Hüseyn Hüseynovun gəlin ondan niyə şikayətçidir?


Hüseyn Hüseynovun gəlin ondan niyə şikayətçidir?
Doğrudanmı, tanınmış təhsil işçisinin rəhmətə getmiş, ərazi nümayəndəsi işləmiş oğlunun ət dükanına, ərzaq dükanlarına çoxlu borcu olub?

Bu günlərdə redaksiyaya çox maraqlı şikayətçilər gəlmişdi. Şikayətçi, 32 yaşlı Rəqsanə Hüseynova anası ilə birlikdə redaksiyaya gələrək qayınatası-uzun illər məktəb direktoru, təhsil şöbəsinin metodisti, hazırda Masallıdakı Maliyyə-Hesablaşma idarəsinin 72 yaşlı mütəxəssisi Hüseyn Hüseynovdan kəskin şəkildə narazılıq edirdi. Rəqsanə Hüseynovanın iddiaları olduqca təəccüblü idi. Biz yazını sayta yerləşdirmədən öncə qarşı tərəfi - Hüseyn müəllimi də redaksiyaya dəvət etdik. Hüseyn müəllim gəlininin dediklərini tam təkzib edərək, bir neçə gün sonra bunları yazılı şəkildə əks etdirən izahatları da bizə çatdırdı.

Həm gəlinin, həm qayınatanın dediklərindən bəlli oldu ki, Rəqsanə Hüseynova Hüseyn Hüseynovun doğma bacısı nəvəsidir və Lənkəran rayonunun Havzova kəndində anadan olub.

O da bəlli oldu ki, Hüseyn müəllimin 2 il öncə dünyasını dəyişmiş oğlu, 42 yaşlı Nuşirəvan Hüseynov əvvəllər bir dəfə ailə həyatı qurub, sonralar həmin ailəlikdən dünyaya gəlmiş uşağı anasına verməklə ondan ayrılıb.

12 yaşlı qız Hüseyn müəllimin evinə gəlin gəlib, ya xidmətçi?

Hüseyn müəllimin dediyinə görə, onun vaxtsız vəfat etmiş oğlu gənc yaşlarından ağır xəstəlik keçirib. Həyat yoldaşından ayrıldıqdan sonra sarsıntıları daha da artıb. Buna nəzərə alaraq Hüseynovlar ailəsi ucqarda yaşayan bacısı nəvəsini 12 yaşında onlara baxıcı kimi gətirib. Bir neçə aydan sonra bəlli olub ki, həmin qız Hüseyn müəllimin oğlu ilə ailə kimi yaşayır. Hətta həmin qızın 13,5 yaşı olanda o, dünyaya bir uşaq da gətirib və həmin uşaq ölü doğulub. Daha sonra Rəqsanə dünyaaya 4 övlad gətirib. Hazırda həmin övladlardan birinə toy etmək ərəfəsindədir.

Xatırladaq ki, həmin vaxtlar Hüseyn müəllim Yeddioymaq məktəbinin direktoru idi, Rəqsanə

Yeddioymaqda gəlin olsa da, adı Lənkərandakı məktəbdə gedirdi.

Rəqsanə Hüseynova isə bildirir ki, 7-ci sinfi bitirəndə Yeddioymağa indiki qaynının toyuna gəlib və burada Nuşirəvanla daha yaxından tanış olub. 2 il onlarda qonaq kimi yaşayıb, sonra isə ailə həyatı qurublar. Həyat yoldaşını ürəkdən sevib və çox mehriban ailə kimi yaşayıblar.

Yalançı etibarnamə, davala-dalaşın kökündə dayanan əmlak söhbətləri

Nuşirəvan Hüseynov uzun illər əzab çəkdiyi xəstəlikdən qəfil vəfat etdikdən sonra bir müddət qayınata və gəlin arasında heç bir narazılıq olmayıb.

Rəqsanənin dediyinə görə, həyat yoldaşı dünyasını dəyişəndən təxminən 1 il sonra ünvanlı yardım düzəltmək istəyib. Məlum oldu ki, adına ünvanlı yardım var və bu sənədlə, onun adına 1000 manata yaxın pul alınıb. Kartı bağlatdırdıb. Yenidən ünvanlı yardım düzəltdirib. Bu, qayınatanın və qaynının qəzəbinə gəlib. “Mənə hücum çəkdilər. Bəlli oldu ki, mənim adıma yalançı etibarnamə düzəldiblər”.

Qeyd: Yeddioymaq Ərazi nümayəndəsinin müavini İlqar müəllim etiraf etdi ki, Rəqsanənin adına, onun imzası olmadan etibarnamə verib. Bu işdə heç bir təmənnası və digər məqsədi olmayıb. “Həyat yoldaşı ilə birgə işləmişdim, dedim bir ailədilər, etibar etdim, gəlinə əziyyət vermədim, nə bilim sonra belə narazılıqları olacaq”.

Rəqsanə deyir ki, icra başçısı yardım məqsədi ilə məni Yeddoymaq məktəbinə xadimə yazdırdı. Düzü işə çıxmağa vaxtım olmurdu, amma adıma pul yazırdılar. Sonda məlum oldu ki, Hüseyn Hüseynov 2000 manatdan artıq olan o pulu da mənimsəyib. İş aşkarlandı, məni işdən çıxartdılar, sonra icranın təkidi ilə yenidən qaytardılar, sonra bezib, özüm çıxdım.

Rəqsanə onu da qeyd etdi ki, daim Hüseyn Hüseynovun və oğlanlarının təhqiri və təzyiqi altında yaşayır. Hətta imkansız ailələrə verilən yardım qutularının birini bizə verəndə, birini vermirdi. Oğlunun 4 balasını böyüdən qadının cəmi 1 bayram qapısını 1 kq konfet və alma ilə açıb və sair.

Hüseyn Hüseynovun dedikləri

Hüseyn Hüseynov Rəqsanə Hüseynovnın dediklərini qətiyyətlə təkzib edir. Onun ağlı və əxlaqı ilə bağlı bəzi məqamları şübhə altına alır. Hüseyn müəllim deyir ki, oğlum dünyasını dəyişəndən sonra bəlli oldu ki, onun 3 banka 10 min manatdan yuxarı, eləcə də kənddəki ət dükanından ərzaq dükanına kimi borcu olub. Bundan əlavə o, oğlunun ailəsinə daim yardımçı olub- uşaqlarının hazırlıqdakı təhsil haqqına kimi, odunundan, işıq-qaz puluna, bazarlıqlarına kimi bütün ehtiyaclarını ödəyib. Oğlunun hüzründə yığılan puldan, hüzrə görə verilən müavinət pulundan, hətta sosial yardım pulundan, xadiməliyə görə verilən əmək haqqından tutmuş bütün pulları oğlunun borcunu ödəməyə sərf edib. Həm də qeyd edir ki, bu borcları onun üçün gəlini yaradıb, oğlunu məcbur edib ki, kredit götürüb, onun ata-anası üçün ev tiksin. Hüseyn müəllim yalançı etibarnamə aldığını da inkar edir. (Red-Ərazi nümayəndəsinin müavini isə etiraf edir ki, belə bir etibarnamə verib)

Rəqsanə qayınatasının dediklərini şər-böhtan adlandırır. Həyat yoldaşımın borclarından xəbərim

olmayıb, deyir. Atamgil daxma kimi evdə yaşayır, heç özlərinin kredit borclarını verə bilmirlər.

Bəs Rəqsanə Hüseynova kənddəki evini niyə tərk edib? Hüseyn müəllim bu ailəyə məxsus maşını 102 xidmətinə zəng etməklə polisə niyə apartdırıb?

(ardı 2-ci yazıda)
R4suloffR4suloff

OXUNMA SAYI :322

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff