İctimai yerlərdə tütün məmulatları, elektron siqaret və qəlyan çəkilməsini kəskin şəkildə məhdudlaşdıran qanun hazırlanıb

Azərbaycan parlamenti cümə günü üçüncü oxunuşda "Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanununu qəbul edib. Sənəd ictimai yerlərdə tütün məmulatları, elektron siqaret və qəlyan çəkilməsinin kəskin şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur.

Xüsusən, qanunda təhsil müəssisələrində, idman yarışlarının keçirildiyi yerlərdə, ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda siqaret çəkməyin qadağan edilməsi nəzərdə tutulur.

Bundan sonra mehmanxanalarda, tibb müəssisələrində, sanatoriyalarda, kurortlarda, sosial obyektlərdə, teatrlarda və kinoteatrlarda, sərgilərdə, kitabxanalarda, muzeylərdə, yeraltı və yerüstü keçidlərdə, bütün nəqliyyat növlərində, həmçinin avtobus dayanacaqlarında, vağzallarda və aeroportlarda, liftlərdə, çoxmənzilli binaların ümumi meydançalarında, uşaq meydançalarında, çimərliklərdə, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların iş yerlərində siqaret çəkmək qadağandır.

Qanuna əsasən, tütün şirkətlərinə sponsorluq qadağan edilib, amma xeyriyyəyə icazə verilir. -71D-

Rəy yaz
  • SimeIin
  • 25-06-2019, 21:15
  • : 21:15
    • Нравится
    • 0
Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день Перейти на сайт https://free-zarabotok.ru/
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter