb zəhərlətdirir. İmam Həsən qırx günlük bir əzabdan sonra ölür, arvadını Müaviyənin adamları dənizdə boğurlar.

Müaviyə ölümünə az qalmış oğlu Yezidi varisi elan edir. Yezid elmli, musiqini və ədəbiyyatı bilən dünyəvi adam idi. Bizansa yürüşlərdə ad qazanmışdı. Deyilənə görə sarayda içki də içirdi.

Əməvilər həmişə imamlardan ehtiyat edəcəkdilər.

İmam Hüseyn və Abdullah ibn Zubeyd

Yezidin xəlifəliyinə etiraz edirlər. Qardaşından sonra Hüseyn Əməvi sülaləsinin ən böyük düşməninə çevrilmişdi. Yezid şuranın seçimi ilə deyil, varisliklə hakimiyyətə gələn ilk xəlifə idi. Məhz Yezidlə xilafət səltənətə keçdi.

Yezid hakimiyyətini möhkəmləndirmək və bununla da digər etirazçıları susdurmaq üçün Hüseyndən biət tələb edirdi. Çılğın və üsyançı təbiəti ilə qardaşından fərqlənən Hüseyn isə təqiblərə baxmayaraq biət etmək fikrində deyildi. Bu vaxtı kufəlilər yüzlərlə məktub yazıb onu Kufəyə dəvət edirlər. Kufəyə getməkdən başqa yolu qalmayana imam ailəsi və yaxın silahdaşları ilə Kufəyə üz tutur.

Kərbəla faciəsi burdan başladı Məhəmmədin həyat yoldaşı Aişə, sağlığında cənnətlə müjdələnmiş sahabələrdən Ət-Təlhə və Əz-Zübeyrə kimi sahabələr dayanırdı. Belə qızğın bir zamanda guya islamdakı parçalanmanın qarşısını almaq üçün Xəvariclər- ilk məzhəb yarandı. Xəvaric rəhbərləri islamdakı bu parçalanmaya son qoymaq və üçün Həzrəti Əlini və Müaviyəni öldürmək qərarına gəldilər. Buna görə iki qatil hazırlayıb Kufə və Şama yolladılar.

Rəşidi xəlifələrin dördüncüsü sayılan Hz. Əli 661-ci ildə məsciddə namaz qılan zaman ibn Mülcəm adlı xəvaric tərəfindən qılıncla ölümcül yaralandı və bir neçə gün sonra şəhadətə yetişdi. Ondan sonra şuranın qərarı ilə Xəlifə olan oğlu Həsən

Müaviyənin təzyiqlərinə davam gətirməyib (müharibə olmasını istəmədi) xəlifəlikdən əl çəkdi və aralarında müqavilə imzalandı. Şiə məktəbinin iddiasına görə müqaviləyə əsasən Müaviyədən sonra xəlifə yenidən Həsən olmalı idi. ƏgərHəsən həyatda olmazsa xəlifəlik qardaşı Hüseynə çatacaqdı.

Müaviyə olduqca məkrli və uzaqgörən siyasətçi idi. O, Həsənin varlığından narahat olmaya bilmir və xəlifəliyinin onuncu ilində imamın Cudə adlı arvadını oğlu

Yezidə alacağı vədi ilə aldadıb zəhərlətdirir. İmam Həsən qırx günlük bir əzabdan sonra ölür, arvadını Müaviyənin adamları dənizdə boğurlar.

Müaviyə ölümünə az qalmış oğlu Yezidi varisi elan edir. Yezid elmli, musiqini və ədəbiyyatı bilən dünyəvi adam idi. Bizansa yürüşlərdə ad qazanmışdı. Deyilənə görə sarayda içki də içirdi.

Əməvilər həmişə imamlardan ehtiyat edəcəkdilər

İmam Hüseyn və Abdullah ibn Zubeyd

Yezidin xəlifəliyinə etiraz edirlər. Qardaşından sonra Hüseyn Əməvi sülaləsinin ən böyük düşməninə çevrilmişdi. Yezid şuranın seçimi ilə deyil, varisliklə hakimiyyətə gələn ilk xəlifə idi. Məhz Yezidlə xilafət səltənətə keçdi.

Yezid hakimiyyətini möhkəmləndirmək və bununla da digər etirazçıları susdurmaq üçün Hüseyndən biət tələb edirdi. Çılğın və üsyançı təbiəti ilə qardaşından fərqlənən Hüseyn isə təqiblərə baxmayaraq biət etmək fikrində

deyildi. Bu vaxtı kufəlilər yüzlərlə məktub yazıb onu Kufəyə dəvət edirlər. Kufəyə getməkdən başqa yolu qalmayana imam ailəsi və yaxın silahdaşları ilə Kufəyə üz tutur.

Kərbəla faciəsi burdan başladı Hüseynin Kufəyə yollanmasından qorxuya düşən xəlifə Yezid onun ardınca Ubeydillah bin Zeydin başçılığı ilə qoşun göndərir. Qoşun Kərbəla yaxınlığında imam Hüseynin düşərgəsini mühasirəyə alır. Hüseyn danışıqlara

gedərək İraqı tərk etmək istədikdə Ubeydullah əvvəlcə onunlıa razılaşır. Lakin Yezidin hakimiyyətində xüsusi nüfuza sahib olan Şimir bin Zil-Cevşan bunun Əməvi xanədanı üçün təhlükə olduğunu düşünərək bu təklifi rədd edir. Əvəzində

isə Ömər bin Sədə mühasirəni daha da daraltmaq əmr olunur. Çadırlara-xeymələrə gedən su yolları bağlanır.

Bir neçə gün sonra düşərgədəki su ehtiyatı tamamilə tükənir. Düşərgədə kimlər var idi: İmam Hüseynin arvadı Leyla və başqa arvadları, bacısı Zeynəb, qardaşı Abbas Ələmdar, növcavan oğlu Əli Əkbər, xəstə yatağında olan Zeynalabidin (imamın soyunu məhz o davam etdirəcəkdi), 6 aylıq körpə oğlu Əli Əsgər, qızına adaxlı olan qardaşı oğlu Qasım, Abdullah və başqa qardaşı uşaqları, körpə qızı Səkinə, Ruqiyyə... Xüsusən qadınlar və uşaqlar susuzluqdan əziyyət çəkirdilər.

Tasua-vəfa gecəsi

Məhərrəm ayının doqquzuncu günü Hüseynə iki yol təklif

olunur: ya qeyd-şərtsiz təslim olmaq, ya da 30 minlik ordu ilə müharibə etmək. İmam bir gün artıq bu fani dünyada yaşamaq üçün yox, ibadət edib, Quran oxumaq üçün onlardan möhlət istəyir.

Onsuz Hüseyn Kərbəla çölündə şəhadətə çatacağını bilirdi. Şiə alimlərinin dediklərinə görə bu barədə hətta peyğəmbərdən də hədislər vardı. Axşam düşəndən sonra imam uzun bir xütbə oxudu. Tərəfdarlarına sabahkı qanlı döyüş barədə xəbərdarlıq

edib getmək istəyənlərin azad olduqlarını dedi. Amma heç kəs yerindən tərpənmədi, susuzluqdan qurmuş dodaqları ilə bir ağızdan imama sadiq olduqlarını bəyan elədilər.

Onda imam düşərgədəki bütün məşəllərin söndürülməsini əmr elədi. Bəlkə getmək istəyənlər imamdan utanırdılar, qoy qaranlığı imamın nurundan üstün tutanlar qaranlıq gecədə əriyib yox olsunlar. Səhər günəşinin ilk şəfəqləri bütün dünyanı nura qərq edəndə, Kərbəla düzü iki dəfə artıq nura qərq olmuşdu. Heç kəs düşərgəni tərk etməmişdi. Bu nur-imamın nuru onun şöləsinə toplananları hələ neçə əsr işıqlandıracaq.

Əməyi zay olan Abbas Susuzluqdan bağı qana dönən uşaqların, körpələrin çığırtısı bütün düşərgəni başına götürmüşdü. Bunu nalələri, fəqanları eşidib də çarəsizcə dayanmaq mümkün deyildi. O ki qaldı Abbas kimi qəzəbli insan ola. Zirehini geyinib qardaşının

çadırına yollanır. Daha bu nalələrə tab edə bilmədiyini deyir. Abbas mühasirən yarıb Fərat çayından su gətirmək üçün icazə istəyir. Amma imam müharibəyə birinci başlamayacaqlarını bildirib döyüşə icazə vermir, ancaq su gətirməyə razılaşır.

Dodaqları susuzluqdan qurumuş Abbas döyüşçülərin arasından ildırım sürəti ilə sıyrılıb Fəratın sahilinə çatır. Suyun parıltısı ürəyini sərinlədir. Əyilib bir qurtum içmək istəyəndə suda beşikdə ayaqlarını

döyəcləyən Əli Əsğərin əksini görür. Tez tuluğu su ilə doldurub düşərgəyə yollanmaq istəyir ki, əsgərlər qabağını kəsirlər. Kimsə qüvvətli zərbə ilə Abbasın qələm qolunu üzür, onda o su qabını o biri əlinə alır. Qüvvətli qılınc zərbəsi o biri qolunu da üzəndə Abbas dişləri ilə yapışır tuluqdan. Amma bunca zəhmətin faydası yoxdu. Abbasın qəzəbli gözlərini nişan alan namərd bir oxçu naşılıq edib tuluqu dələcək. Fəratın suyu körpə Əli Əsgərin qurumuş dodaqlarını

yox, min ilin çölünü sərinlədəcək.

Hür necə hür oldu

Ərəb döyüş qaydalarına əsasən döyüşə hər iki tərəf tək-tək döyüşə girirdi. Artıq döyüşə başlamaq zamanı idi. Abbas kimi qardaşdan sonra

daha itirməli nə vardı ki. Amma əvvəl imam düşmən ordu qarşısında çıxış edir. Onun çıxışından sarsılmış Yezid ordusunun sərkərdələrindən olan Hürr və başqaları peyğəmbər nəvəsinə qılınc çəkməkdən vaz keçib imamın tərəfinə keçirlər. Ömər bin

Səd ordunun bütünlükdə Hüseynin tərəfinə keçəcəyindən ehtiyat edərək döyüşün başlamasını əmr edir.

İlk döyüş imamla Təmim bin Kəhta arasında baş verir. Hüseyn bir qılınc zərbəsi ilə onun başını üzür. Bundan sonra Zeyd Ebtrahi ilə arasında döyüş oldu, onu da qılıncla öldürdü. Bundan sonra Hüseynin tərəfdarlarından Hür döyüşə girir. Döyüşdə başından yaralanan Hürü qolları arasında alan imam onun yarasını əbasından kəsdiyi parça ilə sarıyır.

Şah İsmayıl şübhə etdi, Xətai oldu

Şiə rəvayətçiləri Hürün cəsədinin allahın möcüzəsi ilə çürümədiyini, imamın sarıdığı sarğının açılması təqdirdə yaradan qan fışqıracağını rəvayət edirlər. Şah İsmayıl bu rəvayətə nədənsə inanmır və Kərbəla səfəri zamanı Hürün qəbrini açdırır. Şah cəsədin başındakı sarğını açdıqda yaradan açılan qan üzünə fışqırır:

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini

Bar ilahi, əfv qıl, tövbəkaram doğrusu.


Təkbətək döyüşdə imamın tərəfdarları fədakarca döyüşür, hər biri ancaq bir neçə düşmən əsgərini məhv etdikdən sonra şəhid olurdular. Nisbətlə götürəndə Yezidin ordusundan xeyli adam qırılmışdı.

Şəhid olmaq sırası imamın oğlu Əli Əkbərə çatır. Ardınca əmisi Həsənin oğlu Qasım şəhid olur. İmam gecə ikən çoxdan adaxlı olan qardaşı oğlunu qızına evləndirmişdi. Muradına yetməyən Qasim quru torpaqdaca qanına qəltan olur.

Düşərgədəki bütün kişilər bu qeyri-bərabər döyüşdə şəhid oldu. Düşərgədə Hüseyndən, xəstə oğlu Zeynalabidindən (imaməti o davam etdirəcəkdi) və körpə Əli Əsgərdən başqa kişi qalmamışdı.

Susuz körpəni boğazından vururlar

Susuzluqdan əziyyət çəkən körpənin ağlaması yas tutan qadınların fəğanından betər olmuşdu. Uşaq heç cür sakitləşmirdi, daha beşiyini döyəcləməyə də taqəti qalmamışdı, gücü ancaq bu

dünyaya gələn hər bir insanın ilk bacardığı şeyə-ağlamağa çatırdı. Onu yalnız su, bir qurtum su sakitləşdirərdi.

İmam Hüseyn körpəsini əlləri arasına alıb qoşunun qabağına çıxır, heç olmasa yer üzünün sonuncu peyğəmbərinin nəticəsi üçün bircə qurtum su istəyir. Bu səhnədən daş da yumşalardı, amma Ömər bin Səidin daş qəlbi yumşalmır. O Hurmala bin Kahil adlı oxçusuna əmr edir ki, uşağı nişan alsın. Ox Əli Əsgərin boğazını dəlib keçir.

Başını Şümür kəsdi

Hüseyn körpəsini dəfn etdikdən sonra yenidən ordunun qarşısına çıxdı, onları allahdan qorxmağa səslədi. Onda Şümür imama hücum etməyi əmr etdi. Qoşun hər tərəfdən nizə və oxlarla ona hücum etdi. Bir anda onlarla

ox və nizə bir zamanlar peyğəmbərin əlinin dolaşdığı bədənə sancıldı. İmamın cansız bədəni yerdə sərəli qalmışdı. Amma heç kəs cürət edib ona yaxınlaşa, döyüşün son aktını yerinə yetirə, imamın başını kəsə bilmir.

Şümür qabağa gəldi və qılıncını göyə qaldırıb bir daha endirdi. Peyğəmbər körpə Hüseyni əzizləyəndə həmişə boynundan öpərdi. Şümür qılıncını peyğəmbərin dodaq yerinə endirmişdi.

“Dur, Şamə gedir Zeynəbi-nalan”

İmam Hüseynin şəhadətindən sonra ordu düşərgəyə hücum elədi. Xeymələr yağmalandı, imamın ailəsi təhqirlərə məruz qaldı. Yezidin əmrini yerinə yetirmiş ordu başda imamın xəstə oğlu olmaqla qadınlarını əsir götürüb təntənə ilə Şama tərəf yollandı.

Qafilənin üstündə dalğalanan utanc bayraqlarının arasından bir baş şölələnirdi. Bu Peyğəmbər nəvəsinin nizəyə sancılmış başı idi.
R4suloffR4suloff

OXUNMA SAYI :342

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff