Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR



Ceyhun Alim oğlu Babayev 1983-cü ildə doğulub. 2002-ci ildən Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində yaşayıb.

Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR


Hazırda Bakı şəhərində yaşayır. 2002-2008-ci illərdə İjevsk Tibb Akademiyasının müalicə-işi fakültəsini bitirərək, 2009-2011-ci illərdə ümumi cərrahiyyə üzrə internatura və ordinatura bölmələrini müvəffəqiyyətlə başa vuraraq, həkim-cərrah peşəsinə yiyələnib.

2012-2016 -cı illərdə ümumi cərrahiyyə kafedrasının aspirantı olub. 2012-2017-ci illərdə ŞKX №6 SN UR (БУЗ УР “ГКБ №6 МЗ УР”) həkim-cərrahı, mədəalti vəzinin irinli iltihabı zamanı müalicə taktikası adlı dissertasiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək, 2014-ci il patent hüququ alıb. 27.03.2017-ci ildən etibarən tibb elmləri namizədi adını qazanmış, onlarla metodik tövsiyyələr, məqalələr və tezislərin müəllifidir.

Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR


2008-2011-ci illərdə Rusiyadakı azərbaycanlı Gənclər Birliyinin (Odlar yurdu və Leyla xanım Əliyevanın sədrlik etdiyi AMOR) Udmurtiya bölməsinin sədri olub. 2008-ci ildə “IV Rus millətlər festivalı”nın laureatı adını qazanıb. 2011-ci ildən Ümumrusiya azərbaycanlıları Konqresinin Udmurtiya regional bölməsinin icraçı direktorudur. 2013-cü ildən Rusiya endoskop Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür. 2010-2014-cü ildə Udmurtiya dövlət universitetinin beynəlxalq hüquq fakültəsini bitirərək, hüquqşünas ixtisasına yiyələnmiş və hazırda Udmurtiya Respublikasının Sarapul rayon Deputatlar Şurasının deputat köməkçisidir.


Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR


Elm və ixtiraların inkişafına verdiyi töfhələr nəzərə alınaraq, Rusiya Akademiyasının Mükafatlar Komissiyası tərəfindən Nobel medalına layiq görülüb. Rusiya Akademiyasının Rəyasət Heyəti (13 noyabr 2017-ci il) qərar qəbul edərək, namizədə Nobel medalının (sertifikatı, şəhadətnaməsi, nişanı) təltif edilməsi haqqında sənədlərin təqdim edilməsi 2017-ci il noyabrın 20-21-də Moskva şəhərində keçirilib. (yenicağ.az)

Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR
Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR
Azərbaycanlı cərrah "Nobel" mükafatı aldı - FOTOLAR



EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
R4suloffR4suloff

OXUNMA SAYI :436

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff