Masallıda 15 yaşlı qızın intiharı



Ölmək belə asan imiş, yaxud həyəcan təbili harada çalınmalıdır?


Masallıda 15 yaşlı qızın intiharı


Bu günlərdə Masallıda çoxlarını sarsıdan bir intihar hadisəsi baş verdi - Çaxırlı Ərazi vahidinə daxil, Kəlbhüseynli kənd sakini 15 yaşlı Qafarova Gülər Nahid qızın özünü həyətlərindəki tövlədən asaraq həyatla vidalaşıb.

Hamı bir-birinə “Niyə?”, “Nə üçün?” suallarını versə də, bu intiharın əsil səbəbini deyən tapılmır.

Sadə bir araşdırma isə bu intiharın əsasının az qala 12 il əvvəl qoyulduğu qənaətinə gətirir. Belə ki, Gülər hələ 3 yaşı tamam olmamış atası anası ilə yollarını ayırır. Bir neçə il küsülü yaşasalar da sonralar anası qızı ilə tək yaşamağa başlayır. Kənd sakinləri

onların sıxıntı və kasıbçılıq işində yaşamadığını bildirir. Gülərin ana babası normal imkanı olduğu üçün boşanmış qızının maddi ehtiyaclarını ödəmək üçün ona ev tikir, mal-qara alır, digər çətinliklərinə yardımçı olur. Gülər atasızlıq sıxıntısı çəksə də, maddi sıxıntı çəkməyib. Məktəbdə də normal tərbiyəsi ilə tanınıb, hər hansı bir problemi olmayıb. Bu il 9-cu sinif bitirdikdən sonra, qiymətləri aşağı olduğu üçün məktəblə vidalaşıb.

Kənd sakinləri deyir ki, atası sonradan ailə həyatı qursa da, qonşu olduqları üçün onu tez-tez görürmüş. Atasının arabir onu bazara aparıb, geyim-keçim aldığı da bildirilir. Həmçinin onu da deyirlər ki, Gülər böyüdükcə sanki atasında qaçmağa başlayır, onun gözünə görünmək istəmir. Bax, belə bir çaşqın ömür yaşayıb Gülər

İntihar etdiyi gün isə, deyilənə görə, anası ilə nahar vaxtı evi, qab-qacağı silib-süpürmək üstündə kiçik bir mübahisəsi olub və bir neçə saatdan sonra o həyətdəki tövlədən asılmış vəziyyətdə tapılıb.

Kimdir günahkar? Məktəbmi, ailəmi, ötən illərin sıxılmış dərdlərimi? Bu suallara heç kim cavab tapa bilmir? Doğrudanmı, ölmək belə asan, həyatla vidalaşmaq bu qədər asan?

Belə şagirdlər məktəblərimizdə çoxmu? Adi bir sarsıntıdan onlardamı çıxış yolu kimi dar ağacını seçəcəklər?


Sadə olduğu qədər də, mürəkkəb bir vəziyyətdir. Psixoloq, ağsaqqal müəllimlər bəlkə bunu ciddi müzakirəyə çevirələr, şagirdlərin psixoloji hazırlığını yoxlayalar.

Düzü, bu sualların cavabında özüm də acizəm. Sadəcə onu bilirəm ki, bunu sıradan “hadisədir də, olub” deyə üstündən keçmək olmaz. Ən azından onu nəzərə almalıyıq ki, hazırda əsəbləri yerində olmayan, ən sadə çətinlikdən çıxış yolu kimi ölümü seçən, bir son zəng ziyafətinə, bir telefona görə intiharları ilə valideynləri hədələyənlər az deyil. Necə deyərlər, bu elə “qar”dır ki, qəfildən hamının qapısına “yağa” bilər.

Əgər mümkünsə müzakirə edək, fikirlərimizi paylaşaq.

Zahir
R4suloffR4suloff

OXUNMA SAYI :444

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff