“Arkivan.az” saytının dizaynı dəyişdi





Uzun fasilədən, giley-güzardan sonra yenidən dirçələn Arkivan.az saytının təkmilləşdirilmə prosesi başlanıb.
Artıq saytın dizaynında bir sıra dəyişikliklər edilib.

“Arkivan.az” saytının dizaynı dəyişdi


“Xəbər xətti”, “Tədbirlər, təbriklər, toylar”, “Vəfat edənlər, qəzalar”
“Ərkivanlı iş adamları və xeyriyyəçilər”, “Ərkivanlı dərdlilər”
və digər bölümlər yenidir.

Bundan əvvəl isə “Alimlər”, “Din xadimləri”, “Xaricdə yaşayan ərkivanlılar”, “Tarix”, “Səhiyyə”, “Mədəniyyət”, “Coğrafiya”, “Ərkivanın mətbuat tarixi”, “Hüquq və hərb tarixi”, “İdman” və sair bölümlər var idi.

“Arkivan.az” saytının dizaynı dəyişdi


Kimin nə təklifi var? Hansı bölümü kim işləmək istəyir? Kimin sayta yerləşən yazılara əlavəsi var?

Diqqət yetirdinizmi?! - “Ərkivanlı iş adamları və xeyriyyəçilər” bölümü ilə “Ərkivanlı dərdlilər” bölümünü yanaşı yerləşdirdik.

Qoy, Ərkivanın tanınmış iş adamlarını da tanısınlar, Ərkivanın dərdlilərini də. Qoy “Arkivan.az” görüş yerimiz olsun.
Sevincimizi də, qayğımızı da burada paylaşaq.
Heç kim yaxasını kənara çəkməsin.

Ərkivanla bağlı eşitdiyiniz, bildiyiniz xəbərləri bizimlə paylaşın.

Xüsusən, xaricdə yaşayan ərkivanlılar haqqında daha çox xəbərlər istərdik. Yeni elmi adlar, mükafata layiq görülənlər, yeni vəzifəyə təyin edilənlər, ərkivanlılar və ərkivanlıların kitabı haqqında də xəbərlər bizim üçün maraqlıdır.

Şüarımız bunlar olsun:

- Ərkivanda heç bir imkansız qalmasın.
- Ərkivanlı istedadlı uşaqlar dünyanın ən mötəbər ali məktəblərində təhsil alsın.

Zahir Əmənov - saytın redaktoru. FB-Zahir Amanov, tel 0 50 (70) 3227523
R4suloffR4suloff

OXUNMA SAYI :443

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff