"Səhər o qədər ağlamışam ki, qalan məhsulu da ucuz qiymətə satdım”

  • 19.10.2017, 05:26,
  • Sosial /
  • Oxunma: 53
Lənkəran və Cəlilabad sakinləri bölgəyə səfər edən BBC müxbirilə həyat şəraiti, iş və dolanışıqla bağlı fikirlərini bölüşüblər.

(Video linkdə)
www.bbc.com

Bir çox rayon sakini digər cənub bölgələrində olduğu kimi, İrana gedərək ya bazarlıq edir, ya da oradan sata biləcəyi bəzi məhsulları gətirir.
Əhalinin daha bir hissəsi kənd təsərrüfatı sahəsində çalışır.

Çox adam işsizlikdən şikayət edir. Bəziləri ya ailə üzvlərindən hansınınsa təqaüdü hesabına, ya da fəhləlik hesabına dolanmaq məcburiyyətində olduğunu qeyd edir.

Hərçənd ki, Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən millət vəkili Fəzail İbrahimli bu problemin kütləvi formada yayıldığına inanmadığını deyir.

Materialı BBC müxbiri Günel Səfərova hazırlayıb.
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter