Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.




İspaniyanın ən böyük vilayətlərindən olan Kataloniya hazırda dünyanın diqqət mərkəzindədir. İzləyicilərimizin bu vilayətə marağını nəzərə alaraq Vikipediyada Kataloniya haqqında məlumatları (bəziləri 10 il əvvəlki olsa belə) onlarla paylaşmaq qərarına gəldik.

Həmçinin yazının sonun Kataloniyada bu günki vəziyyətlə bağlı müsavat.comun təqdim etdiyi yazını diqqətinizə çatdırırıq.

Kataloniya — (Katalan dili: Catalunya; Aran dili: Catalonha) İspaniyanın şimal şərqində yerləşən muxtar vilayət. Kataloniyanın Aralıq dənizi boyunca 580 km sahili var. Burada 3 rəsmi dildə danışılır: İspan dili, Katalan dili və Aran dili. Aran dilində Aran vadisində təxminən 7 min nəfər danışır. Bu dil Oksitan dilinin bir ləhcəsidir. 2006-cı ildə aparılan hesablamalara görə Kataloniyada 7 135 000 nəfər yaşayır. Əhalinin təxminən 13%-ni mühacirlər təşkil edir. Son referendumun nəticələrinə görə Kataloniya Avropanın ən muxtar vilayətidir.

Mündəricat

1 Coğrafiyası ·
2 İqtisadiyyatı ·
3 Muxtariyyətə aparan yol.
4 Muxtariyyətin artırılması ·
5 Bayram ·
6 İstinadlar ·
7 Həmçinin bax Coğrafiyası Pireney yarımadasının şimalında Fransa və Andorra ilə həmsərhəddir. Qərbdə Kataloniya Araqon regionu ilə, cənub-qərbdə Valensiya ilə həmsərhəddir. Barselonadan başqa Kataloniyanın digər böyük şəhərləri Tarraqona, Leyda, Jirona, Manresa, İqualada, Martorel, Terrassa və Sabadeldir. Sahil

xəttinin uzunluğu 580 kilometrdir. Müxtəlif sahil və çoxsaylı çimərlikləri vardır. Kataloniyada, əsasən şimalında İspaniyanın bir neçə əhəmiyyətli qoruğu yerləşir.

Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır və İspaniya ümumi daxili məhsulunun 23%-ni verir. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən ümumi daxili məhsul isə Almaniyadakı səviyyədədir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşir. Yeraltı sərvəti olmayan Kataloniyada kənd təsərrüfatına əhalinin cəmi 2%-i cəlb olunub. İqtisadiyyatının aşağıdakı sahələri vardır.

· Plastik kütlənin istehsalı — 4%

· Elektronika və maşınqayırma — 6%

· Farmasevtika və kimya sənayesi — 16%

· Toxuculuq istehsalı — 6%

· Kağız və çap sənayesi — 7% · Metallurgiya — 9% · Qida sənayesi — 17%

· Nəqliyyat təchizatı — 13% · Hasilat sənayesi — 8% · Digər — 8% Muxtariyyətə aparan yol

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 000 km² ərazisi və 7 milyon əhalisi olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Katalonların Şimali Afrikanın iberlər tayfasından formalaşdığı və eramızdan 700 il əvvəl Afrika qitəsindən İspaniyaya köçərək indiki Barselonanın ətrafında məskunlaşdıqları bildirilir. Bizim eranın 414-cü ildə vestqotlarİspaniyanın şimalını ələ keçirərkən, bölgəyə Qotaloniya adı verirlər. 1804-1808-cü illərdə Kataloniya Fransa müstəmləkəçiliyinə qarşı qiyam qaldırır. Napoleonun qoşunları Kataloniyaya daxil olaraq, Barselonanı dağıdırlar. Kataloniya 1833-cü ildə sənaye inkişafına baş vurur. İspaniyada ilk dəmir yolu 1848-ci ildə Kataloniyada istifadəyə verilir. Bu illərdə Kataloniyada sənət, ədəbiyyat və mədəniyyətin digər sahələri sürətlə inkişaf edir. 1871-ci ildə Kataloniya İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. 1898-ci ildə ABŞ-la müharibədə müstəmləkələri - Kuba və Puerto-Rikonu itirən İspaniya krallığının tənəzzül dövrü başlayır və bu, Kataloniyaya da sirayət edir. Kataloniyada 1914-cü ildə yerli özünüidarə şurası formalaşır. Şuranın müstəqilliyə çalışmasının qarşısı İspaniyanın o zamankı diktatoru Primo de Rivyera tərəfindən alınır. Kataloniya ilk dəfə İspaniya Respublikasının tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır. Ancaq faktiki olaraq bu statusdan yararlana bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. Burada 1980-ci ildə keçirilən parlament seçkilərində Hordi Puyol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır. Kataloniya prezidentini dörd ildə bir dəfə parlament seçir.

Əhalisinin əksər hissəsi katalonlardan formalaşan bölgədə iki rəsmi dil var: katalon və ispan dili. Katalon dili roman dil qrupuna aiddir, ispan dilindən fərqlənir. Kataloniyanın dövlət universitetlərində və məktəblərində təhsil katalon dilində aparılır. Yaşayış məntəqələrinin əksəriyyəti katalon mənşəlidir. Muxtariyyətin artırılması

Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daim gündəmdədir. 2003-cü ildə Paskual Maraqal Kataloniyanın prezidenti seçildikdən sonra seçicilərə bölgənin statusunu dəyişdirəcəyini vəd edir. Bu vəddən bir il sonra işçi komissiya təsis edilərək yeni status üzərində çalışmalara başlanılır və 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Bu sənəd təsdiq olunmaq üçün İspaniyanın müvafiq orqanlarına göndərilir. Lakin Kataloniyanın yeni statusu İspaniyanın dövlət və ictimai dairələrində geniş müzakirə mövzusuna çevrilir və mərkəz muxtar bölgənin daha böyük status istəyini etirazla qarşılayır. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanaraq, Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.

Eyni zamanda İspaniyanın şəhərlərində ölkənin bütövlüyü uğrunda mitinqlər keçirilir. İspaniya müxalifəti Kataloniyanın istəyinə yumşaq münasibət göstərdiyinə görə baş nazir Hose Luis Rodriqes Sapateronu kəskin tənqid edir.

Vəziyyət böhranlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Referenduma marağın az olmasına baxmayaraq, sənəd bəyənilir. Bununla da Kataloniyanın muxtar statusu bir qədər də artırılır.

Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid öz üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin tən yarısı Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.

Kataloniyaya verilən bu geniş səlahiyyətlərə baxmayaraq, ara-sıra müstəqillik çağırışları da eşidilir. 13 dekabr 2009-cu ildə Kataloniyada qeyri-rəsmi referendum keçirilir. Referenduma əhalinin cəmi 30%-nin qatılsa da, onların 94%-i bölgənin müstəqilliyinə səs verir.

Kataloniyanın müstəqllik tərəfdarları arasında məşhur simalar da var. Bunların arasında Barselona futbol klubunun prezidenti Huan Laportanın adını çəkmək olar

Kataloniya böhranı: dünən və bu gün bəlli, bəs sabah?

Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

Bütün hallarda Kataloniya məsələsinin taleyinə ispan xalqının özü və onu təmsil edən legitim strukturlar qərar verəcək

Kataloniya artıq rəsmən öz müstəqilliyini elan edib. İş bundan sonra siyasi problemin həllinə qalıb. İspaniyanın öz ərazi bütövlüyünü qoruyub qorumayacağı məsələsi isə qeyri-müəyyən görünür. Çünki Kataloniyanın ardınca digər muxtar bölgələr də eyni istəkdə ola bilərlər.

Musavat.com xarici mənbələrə istinadən Kataloniya böhranının tarixi mərhələlərini təqdim edir.

Kataloniya dövlətinin tarixinin 988-ci ildən başlandığı güman olunur. Həmin il Barselona qrafı II Borrel Fransa kralının vassalığını rədd edərək müstəqiliyyini elan etdi. Kataloniyada həmin il dövlətçiliyin başlanğıcı hesab edilir.

II Borrel


12-ci əsrdə Barselona qraflığı və Araqon krallığı arasında nikah ittifaqının nəticəsində Barselona Araqon krallığının tərkibinə daxil olur.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

Araqon, yəni həm də Kataloniya 1516-cı ildə I Ferdinand və Kastiliyalı İzabellanın nikahı ilə vahid İspaniya krallığının bir hissəsinə çevrilir. 1714-cü ildə isə İspaniya kralı V Filip Burbon Kataloniyanı tamamilə ilhaq edir.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

V Filipp


Kataloniyalalar bundan sonra ilk dəfə 1871-ci ildə müstəqillik qazanmağa cəhd edirlər. Lakin uzun sürən müzakirələrdən sonra İspaniya krallığının tərkibində qalmağa razılıq verirlər. İspaniyada ötən əsrin 30-cu illərində tüğyan edən vətəndaş müharibəsi zamanı Kataloniya yenidən müstəqliyyini elan edir. Lakin hakimiyyətiə gələn general Franko katalonların bu arzusunu da gözlərində qoyur. Franko dövründə aparılan bəzi repressiv tədbirlər separatçılıq ideyalarının bölgədə daha da populyarlaşmasına gətirib çıxarır.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

General Franko


Kataloniya yalnız Frankonun ölümündən sonra nisbi muxtariyyatına qovuşur. 1979-cu ildə Kataloniya muxtar status alan 17 bölgədən biri olur. Mərkəzi hakimiyyət təhsil, səhiyyə, nəqliyyat kimi sahələrdə, o cümlədən yerli parlament və hökumət qurmaq səlahiyyətlərini bölgə xalqına həvalə edir. Lakin İspaniya parlamenti bölgə hökumətinin və parlamentinin istənilən aktını ləğv etmək yetkisini özündə saxlayır.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

Bu vəziyyət 2005-ci ilə qədər davam edir. Həmin il baş nazir Xose Luis Sapatero hökuməti katalonların hüquqlarının genişləndirilməsi ilə bağlı qərarlar qəbul edir. Hökumət katalonların ispan xalqının tərkibində millət olaraq tanınması, bundan başqa vergilərin (ƏDV və gəlir vergisi kimi) bir hissəsinin yerli hökumətə verilməsi ilə bağlı islahatlar paketi hazırlayır. Yeni paketə İspaniya parlamentinin hər iki palatası, Kataloniya parlamenti və nəhayət 2006-cı ilin iyunun 18-də keçirilən referendumda bütün kataloniyalılar dəstək verir.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

Xose Luis Sapatero


Lakin bu İspaniyanın qalan hissəsində güclü narazılığa səbəb olur və hazırkı baş nazir Mariano Raxoyun Xalq partiyası qərarı Konstitusiya məhkəməində şikayət edir. 2010-cu ildə İspaniya

Konstitusiya məhkəməsi katalonların öz vergilərini toplamaq və ayrıca xalq olaraq tanınması haqqında müddəaları ləğv edir.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.
2009-cu ildə Kataloniyada yerləşən və cəmi 9 min əhalisi olan Arenş da Mun şəhərini meri Xoan Rabaseda Kataloniyanın ayrılması barədə xalq məsləhətləşməsi” adı altında mini referendum keçirməyə nail olur.

2010-cu ildən başlayaraq sentyabrın 11-də isə milli “Dia” bayramı günündə (Kataloniyanın İspaniyanın tərkibinə keçməsi) hər il Barselonada yüz mənilərlə insan etiraz nümayişinə çıxır. Bu mümayişlərin təşkilatçıları iki ictimai qurum-Omnium Cultural və Kataloniya Milli Yığıncağı olur. Təşkilatların on minlərlə üzvü və olduqca yaxşı maliyyə bazasına malik olduğu bilinir.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

2014-cü ilin noybarın 9-da Kataloniya hökumətini başçısı Artur Mas “referendum” adı ilə ümumkatalon məsləhətləşməsini həyata keçirir. (referendum Konstitusiya məhkəməsini qərarı ilə qadağan olunur). Bu “məsləhətləşəmədə” separatçılar 80%-lik üstünlüyə malik olurlar. Lakin bir çox ekspertin rəyinə görə bu rəqəm Kataloniyada hələ də üstünlük təşkil edən müstəqillik əleyhdarlarının passiv mövqeyi nəticəsində əldə edilir.
Ispaniya. Kataloniya vilayəti. Vikipediyada və bu günkü mətbuatda.

Məhz bu “məsləhətləşmə” oktyabrın 1-də keçirilən referendumun təməlini qoyur. Müstəqillik tərəfdarı sayılan siyasi qüvvələr “Junts Pel Si” (“Birlikdə hə cavabı”) adı altında koalisiyaya daxil olaraq 18 aydan sonra artıq tam hüquqlu referendum keçirməyə qərar verirlər.

Məhz 18 ay bu ilin oktyabrına təsadüf edir. Kataloniyanın yeni baş naziri isə daha sərt xətt yürütməyin tərəfdarı sayılan, Jirona şəhərinin meri Karles Puçdemon olur.

Sentyabrın 6-da Kataloniya hökuməti referendumun keçirilməsi haqqında qərarı yerli parlamentdən keçirir.

İspaniya Konstitusiya məhkəməsi bu qərarı da ləğv edir. İspaniya prokurorluğu isə əyalətin 948 şəhərini merindən 700-nə məktub göndərərək onların bu aksiyaya qoşulması halında həbslərlə hədələyir.

Kataloniyaya 10 mindən çox Mülki polis göndərilir. Seçki keçirlməsi üçün nəzərdə tutulan yerdə həbslər aparılır, milyonlarla bülleten müsadirə edilr. Lakin görünür bütün bunların heç biri referendumun keçirilməsinə əngəl olmur.

Karles Puçdemon müstəqillik haqqqında referendumun baş tutduğunu artıq bəyan edib. İspaniya hökuməti və onun başçısı Xuan Ma isə bunu qətiyyətlə rədd edərək, yerli hökumətin konstitusiyaya zidd fəaliyyət göstərdiyini bildirir.

Hər halda Kataloniya İspaniyanın tarixi ərazisi və onun tərkib hissəsidir və burada mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən istənilən referendum qeyri-qanunidir. Bütün hallarda Kataloniya məsələsinin taleyinə ispan xalqının özü və onu təmsil edən legitim strukturlar qərar verəcək.

Musavat.com

Son məlumatlara görə Kataloniya yaxın günlərdə tam müstəqil olacaq. Bunu həmin vilayətin baş naziri bəyan edib.
R4suloffR4suloff

OXUNMA SAYI :237

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff