Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi


Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir...


Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi


“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 10 noyabr tarixindən 12 noyabr tarixinədək Lənkəran şəhərində yerləşən AB Qala otelində “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 18 yaşayış məntəqəsindən (Ağstafa, Bakı, Balakən, Bərdə, Gədəbəy, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lənkəran, Neftçala, Sabirabad, Salyan, Sumqayıt, Şəki, Yardımlı, Zərdab) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6000 (altı min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilmişdir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

Təlim kursunda işçi heyətlə iştirakçılar arasında məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində bir çox mövzular müzakirə olunması və 3 günlük təlim sessiyası ərzində mövzularla bağlı müxtəlif sosial çarxları izlənmişdir

Qeyd edək ki, 05 oktyabr 2017-ci il – 05 yanvar 2018-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi ölkədə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə də, gənc ailələrin, eləcə də risk qruplarının (məsələn, erkən nikahın iştirakçıları, yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.

Əlavə edək ki, təlim kurslarından öncə Azərbaycanın 36 müxtəlif yaşayış məntəqəsindən təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 26 nəfəri (11 oğlan və 15 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi

Əlaqə vasitələri: (0 51) 814 44 42, muradli_ilkin@mai.ru, İlkin Muradov

Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 42 00,

İnternet səhifəsi: www.epsaya.az, E-mail: info@epsaya.az
R4suloffR4suloff

OXUNMA SAYI :49

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff