Masallıda dollar satanlar tutulub



Reyd keçirənlərin əynində üstünə DTX yazılan geyim olub.


Masallıda dollar satanlar tutulub


Bu gün, oktyabrın 25-də, səhərçağı, təxminən 9,30-da Masallının “Köhnə bazar”adlanan, dollar satanların “qara bazarı” hesab edilən ərazidə qəfil reyd keçirilib. Şahidlərin bildirdiyinə görə həmin şəxslər əli avtomatlı imiş və üstlərində digər silahlar da olub. Əməliyyat təxminən 4-5 dəqiqə çəkib. Həmin ərazidə dollar satanlardan 3 nəfəri - Azər, Nöfəl, Mehman adlı şəxslər reyd keçirənlər tərəfindən sürətli əməliyyat nəticəsində tutularaq onlarla gələn QAZEL markalı maşına mindirilib və həmin maşın əməliyyatçıların güclü müşayiəti ilə həmin ərazidən uzaqlaşıb. Digər dollar satanlar qaçıb gizlənə biliblər. Şahidlərin bildirdiyinə görə, reyd zamanı rezin güllədən də istifadə edilib.

Hazırda tutulanların telefonlarına zəng çatmır.

Həmin ərazidə artıq dollar satan yoxdur.

Şahidlər bildirir ki, həmin ərazidə 10-a yaxın dollar satan var və həmin şəxslər müvafiq qurumlara hər ay 50 manat qeyri-rəsmi “rüsum” ödəyirlər.

Reydin olduqca qəfil, sürətli, hay-küylü keçirilməsi ətrafdakı insanlarda ciddi təşviş yaradıb.

Cenubxeberleri.com
R4suloffR4suloff

OXUNMA SAYI :901

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff