“Ümidim sənsən” nələr vəd edir?




Xəbər verdiyimiz kimi noyabrın 9-da Masallı “Gənclər Evi”ndə “Ümidim sənsən” xeyriyyə icması təşəbbüs qrupunun ilk iclası olub. 20-yə yaxın şəxsin toplaşdığı tədbirdə rayonda xeyriyyə icmasının yaradılması ilə bağlı təkliflər müzakirə edilib.

“Ümidim sənsən” nələr vəd edir?


Xeyriyyəçi gənclər qrupunun fəallarından olan Fidan Abbaslı tədbirdə ön söz söyləyərək bildirdi ki, biz əslində bu tədbirdən öncə xeyriyyəçiliklə məşğuluq.

“Ümidim sənsən” nələr vəd edir?


Burada əyləşən Masallı İcra hakimiyyəti aparatının məsul işçisi Nigar Kərimova, eləcə də “Güvən” xeyriyyə və dostluq cəmiyyətinin rəhbəri Nigar Bayramlının köməyi ilə Ərkivan və Boradigah qəsəbələrində, Masallı şəhərində bir neçə xeyriyyə aksiyası keçirmiş, yüzlərlə insana işlənmiş paltar, əlil arabaları, mebel, tikiş maşınları, çanta, ərzaq və sair vermişik. İcmanı yaratmaqda isə məqsədimiz bu işi daha sistemli, daha əhatəli etməkdir.

Fəaliyyət dairəmizə hələlik aşağıdakıları daxil etməyi nəzərdə tutmuşuq:

-Kimin ehtiyacı yoxdursa, onlardan həm uşaq və böyüklər üçün geyim, mebel, məişət avadanlığı, qısası, insanların gündəlik tələbatında lazım olan hər şeyi toplamaq və onu imkansızlara çatdırmaqdır. Kimsə imkansıza öz əməyi ilə hər hansı kömək edə bilərsə, o insanları müəyyənləşdirmək (Təxmini siyahı bu yazıya daxil edilib (1-ci əlavə).


Fidan Abbaslı daha sonra çıxışında əlavə olaraq bildirdi ki, yardım istəyən hər bir şəxs hazırlanmış xüsusi müraciət formasını doldurmalıdır. (Yazıya 2-ci əlavə).
Bu müraciətlər idarə heyəti tərəfindən araşdırıldıqdan sonra həmin şəxslərə yardımlar göstəriləcəkdir.

Xeyriyyə icmasının hələlik 3 bölümü olacaq- Ağsaqqallar Şurası, Ağbirçəklər və hacıxanımlar Şurası, Gənc könüllülər şurası.

20-yə yaxın şəxsin qatıldığı tədbirdə ağsaqqal da var idi, hacı da, müəllim də, həkim də.

Öncə icra hakimiyyəti başçısının məsul işçisi Nigar Kərimova çıxış etdi. O, tədbir iştirakçılarını icra başçısı Rafil Hüseynov cənabları və müavini Aybəniz xanımın adından salamlayaraq bildirdi ki, icra hakimiyyəti başçı səviyyəsində bu addımı alqışlayır və daim bu xeyirxah gənclərə yardımçı olacağını vəd edir.


“Ümidim sənsən” nələr vəd edir?


“Güvən” xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı isə bildirdi ki, bütün ölkə üzrə xeyriyyə aksiyaları keçirtsə də Masallıya böyük məhəbbəti var. Çünki burada həm rəhbərlik, həm könüllülər tərəfindən daha böyük dəstək görür. Buna görə “Ümidim sənsən” xeyriyyə təşkilatına daha çox yardımçı olacağıq.

“Ümidim sənsən” nələr vəd edir?


El ağsaqqalı Hacı Həsən Abdullayev çıxışında bildirdi ki, hələ 15 il öncə biz Masallıda “Ailə” xeyriyyə cəmiyyəti yaratmışdıq. Qısa müddətdə 500 nəfərə yaxın könüllünü bu cəmiyyətə cəlb etmişdik.

“Ümidim sənsən” nələr vəd edir?


Təəssüf ki, o vaxtkı rayon rəhbərliyi bu xeyirxah işə qısqanclıqla yanaşdı və nəticədə həmin qurum fəaliyyətini qısa müddətdə dayandırdı. İndi yaxşı ki, bu günkü rəhbərlik bu işə ürəkdən dəstək verir. İnanırıq ki, bu təşkilat daha uzun ömürlü olacaq.

Respublikanın Əməkdar müəllimi, Masallı Şəhər Ağsaqqallar Şurasının sədri Mirqabil Hüseynov bu təşkilata hərtərəfli dəstək olacağını bildirməklə yanaşı qeyd etdi ki, yerlərdə görüşlər keçirtmək lazımdır.


“Ümidim sənsən” nələr vəd edir?


İlk görüşün də Masallı Şəhər 1 saylı məktəbində keçirilməsinə təklif etdi. İcmaya gözəl ad seçmisiniz- “Ümidim sənsən”. İnanıram ki, hər işinizlə çox ümidsizi sevindirəcəksiniz.

Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov bildirdi ki, biz bir neçə dəfə bu quruma yardımçı olmuşuq və bütün kollektivimizlə yardımları davam etdirəcəyik.


“Ümidim sənsən” nələr vəd edir?


Tədbirdə Bakıdan təyinatla rayonumuza gəlmiş, hazırda Qarğalıq kənd tam orta məktəbində müəllim işləyən Ceyhun müəllim, Ərkivan Qəsəbə 4 sayli məktəbindən (Həsənəküçə) XədicəÜlkər müəllimlər, rayonun ziyalı qadınlarından DilarəRəsmiyyə xanım, Aynur Tağıyeva, Günay, Qumru, eləcə də Masallı SYSLAB mərkəzindən Rafət ŞirəliyevFəridə Qəzənfərli çıxış edərək bildirdi ki, bu işə hər cür dəstək göstərəcəklər.


“Ümidim sənsən” nələr vəd edir?
“Ümidim sənsən” nələr vəd edir?
“Ümidim sənsən” nələr vəd edir?


Sonda iştirakçılar xatirə şəkli çəkdirib söhbətin davamını şəhər mərkəzindəki “Əriştə” kafesində çay süfrəsi ətrafında davam etdirdilər.


“Ümidim sənsən” nələr vəd edir?


Əlavə 1.

Aşağıdakı xidmətləri təklif edirəm:
(Təxmini nümunələr)
- 1 imkansız uşağa pulsuz hazırlıq kursu keçərəm;
- 2 Pulsuz hüquqi xidmət göstərərəm;
- İldə bir dəfə 20 kv.m yeri pulsuz suvayaram;
- 2 kasıb uşağın saçlarını hər ay pulsuz sahmana salaram;
- İldə bir dəfə bir kasıb gəncin toyunda pulsuz oxuyaram;
- 2 nəfərin televizor, kondinsioner, yaxud soyuducusunu təmir edə bilərəm və digər xidmətlər...
Tədbirdə yekdilliklə razılaşdırıldı ki, xeyriyyə icması tam aşkarlıq şəraitində işləyəcək.
Ən yaxşı xeyriyyəçilər üçün mükafat və diplomlar təsis edilib.
İcmanın fəaliyyəti “Cənub xəbərləri” qəzetində, “cenubxeberleri.com”, ”masallilar.az”, “Arkivan.az” və digər saytlarda işıqlandırılacaq. İcmanın “Ümidim sənsən” FB səhifəsi fəaliyyət göstərir.

Arzu, təklif və istəklərinizi bu səhifəyə yollaya bilərsiniz.
Əlaqə telefonları: 0 50 (70) 322 75 23 və 051 8333 0986


Əlavə 2.

Təşkilata yardım üçün ərizə forması.

“Xeyriyyə” İcmasına müraciət
Adı--------------- Soyadı-------------- Atasının adı----------------

Ünvanı:

Əlaqə: Telefon və elektron ünvanı----------------------
---------------------------------------------------------------------------

Əsas problemi-----------------------------------------------
----------------------------------------------------------------------------
Harada işləyir? Nə qədər əmək haqqı alır?----------
(Yaxud işləmir)

Ünvanlı yardım alırmı? Miqdarı-----------------------------

Payıbəlli və həyətyanı torpağı varmı? Neçə sot torpağı var?---------------------

Başqa qazancları------------------------

Ərazi nümayəndəsinin və bələdiyyəsinin razılığı.

Rəy və imza, möhür, tarix


Təşkilat hələlik “Cənub-Kitab” Evinin ofisindən istifadə edəcək. (Ünvan: Xətainin heykəlinin arxası, Vergilər idarəsi ilə yanaşı, keçmiş 1 saylı məktəbin qarşısı).
“Ümidim sənsən” Xeyriyyə İcmasının Mətbuat Xidməti.
R4suloffR4suloff

OXUNMA SAYI :796

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff