Gəncədəki yas mərasimlərində ehsana son qoyulur


Yalnız çay və halva veriləcək


Gəncədəki yas mərasimlərində ehsana son qoyulur


Bir neçə ay öncə xəbər vermişdik ki, Bakı kəndlərində ehsan ləğv edilir. İmkanı olanlar kimsəsizlərə, uşaq evlərinə, təhsil haqqını verə bilməyənlərə yardım edir. Bu günlərdə məlum olmuşdur ki, Gəncədə, də yas mərasimlərində çox çeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, bu təklif şəhər fəallarıının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb.

Yas mərasimlərində din xadimləri də insanlara israfçılığın dinimizə görə haram olmasını, bir çox başqa xoş əməllərin də ehsan kimi qəbul olunduğunu izah edirlər.

Elə şəhər sakinləri də bu addımın yerində atıldığını və hər kəs tərəfindən anlayışla, rəğbətlə qarşılandığını deyirlər.

Bundan sonra Gəncədə yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta ətraf rayonların sakinləri də bu təşəbbüsü dəstəkləyib və rəğbətlə qarşılayıblar. Gözlənilir ki, bu, digər rayon və şəhərlərdə də tətbiq edilsin.
R4suloffR4suloff

OXUNMA SAYI :421

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff