• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

“O səs Türkiyə”ni heyran edən masallılı (Video)


Bir neçə ay öncə saytımızda sizə “Masallının Pavorottisi” kimi təqdim etdiyimiz Adil Baxışlının (cenubxeberleri.com) səsi Türkiyənin ən məşhur proqramlarından sayılan yüz milyonlarla izləyicisi olan “O Səs Türkiyə”dən gəldi.

“O səs Türkiyə”ni heyran edən masallılı (Video)


Məlumat üçün bildirim ki, Adil Baxışlı Masallı rayonunun Dadva kəndində anadan olub, Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 2012-ci ildə “Eurovision” nın Azərbaycandakı seçim turlarındakı finalçılarından olub.

Adil Baxışlı Bakıda yaşasa da, onu tez-tez cənub bölgəsindəki şənliklərdə də görmək olur.

Amma qəribəsi odur ki, Adil Baxışlıya ölkə telekanalları az yer ayırır.

Elə onun “O səs Türkiyə” verilişindəki 7 oktyabr axşamı qazandığı uğurunu oktyabrın 8-i səhər 9:00-a qədər heç bir aparıcı sayt işıqlandırmamışdı.
Bütün hallarda 28 yaşlı bu masallılı gəncin qarşıda daha böyük uğurlar qazanacağına ümidlərlə ona daha uca zirvələr arzulayırıq.

Aşağıdakı videoda Adil Baxışlının “Türkiyə o SƏS ” verilişində ingilis dilində oxuduğu mahnını sizə təqdim edirik.



[media=https://www.youtube.com/watch?v=6c5suJzoG5U]
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 498

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter