Azərbaycan çay içməyə görə dünyada neçəncidir?



Azərbaycan çay içməyə görə dünyada neçəncidir?

"Euromonitor International" şırkəti dünyada ən çox çay və kofe meyilli ölkələri müəyyənləşdirib.

"Qaynarinfo" publika.az-a istinadən xəbər verir ki, dünyada çay içkisini ən çox sevən ölkə Özbəkistan olub. Burada 99,6 % əhali hər gün çay içir. Siyahıda Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir. Böyük Britaniya reytinqin 15-ci yerindədir - bu ölkədə 78,4 % əhalinin çaya sevgisi var.

Kofeni ən çox istifadə edən ölkə isə Qvatemaladır. Burada əhalinin ancaq 0,4 %-i çay içir, digər faiz əhali kofeyə üstünlük verir. Qvatemaladan sonra kofeni sevən ölkələr sırasında

Dominikan Respublikası, Braziliya, Kosta-Rika, Yunanıstan, Kolumbiya, Filippin, Danimarka və Venesuela gəlir.

Əhalisinin çaya və kofeyə sevgisinə görə ən balanslaşmış ölkə Avstraliyadır. Burada əhali bərabər səkildə hər iki içkidən yararlanır. ABŞ-da isə kofe sevənlərin sayı çay içənlərdən 3 dəfə çoxdur.

Coğrafi baxımdan isə Asiya dövlətləri daha çox çaya, Şimali və Latın Amerika, Avropa ölkələri isə daha çox kofeyə üstünlük verirlər.

Qaynarinfo.Az
R4suloffR4suloff

OXUNMA SAYI :348

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff