Xəzər müəllimin müxalifət sevgisi||--||

Xəzər müəllimin müxalifət sevgisi||--||



...Çoxlarına bəllidir ki, hətta paytaxtda aparıcı müxalifət partiyalarına qərargah verilmir, hətta AXCP sədrinin ümummilli pasport almasına şərait yaradılmır. İndi nədən Yardımlıda siyasi partiyalara belə şərait yaradılıb?

Həmin hesabat məruzəsində göstərilən digər yalan və saxta rəqəmlər başqa yazının mövzusudur. Bu yazıda isə məqsədimiz icra başçısının siyasi partiyaların otaq təminatı ilə bağlı söylədiyi ağ yalana münasibət bildirməkdir.

Öncə qeyd edək ki, Yardımlı rayonunda 16 yox, ən yaxşı halda 6 siyasi partiyanın - AXCP, Müsavat, YAP, VHP, Ədalət, Ümid partiyaları yerli təşkilatlarının fəaliyyəti hiss olunur. Siyahıya daxil edilən Sosial Rifah, Böyük Qurtuluş, Ana Vətən, Vətəndaş Birliyi, Demokratik İslahatlar və digər partiyaların rayon təşkilatlarının isə aylarla, illərlə varlığı hiss olunmasa da, onlar yalnız seçkilər zamanı yerli hakimiyyətə səsləri saxtalaşdırmaqda və yalançı bəyanatlar verməkdə lazım olur. Hansı ki, bu təşkilatların rayonda nəinki otağı, heç təmsilçisi məlum deyil.

Yardımlı icra hakimiyyətinin siyasi partiyaların (iqtidar və iqtidaryönlü partiyaları çıxmaq şərti ilə) fəaliyyəti üçün şərait yaratması məsələsinə gəldikdə isə ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində biz, müxalifət təmsilçiləri Xəzər müəllimin qayğısını və məhəbbətini çox yaxından hiss etdik. Məhz icra başçısı Xəzər Aslanov və onun müavinləri M. Mirzəyev və A. Əkbərli bütün çirkin üsulları işə salaraq Yardımlıda 200 nəfərdən çox AXCP, Müsavat, Ədalət. ÜMİD, VHP təmsilçisi və bir o qədər müstəqil namizədlərin bələdiyyə seçkilərinə qatılmasına imkan vermədi. Görünməmiş zorakılıq və özbaşınalıqla yüzlərlə insanın seçki hüququ pozuldu. 1-2 nəfər istisna olmaqla heç bir müxalifət və müstəqil namizəd bələdiyyəyə öz namizədini irəli sürə bilmədi. O cümlədən AXCP Yardımlı rayon təşkilatının sədri Gülbala Əhmədlinin namizədliyinin qeydə alınmaması üçün Xəzər Aslanov və müavini M. Mirzəyevin etdikləri saxtakarlıqlar nəinki yardımlılara, eləcə də mətbuat vasitəsi ilə bütün ölkəyə bəlli oldu.

Siyasi partiya təmsilçilərinə qarşı bu qədər özbaşınalıq edən şəxslər indi heç xəcalət çəkmədən bildirirlər ki, guya bizi iş otaqları ilə təmin ediblər. Bu, insanları ələ salmaqdan başqa bir şey deyil. Biz dəfələrlə rəsmi müraciət edib, şəxsən şöbə müdirlərinin qəbulunda olsaq da, təşkilatlarımız üçün qərargah problemini həll edə bilməmişik. Onlar nəinki qərargah vermir, imkanları olsa, bizi rayondan sürgün edərlər. Xəzər Aslanov bu rayona rəhbər gələndən müxalifətə düşmən kəsilib. Gah güc strukturları ilə bizi qorxudub, gah iş yerindən didərgin salıb, gah rayonda normal yaşamağımıza əngəl törədib, gah da büdcə təşkilatlarında çalışan qohumlarımızı sıxışdırıb.

Biz qəzetiniz vasitəsi ilə Xəzər müəllimə və onun ətrafındakılara bildiririk ki, bu gün gözümçıxdıya saldığınız müxalifətçilər ətrafınızda olanlardan fərqli olaraq Azərbaycanın müstəqilliyi uğrunda yüz cür əzablara qatlaşıb, Qarabağ uğrunda fədakarlıqla döyüşüb. Biz də bu ölkənin vətəndaşı, bu xalqın övladıyıq. Sizdən fərqli olaraq məqsədimiz xalqın sərvətini çapıb-talayıb özümüzə təmtəraqlı həyat yaratmaq yox, bu yurdun tərəqqisinə yardımçı olmaqdır. Siz də nə vaxt belə əməllərdən əl çəkib, müstəqil insanları gözümçıxdıya salmaq əvəzinə gücünüzü rüşvətxorluğa, özbaşınalığa, təhsildə, səhiyyədə, hərbi komissarlıqda baş verən rüsvayçılıqlara qarşı mübarizəyə həsr etsəniz, onda ya deməyə sözümüz olmaz, ya da xeyirxah niyyətinizi görüb sizə yardımçı olarıq.


Gülbala Əhmədli,

AXCP Yardımlı Rayon Təşkilatının sədri

Şakir İsmayılov,

Müsavat Partiyası Yardımlı Rayon Təşkilatının sədri

Ağasəf Əliyev,

Ədalət Partiyası Yardımlı Rayon Təşkilatının sədri 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter