Müqayisə yaxşı işdir, ya pis?



Müqayisə yaxşı işdir, ya pis?


Bəziləri deyir ki, hər cür müqayisə qüsurludur? Digərləri belə hesab edir ki, nəyin pis, nəyin yaxşı olması ədalətli müqayisədə yada düşür. Sizi bilmirəm, amma mənim müqayisədən xoşum gəlir. Hələ sovet dövründə lətifəvari bir müqayisə var idi. Deməli, xarici ölkədən biri sovet ölkəsindən geri qayıdanda ondan soruşurlar ki, orada nələr sənə qəribə gəldi. Səfərdən qayıdan deyir ki, heç bir dükanda yağ, ət olmasa da hər evin soyuducusunda ət də var idi, yağ da. Mağazalarda keyfiyyətli geyimlər az olsa da, hamının əynində keyfiyyətli geyimlər var idi. Küçədə avara-avara gəzib dolaşan çox olsa da, rəsmiyyətdə işsiz yox idi.

Yəqin soruşacaqsınız ki, bu yadıma haradan düşdü?

Deyim də. Məsələn bizdə elektrik şəbəkəsi üçün təzə, milyonluq ofis tikilər, bundan sonra işıqlar daha tez-tez sönməyə başladı.

Rayonda möhtəşəm xəstəxana binası tikiləndən sonra xəstələrə güzəştli dərmanların verilməsi əsl baş bəlasına çevrildi.


Uşaq İncəsənət Məktəbi (keçmiş “dillə” Musiqi Məktəbi) yeni binaya köçəndən sonra qrupların sayı az qala 2 dəfə azaldı.

Kənd təsərrüfatı sürətlə inkişaf etdikcə yağın qiyməti ondan da sürətlə bahalaşdı.

Olimpiya kompleksləri çoxaldıqca futbol stadionlarının çoxu bərbad günə qaldı.

Qəzetlərin, kitabların sayı çoxaldıqca kitab, qəzet oxuyanlar bir neçə dəfə azaldı.

Məscidlərin sayı məktəblərin sayın ötdükcə bəd əməl sahiblərinin sayı nəzərəcarpacaq dərəcədə artdı.

Yəqin ki, hələlik bəsdir. Bizim oxucuların mədəsi də balacadır, çox olanda...

Zahir
R4suloffR4suloff

OXUNMA SAYI :455

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff