Baş redaktor Gülağa Tənhadan Baş Prokurorluğa şikayət verir






Asif Mərzili: «Gülağa Tənha Azərbaycan Cinayət Məcəlləsinin 163-cü və «KİV haqqında» Qanunun 59-cu maddələrini kobud surətdə pozub…»


Baş redaktor Gülağa Tənhadan Baş Prokurorluğa şikayət verir


Azərbaycanda tanınmış jurnalist Asif Mərzili ölkədə görkəmli şair, xeyriyyəçi və milyonçu kimi təbliğ edilən Gülağa Məmi oğlu Qənbərovdan (Tənha) prokurorluq orqanlarına şikayət verir. Bu barədə FB səhifəsində jurnalist özü məlumat yayıb.

Asif Mərzili şikayətinin səbəbini belə izahladı:

-Gülağa Tənha özünün mülki şikayəti əsasında sonradan barəsində cinayət işi açılaraq həbsə atılmış «Real» MTK-nın rəhbəri olan İlham Qasımov adlı iş adamının apellyasiya şikayətinə baxılarkən həmin məhkəmə prosesindən reportaj hazırlamış 10-a yaxın saytın rəhbərlərini məhkəməyə vermişdir.

Bu sırada “Təzadlar” qəzetinin rəsmi saytını, moderator.az, gunununsesi.az, Bakipost.az, Azpolitika.info, Qafqazinfo.az, veteninfo.az, Cebhe.info, Mediaxeberleri.az saytlarını və Milletinsesi.info MMC-ni göstərmək olar. Sonradan isə o, sayt rəhbərlərini KİV qanunvericiliyinin tamamilə ziddinə olaraq məhkəmə cəzası ilə təhdid edib həmin yazıların saytdan silinməsi və üzr istənilməsi müqabilində məhkəmədən şikayətini geri götürəcəyini diqtə etdi.

Məhkəmələrin bəzən qeyri-obyektiv qərarlarını, Gülağa Tənhanın hər yerdə milyonçu kimi təqdim edilməsi biz sayt rəhbərlərinin bir qismini, o cümlədən rəhbəri olduğum qəzetin rəsmi saytının da yersiz məhkəmə çəkişmələrində vaxt itirməməsi naminə redaksiyaya təşrif buyurmuş nümayəndələrinin şərtlərini dinləməyə məcbur oldum.

Gülağa Tənhanın nümayəndəsinin ardıcıl olaraq bizə Gülağa Tənhanın iradəsinin xeyrinə razılığa gəlməyimizi diqtə edir, bizi gələcəkdə «Barışıq sazişi» imzalamağa məcbur edərək, əks-halda, Gülağa Tənhanın adından məhkəmə cərimələri ilə hədələyirdi.

Şəxsən mən həmin sazişi diqqətlə oxudum. Sazişdə Azərbaycan CM-nin 163-cü maddəsinin «Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma» maddəsinin sanksiyalarını görəndə bundan imtina etdim, sazişi dəyişdirməyi tələb etdim (“163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”).

Həmçinin «KİV haqqında» Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinin Gülağa Tənha tərəfindən kobud surətdə pozulmasını görəndə təəccübləndim.

Belə ki, qanunun həmin maddəsində (“Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət”) yazılır:

«KİV-in təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: senzura tətbiq etmək; peşə müstəqilliyini pozmaq; jurnalisti informasiyanı yaymağa və informasiyadan informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək; jurnalistə informasiya verilməsi üzərinə Az. Resp. qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq… Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər».

Hansı ki, Gülağa Tənha həmin sazişində bizi bir də onun barəsində heç vaxt hər hansı oxşar məqalə dərc etməməyə, saxta sazişində qoyulmuş belə bir qanunsuz öhdəliyi qəbul etməyə məcbur edirdi. Mən bu barədə cənab Prezident İlham Əliyevə müraciətimdə də bildirmişəm… Təəssüflər olsun ki, şəxsən mən baş redaktor kimi Gülağa Tənhanın bu qanunazidd, jurnalistlərin peşə fəaliyyətinə təhdid etmək və zor gücünə, təzyiq yolu ilə, həmçinin məhkəmələrlə hədələməklə etdiyi hərəkətindən prokurorluq orqanlarına vaxtında müraciət etmədim. Səbəbi isə bu idi ki, qarşı tərəfin əsil niyyətini bilmək üçün vaxt tələb olunurdu… Amma artıq müvafiq sənədlər hazırlayaraq şikayət verməyə məcburam (həmin qanunazidd sazişin surəti təqdim olunur).

Gülağa Tənha Avropa oyunlarına 8 milyon manat xərcləyib?-Bəs Azərbaycan dövləti harada idi???

Məsələ ondadır ki, Rusiyaya ayağı kəsiləndən sonra Avropa ölkələrinə və Azərbaycana səfərlər edən, tikinti biznesinə girişən Gülağa Məmi oğlu Qənbərovun adına indi daha çox, xüsusən də mətbuatla qalmaqallarla rast gəlmək olar. Onun şərikliyi ilə tikilən çoxmənzilli binalarda vətəndaşların hüquqlarının necə pozulması məhkəmə aktlarında da öz əksini tapmışdır.

Özünü Azərbaycanda xüsusi statuslu şəxs kimi təqdim edən Gülağa Tənha son on ildə qalmaqalları və digər hərəkətləri istisna olmaqla, heç bir xeyriyyəçilik işi olmadığı halda, yenə də özünü xeyriyyəçi kimi təbliğ etdirir. İnanılmaz faktdır və görün o, nə dərəcədə həddini aşıb ki, «Baku-2016» Avropa oyunlarının ölkəmizdə keçirilməsindən az sonra bir çox ermənipərəst dövlətlərin mətbuatı bu yarışları gözdən salmaq üçün min bir hiyləyə əl atdılar, guya bu mötəbər yarışda korrupsiya elementləri oluduğunu bəyan etdilər… Belə bir məqamda xeyriyyəçi və milyonçu kimi təqdim edilən Gülağa Məmi oğlu Qənbərov bəyan etdi ki, sən demə o, Bakıda keçirilən Avropa oyunlarına 8 milyon manat pul xərcləyib.

Bu nə dərəcədə dayaz düşüncə və yersiz təbliğat üsuludur? Doğrudanmı Azərbaycan dövlətinin belə mötəbər yarışa sponsorluq etməyə maddi vəsaiti yox imiş???

Və ən təəssüfləndirici haldır ki, o, bunu keçmiş MTN generallarının cinayət işi üzrə «Real» MTK-nın rəhbəri olmuş İlham Qasımovun məhkəmə prosesində dindirilərkən deyib. Bilə-bilə ki, onun bu ifadələri məhkəmə protokoluna yazılır, sənəd olaraq arxivdə qalır.

Jurnalistlərin iştirak etdiyi məhkəmə prosesində bu hədyanları bəyan edən Gülağa Tənha sonradan məsuliyyətsiz çıxış etdiyini anlayaraq bu barədə yazan elektron KİV-ləri məhkəməyə verərək dolayısı ilə guya digər epizodlarda şərəf və ləyaqətinin tapdanmasını bəhanə gətirib, həmin yazıların saytlardan silinməsini tələb etməyə başladı. Amma artıq gec idi. Təbii ki, məhkəmə cərimələri ilə hədələnən sayt rəhbərləri «ağrımayan başına milyonçu-xeyriyyəçinin buzunu bağlamamaq üçün» onun təhdid və təzyiqlərinə razılaşmaq məcburiyyətində qalmalı olmuşlar.

Məhkəmədə

«Mən həmişə dövlətçiliyə xidmət etmişəm, xeyirxah işlərlə məşğul olmuşam, Bakıda keçirilən Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm» deyən adamdan dövlətçiliyə sədaqətli və səmimi xidmət gözləmək olarmı? Odur ki, artıq müvafiq sənədlər hazırlanıb və Baş Prokurorluğa göndərilir…

Təzadlar.az
R4suloffR4suloff

OXUNMA SAYI :636

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff