Məktəbə getməyənlərin say artımı...




"Exo" qəzetində "Təəssüf ki, hər il məktəbə getməyən uşaqların sayı artır..."

Məktəbə getməyənlərin say artımı...


http://ru.echo.az/?p=63157 sərlövhəli məqalə oxumaq olar.

Müəllif bir qrup uşağın təhsil ala bilməməsinin səbəblərini ekspertlərlə müzakirə edir.

Müəllif deyir ki, məktəbə getməyən uşaqlarla bağlı konkret statistika mövcud deyil, amma ekspertlər onların sayının az olmadığını bildirirlər: "Məktəb təhsil sistemindən nə qədər uşağın kənarda qalmasını demək çətindir, amma burada söhbətin minlərlə uşaqdan getməsi birmənalıdır. Problemi dərhal həll etmək mümkün deyil, amma hökumət tərəfdən ciddi nəzarətin olması zəruridir", Müstəqi Müəllimlər Birlyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bunu qəzetə bildirir.

Burada səbəblərin çoxluğuna diqqət çəkən ekspert maddi imkansızlıq, bir də valideynlərin günahı üzündən məktəbə getməyən iki kateqoriyanın mövcud olduğunu xüsusi vurğulayır.

"Hər il məktəbə getməyən uşaqların sayı artır, amma cəmi 25 il öncə bu problem yox idi, indi təhsilsiz nəsil böyüyür, orta təhsil almaq məcburidir. Hökumət aztəminatlı ailələrə məktəb geyimi, ayaqqabı, məktəb ləvazimatları almağa kömək etməlidir". Bunu isə qəzetə Uşaq Hüquqları üzrə QHT Alyansinin rəhbəri Nabil Seyidov deyir.

N.Seyidov hesab edir ki, məktəbə getməyənlər aztəminatlı ailələr içindədir: Bu, təqribən 90 min uşaq deməkdir, bunun yarısı maddi çətinlik üzündən məktəbə getmir, qalan yarısı isə risk qrupuna aiddir ki, istənilən vaxt məktəbə getməyə bilər".

Ekspert deyir ki, bu problemlər özünü daha çox ölkənin regionlarında göstərir.

N.Seyidov xatırladır ki, məktəbə getməyən daha bir qrup "küçə uşaqları"dır ki, bunların sayı 2-5 min nəfər arasındadır, daha bir qrup dilənçilik edən uşaqlar kateqoriyasıdır ki, bu "küçə uşaqları" kateqotiyasına aid deyil və onalrın sayı daha çoxdur.

Ekspert deyir ki, daha bir qrup əlilliyi olan uşaqlardır və kateqoriyaya aid 63 min uşaqdan 10 min nəfəri təhsil ala bilmir, səbəb də budur ki, ölkədə inklüziv təhsil sistemi yoxdur.

Həyat statistika deyil..

Redalsiyadan: Bu məlumata bir sıra məktəblərdə dərsliklərin də verilməsində problem olduğunu, daha doğrusu, bir çox uşaqlara, bəzən bütöv bir sinfə dərsliyin

çatmadığını, bəz uşaqların məktəbə getmək üçün ayaqqabı, çanta və sair ala bilməməsini əlavə etsək, mənzərə daha ağrılı görünər..
R4suloffR4suloff

OXUNMA SAYI :220

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff