Hüseyn Hüseynovun gəlini ondan niyə şikayətçidir? 2-ci yazı


Hüseyn Hüseynovun gəlini ondan niyə şikayətçidir? 2-ci yazı
əvvəli bu linkdə http://cenubxeberleri.com//1093-huseyn-huseynovun-gelin-ondan-niye-shikayetchidir.html

Doğrudanmı, tanınmış təhsil işçisinin rəhmətə getmiş, ərazi nümayəndəsi işləmiş oğlunun ət dükanına, ərzaq dükanlarına çoxlu borcu olub?

Bəs Rəqsanə Hüseynova kənddəki evini niyə tərk edib? Hüseyn müəllim bu ailəyə məxsus maşını 102 xidmətinə zəng etməklə polisə niyə apartdırıb?

Rəqsanə Hüseynova bildirir ki, həyat yoldaşımın CHEVROLET AVEO markalı maşını var idi. Onu satmayıb saxlamışdım ki, artıq yeniyetmə olan oğlumuz sürər, bizə də təsəlli. Bir neçə ay öncə maşını ailənin dostu olan bir seyidə verdim ki, aparıb yağını dəyişdirsin. Hüseyn Hüseynov isə 102 xidmətinə zəng edərək həmin maşını polis şöbəsinə apartdırıb. Guya biz maşını oğurlatdırmışıq. İndi maşın 3 aydır Masallı Polis Şöbəsinin həyətindir-təkərləri yatıb, akkumulyatoru ölüb, maşın göz-görəsi çürüyür. Ayrı təsərrüfat olsaq da Hüseyn Hüseynovun da maşında haqq olduğu üçün ona vərəsilik ala bilmirik.

Hüseyn Hüseynov isə deyir ki, Rəqsanə Hüseynova bizə məlum olmayan səbəblərdən rayona köçüb. Bir dəfə qaraja baxdıq ki, maşın qarajda yoxdur, biz də götürüb 102 xidmətinə zəng vurduq.

Rəqsanə Hüseynova rayon mərkəzinə köçməyinə də aydınlıq gətirərək bildirdi ki, Hüseyn Hüseymovun və onun ailəsindən bizə rahatlıq yoxdur. Hətta uşaqlarımı götürüb qəbristanlığa gedəndə də onun oğlanları bizi təhqir edir, aşağılayır. İkinci də 1 qızım Masallı Kollecində oxuyur, bu yaxında nişanı olacaq, oğlum da Masallı şəhərində idmana gedir. Bütün bunlara görə, yəni həm uşaqlarının təhsilinə, həm də Hüseyn Hüseynov və ailə üzvlərinin təhqirlərinə görə 4 uşağımı da götürüb, rayon mərkəzində ev tutub orada yaşayır, həyat yoldaşıma görə mənə təyin edilmiş 300 manat pulla dolanıram.

Mənim tələbim odur ki, həyat yoldaşımdan qalan maşın ailəmizə verilsin, Hüseyn Hüseynovun saxta sənədlərlə mənimsədiyi ünvanlı yardım və əmək haqq pulları bizə qaytarılsın.

Hazırda iş Masallı məhkəməsindədir. Masallı prokuroruna da yazılı müraciət etmişəm. Bundan əlavə cənab İlham Əliyeva, eləcə də 1-ci vitse-prezident Mehriban xanıma da ərizələr ünvünlanmışam.

Çox əzablı günlər keçirirəm. Hseyn Hüseynov əlaqələrindən, imkanlarında imkan edib məni və övladlarımı, yəni nəvələrini jantaj edir, bizi rahat yaşamağa qoymur.

Yuxarıda qeyd etdiyimiz kimi Hüseyn Hüseynov Rəqsanə Hüseynovadan fərqli, onun dediklərinin tam əksi olan fikirlər söyləyir. Oktyabrın 24-də bununla bağlı məhkəmə iclası olacaq.

Biz həmin kənddən bir neçə ağsaqqalı da dinlədik. Onlar adlarının açıqlanmasını istəməsələr də, bu halın kənd üçün rüsvayçılıq olduğunu bildirdilər. “Günahın daha çoxunun kimdə olduğunu deyə bilmərik, lakin kifayət qədər hörmətli ailənin söz-sözhbəti evdən, eləcə də kənddən çolə çıxırsa, ən azı buna görə evin ağsaqqalı günahkardır. Yaxşı olar ki, onların məhkəməsi kənddə, ağsaqqalların, ziyaılıların iştirakı ilə olsun və kənd özü onlara qiymət versin”.

Biz isə jurnalist olaraq yazı qəzet səhifəsinə çıxana qədər araşdırmalarımızı davam etdiririk.

Zahir
R4suloffR4suloff

OXUNMA SAYI :374

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff