Masallı Mərkəzi Xəstəxanası nəhayət təmirdən sonra qapıların xalqın üzünə açdı


1 il gözləsələr də gözlənilən ali qonaqlar gəlmədi

Masallı Mərkəzi Xəstəxanası nəhayət təmirdən sonra qapıların xalqın üzünə açdı

4 il öncə təmirə dayanan Masallı Mərkəzi Xəstəxanasında təmir işləri təxminən 1 il olardı ki, başa çatmışdı. Lakin istifadəyə verilmirdi. Açılış üçün ali rütbəli rəhbərlər gözlənilirdi. Lakin gözlənilənlər olmadı. Artıq binanın istifadəsiz saxlanılması ciddi problemlər yaratdığından açılış ancaq Səhiyyə Nazirinin iştirakı ilə oldu.

Belə ki, 19 oktyabr 2017-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər.

Rayonun tibb işçilərini əlamətdar hadisə münasibətilə təbrik edən nazir Oqtay Şirəliyev bildirib ki, Masallı Rayon Mərkəzi Xəstəxanası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, əsaslı təmir işlərinə 2013-cü ilin avqust ayında başlanılıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Masallı rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir. 206 həkim, 454 orta tibb işçisi, 326 kiçik tibb işçisi olmaqla, ümumilikdə, xəstəxanada 986 tibb işçisi çalışır. Tibb müəssisəsi 223 min əhaliyə lazımi tibbi xidmət göstərəcək.

Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.

Tibb müəssisəsinin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
R4suloffR4suloff

OXUNMA SAYI :1017

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff