Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla ölkənin bir sıra rayonlarının məhkəmə sədrləri dəyişdirildi. Bir çoxlarının isə sadəcə çalışdığı rayonlar başqaları ilə əvəzləndi. Belə ki, Lənkəran rayonunda uzun illər məhkəmə sədri işləmiş Elçin Kazımov (Masallı rayonunun Güllütəpə Ərazi Vahidinin Tatyan kəndindən) Abşeron rayonuna, eyni vəzifəyə təyinat aldı. Onun tərk etdiyi posta isə Cəlilabadda məhkəmə sədri vəzifəsində çalışan Əliəjdər Ələkbərov təyinat edildi.

Cəlilabad rayon məhkəməsinin sədrliyinə isə Vüsal Cəbrayılov təyinat aldı. Bundan əvvəl Şirvan Apelyasiya məhkəməsinin hakimi işləyib.

Lerik Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev (əslən Saatlı rayonundandir) isə Masallı rayon Məhkəməsinin sədrliyinə təyinat alıb. Onun boş qalan Lerikdəki postuna isə əslən masallılı (Güllütəpə Ərazi Vahidi), bundan əvvəl Qax rayonunun məhkəmə hakimi vəzifəsində çalışmış Atabəy Kiçibəyov təyinat alıb.

Masallı rayon məhkəməsinin sədrliyinə 2013-cü ildə təyinat alan Hilal Xəlilov isə Ucar rayon Məhkəməsinin sədri təyin edilib.

Cənub bölgəsində yeni məhkəmə sədrlərinin (həm gedənlər, həm gələnlər) hamısı daha yüksək ranqlı rayonlara təyinat alıb-Elçin Kazımov Lənkərandan Abşerona, Əliəşdər Ələkbərov Cəlilabaddan Lənkərana, Firdovsi Əliyev Lerikdən Masallıya, Atabay Kİşibəyov Qaxdan Lerikə, Vüsal Cəbrayılov Apelyasiya hakimliyindən Cəlilabadda məhkəmə sədrliyinə. Təkcə Masallı məhkəməsinin sədri Hilal Xəlilovdan başqa. O, 220 minlik əhalisi olan Masallıdan əhalisi az qala ondan 3 dəfə kiçik olan Ucara dəyişdirilib. Necə deyərlər, “toplananların” yerin dəyişdilər, görək “cəm” də dəyişəcəkmi?

Oxucular üçün maraqlı olacağını nəzərə alıb yeni təyin olunun məhkəmə sədrləri, eləcə də postların tərk edən məhkəmə sədrləri, həm də cənubda (Yardımlı və Astara rayonlarında) hələlik postlarını qoruyan məhkəmə sədrləri haqqında məlumatları sizə təqdim edirik.

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi

Əliyev Firdovsi Zülfü oğlu - Masallı Rayon Məhkəməsinin sədri

DOĞULDUĞU İL 1978

TƏHSİL- 1999

Azərbaycan Beynəlxalq Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ

2003 - 2007

Saatlı Rayon Məhkəməsində böyük məsləhətçi

2007 - 2010

Əli Bayramlı (indi Şirvan) Şəhər Məhkəməsində böyük məsləhətçi

2010 - 2015

Sabirabad Rayon Məhkəməsinin hakimi

2015 - h/h

Lerik Rayon Məhkəməsinin hakimi

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Xəlilov Hilal İsmayıl oğlu – Ucar Rayon Məhkəməsinin sədri

Masallı Rayon Məhkəməsinin sabiq sədri

DOĞULDUĞU İL1968

TƏHSİL 1996

Bakı Dövlət Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ

1990 - 1992
Xızı Rayon Məhkəməsinin məhkəmə icraçısı

1992 - 1993

Abşeron Rayon Məhkəməsinin məhkəmə icraçısı

1993 - 2000

Abşeron Rayon Məhkəməsinin ədliyyə polis qrupunun inspektoru, böyük inspektoru

2000 - 2007

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

2007 - 2013

Bakı Apellyasiya Məhkəməsinin hakimi

2013 - h/h

Masallı Rayon Məhkəməsinin sədri

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Kiçibəyov Atabəy Qələbəy oğlu - Lerik Rayon Məhkəməsinin hakimi

DOĞULDUĞU İL 1959

TƏHSİL 1990


Azərbaycan Dövlət Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ

1981 - 2000

Masallı Rayon Məhkəməsində iclas katibi

2000 - 2007

Füzuli Rayon Məhkəməsinin hakimi

2017 - h/h

Qax Rayon Məhkəməsinin hakimi

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Kazımov Elçin Məmməd oğlu - Abşeron Rayon Məhkəməsininn sədri



Doğulduğu il- 1966

Təhsili Dövlət Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ

1992 - 2000

Ali Məhkəmədə məhkəmə iclas katibi

2000 - 2007

Astara Rayon Məhkəməsinin hakimi

2007 - 2008

Goranboy Rayon Məhkəməsinin hakimi

2008 - 2011

Goranboy Rayon Məhkəməsinin sədri

2011 - 2017

Lənkəran Rayon Məhkəməsinin sədri

2017 - h/h

Abşeron Rayon Məhkəməsinin sədri

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Ələkbərov Əliəjdər Məlik oğlu – Lənkəran Rayon Məhkəməsinin sədri

DOĞULDUĞU İL 1956

TƏHSİL 1986

Azərbaycan Dövlət Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ

1993 - 2000

Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda böyük elmi işçi

2000 - 2007

Yevlax Rayon Məhkəməsinin hakimi

2007 - 2008

Cəlilabad Rayon Məhkəməsinin hakimi

2008 - 2017

Cəlilabad Rayon Məhkəməsinin sədri

2007 - h/h

Lənkəran Rayon Məhkəməsinin sədri

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Cəbrayılov Vüsal Adil oğlu - Cəlilabad Rayon Məhkəməsinin sədri

DOĞULDUĞU İL 1976

TƏHSİL 1997

Bakı Dövlət Universiteti. Hüquq fakültəsi


İŞ TƏCRÜBƏSİ

1998 - 2001

ERA Energetika Müəssisəsinin Turbo-ERA filialında hüquq və kadr məsələləri üzrə müfəttiş

2001 - 2006

Qax Rayon Məhkəməsində məsləhətçi (dəftərxana müdiri), böyük məsləhətçi

2006

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquq və qeydiyyat bölməsində məsləhətçi

2007 - 2008

Neftçala Rayon Məhkəməsində böyük məsləhətçi

2008 - 2013

Beyləqan Rayon Məhkəməsinin hakimi

2013 - 2017

Şirvan Apellyasiya Məhkəməsinin hakimi

2017 - h/h

Cəlilabad Rayon Məhkəməsinin sədri

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


İbrahimov Zamin Vəliyəddin oğlu - Astara Rayon Məhkəməsinin sədri



DOĞULDUĞU İL 1973

TƏHSİL1996


Bakı Dövlət Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ


1994 - 2000

Rüstəm Hüquq-Məsləhət EKM-də hüquqşünas

2001 - 2003

Bakı Hərbi Məhkəməsinin məsləhətçisi

2003 - 2008

Bakı Hərbi Məhkəməsinin böyük məsləhətçisi

2008 - 2013

Ağcabədi Rayon Məhkəməsinin hakimi

2013 - 2014

Şirvan Apellyasiya Məhkəməsinin hakimi

2014 - h/h

Astara Rayon Məhkəməsinin sədri

Cənubda (Lənkəran, Masallı, Cəlilabad və Lerik) 4 məhkəmə sədri dəyişdi


Həsənquliyev İlqam Elxan oğlu - Yardımlı Rayon Məhkəməsinin sədrii


DOĞULDUĞU İL 1967

TƏHSİL 1994

Bakı Dövlət Universiteti. Hüquq fakültəsi

İŞ TƏCRÜBƏSİ

1992 - 1993

Ağdam Rayon Məhkəməsində iclas katibi

1993 - 2001


Tərtər rayon Məhkəməsində dəftərxana müdiri

2001 - 2003

Ağdam Rayon Məhkəməsində məsləhətçi

2003 - 2008

Ağdam Rayon Məhkəməsində böyük məsləhətçi

2008 - 2013

Tərtər Rayon Məhkəməsinin hakimi

2013 - 2017

Yardımlı Rayon Məhkəməsinin hakimi

2017 - h/h

Yardımlı Rayon Məhkəməsinin sədri
R4suloffR4suloff

OXUNMA SAYI :1870

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff