Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...




Sentyabrın sonunda "Moskva" yarmarkasında - paytaxtın ən böyük ticarət komplekslərindən birində kütləvi dava baş verdi.

Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...

İnsidentin alovlanmasının səbəbi kimi yerli mühafizə işçilərinin tacirlərdən birini döyməsi göstərilir: cavan ticarətçi "yuxarı" çatacaq hesabı ödəməkdən imtina etmişdi...

Bu hadisə əyani olaraq göstərir ki, Moskvanın ən böyük bazarları, ticarət mərkəzləri qanundan tamamilə uzaq - "oğru" qaydaları ilə nizamlanır.

Moskvanın ticarət obyektlərinin hasarları arxasında baş verən "tünd işlər" haqda təfərrüatları oxucuların diqqətinə çatdırırıq.


Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...

18 avqust 2016-cı ildə gecə saatlarında qara rəngli "Range Rover İstanbulun mərkəzi mehmanxanasının yanında güllə-baran edildi. Cinayət başında 65 giliz tapılmışdı. İsrail istehsalı tapança-pulemyotlar olan "Uzi"lərdən yolsuzluq avtomobili deşik-deşik edilmişdi.

Hədəf "Range Rover"in arxa oturacağında oturmuş Lənkəranski ləqəbli, 41 yaşlı azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev idi. Qatillərin güllələri hədəfə çatır: Lənkəranski ağır yaralanır və həmin gün "Florence Nightingale" klinikasında dünyasını dəyişir. Onun cəsədi xüsusi reyslə Azərbaycanın Lənkəran şəhərinə çatdırılır və 19 avqust 2016-cı ildə dəfn edilir. Matəm mərasimdə minlərlə insan iştirak edir...

Məhz Lənkəranskini Aslan Usoyanın (Ded Xasan) 2013-cü ildəki qətlinin mümkün sifarişçisi hesab edirdilər. Ehtimal ki, kürdlər Lənkəranskidən bu yolla qisas aldılar. Amma Lənkəranskinin düşmənləri arasında kriminal dairələrdə "Lotu Quli" ləqəbi ilə məşhur olan, azərbaycanlı kriminal avtoritet, 44 yaşlı Salifov Nadir Nəriman oğlu da var. O, 27 yaşında, 2000-ci ildə "qanuni oğru" tacına yiyələnib. Nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının redaktoru Viktoriya Qefterin sözlərinə görə, Lotu Quli Azərbaycan qanuni oğrularının arasında qeyd-şərtsiz ən nüfuzlusudur.

Adətən kriminal avtoritetlərin, qanuni oğruların bütün ticarət işləri yad gözlərdən gizlədilir. Bununla belə, Viktoriya Qefter qeyd edir ki, Lənkəranskiyə Moskvanın mərkəzində, Kolujskaya şossesində şəhərin ən nəhəng ticarət nöqtələri aid idi. "Food City" ən böyük topdan-pərakəndə ərzaq satışı mərkəzidir. Canıyevin ölümündən sonra "təsərrüfat"la Lənkəranskinin əmisi oğlu 39 yaşlı Zaur Əhmədov məşğul olmağa başladı.


Təhlükəli miras

Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...

Çiçəklənən biznesmen Əhmədov öz əmisi oğlunun qətlini unutmurdu: "Praym Kraym"ın məlumatına görə, o, dəfələrlə bildirirdi ki, Rövşəndən qalan saysız-hesabsız sərvətləri xərcləməyə hazırdır, təki onun qisası alınsın.

Nüfuzlu cinayətkar fiqurlardan Əhmədovun təhlükəli planını heç kəs dəstəkləmədi. Agentlik qeyd edir ki, operativ məlumatlara görə, məhz o, bu yaxınlarda Lotu Qulinin adamlarının güllələnməsinə sponsorluq edib.

"Əhmədov Lotu Quliyə qarşı Rövşənin etdiyi eyni siyasəti həyata keçirir və buna görə də, Zaurun həyatı tükdən asılıdır", - Viktoriya Qefter Qulinin gücünü izah edir.

Əsasların arasında lider

Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...

Bəzi mənbələrin məlumatına görə, paytaxtın ən böyük bazarlarına nəzarət Bakinski ləqəbli Vaqif Suleymanovun da əlində ola bilər - o, qanuni oğrulardan Rusiya ərazisində leqal yaşamaq icazəsi olan yeganə şəxsdir. Lakin Viktoriya Qefter bunu istisna edir. Təcrübəli kriminal jurnalist dəfələrlə məqalələrində Vaqifin bazarlardan uzaq durmağa çalışdığını yazıb...

Eyni zamanda, ticarət mərkəzlərinə nəzarətə Gəncinski ləqəbli qanuni oğru Rəşad İsmayılov cəlb olunmuş ola bilər. Ancaq "Praym Kraym"ın fikrincə, bu da həqiqətdən uzaqdır.

"Rəşad Lotu Qulinin adamıdır, o, heç nəyə ayrıca nəzarət etmir. Dediyim kimi Quli azərbaycanlılar arasında nömrə birdir, buna görə də, məhz o, hər şeyə nəzarət edir", - Viktoriya Qefter izah edir.

lbəttə, cinayət dünyasından danışarkən, narko-ticarəti yada salmamaq olmaz. Belə ki, Əfqanıstandan gələn heroin önəmli ölçüdə virtual və səyyar ticarətçilərin köməyi ilə küçələrdə satılır. Tacik mobil operatorları bu işdə son rolu oynamırlar. Amma maraqlısı budur ki, azərbaycanlıların məşğul olduqları ənənəvi çiçək biznesi, Latın Amerikası ölkələrindən gələn kokainin satılmasında əvəzsiz rol oynayır", - redaktor bildirir.

Gül kimi narkotik

Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...

Onu da qeyd etməyə lazım bilirik ki, Milli Narkotik Əleyhinə İttifaqın sədri Nikita Luşnikov mətbuata aşıqlamasında kokainin çiçək mağazalarında satıldığını bildirib.

Onun sözlərinə görə, sxem sadədir: satıcılar əllərində buketlərlə küçəyə çıxırlar, müştəri-sürücü avtomobilin şüşəsini açır və "gülləri" alır. "Mən əminəm ki, Daxili İşlər Nazirliyində bu haqda bilirlər", - narkotiklərlə mübarizəçi davam edir - "Amma bir-iki səyyar satıcını saxlamaq effektsiz olduğu üçün əməkdaşlar, ehtimal ki, cinayətkar qruplaşmanı böyük miqyasda zərərsizləşdirmək istiqamətində sistem hazırlamağa çalışırlar. Bu da öz növbəsində çətindir, çünki narkotik alverçiləri peşəkarlıqla hərəkət edirlər və satış nöqtələrini daim dəyişirlər".

Cinayətkar biznes şəbəkəsi 2 səbəbdən gül dükanlarını seçib. Luşnikov qeyd edir ki, birincisi, xırda ticarət nöqtələri ilə razılaşmaq daha rahatdır. Əsasən satıcılar miqrantlardan ibarət olur ki, onlar sürətli və yüngül qazancdan imtina etmirlər. İkincisi, gül dükanları gecə-gündüz işləyir və narkotiklər bir qayda olaraq, gecə alınır. Publika.az
R4suloffR4suloff

OXUNMA SAYI :308

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff