Lotu Quli Mübariz Mənsimovu necə məhv edir? – Kriminal savaş


Azərbaycan kriminal aləminin son illərdəki faktiki ən nüfuzlu nümayəndəsi sayılan Rövşən Lənkəranskinin sui-qəsdlə öldürülməsindən sonra “oğru dünyası”nda status-kvo tamam dəyişib.

Artıq bu aləmin yeni və şəksiz lideri var: Lotu Quli – Nadir Səlifov. Lənkəranskinin ölümünə qədər Azərbaycan, hətta Qafqazda bu iki “oğru” arasında güc savaşları yaşanırdı. Lakin Rövşəndən sonra Quliylə savaşacaq heç kim qalmadı.

Lotu Quli Mübariz Mənsimovu necə məhv edir? – Kriminal savaş


Və illər sonra heç kimin gözləmədiyi bir anda azadlığına qovuşan Lotu Qulinin qarşısında dayanacaq heç bir güc yoxdur. Bu, faktiki olaraq belədir və hazırda Nadir Səlifov nəinki Azərbaycanın, hətta bütün Rusiyanın ən nüfuzlu kriminal generalı sayılır. İndi bu misilsiz güc Nadir Səlifova keçmiş düşmənlərindən və onların himayədarlarından bütün qisasını almaq imkanı verir. Quli də məhz bunu edir. O nəinki kriminal aləmdə olan rəqiblərini, hətta indiyə qədər düşmənçilik etdiyi şəxslərə dəstək olan iş adamlarını da sıradan çıxarmağa başlayıb.

BakuPost.az-a daxil olan sensasion məlumata görə, bu adamlardan biri də azərbaycanlı milyonçu, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovdur. Məlumdur ki, Qulinin əsas düşməni Rövşənlə Mənsimovun çox isti münasibətləri olub. Rövşən Lənkəranski və Mübariz Mənsimovu birləşdirən ortaq məqam onların hər ikisinin eyni regiondan olması idi. Rövşənin sağlığında biznesmenlə həmişə yüksək səviyyəli əlaqələri olmuşdu. Hər iki şəxs bir-birini qarşılıqlı şəkildə qorumaqla məşğul idi.

Təsadüfi deyil ki, Lənkəranski öldürülənə qədər uzun müddət İstanbulda – Mənsimov üçün doğma şəhərdə məskən salmışdı. Həmin vaxt yayılan məlumata görə, Lənkəranskini İstanbula məhz Mənsimov yerləşdirmişdi. Və təsadüfi deyil ki, Rövşənin meyiti İstanbuldan Lənkərana məhz Mübariz Mənsimovun ŞƏXSİ TƏYYARƏSİNDƏ gətirilmişdi. Mənsimov kriminal avtoritetin dəfnində iştirak edən ən nüfuzlu adamlardan biri idi…

Lotu Quli Mübariz Mənsimovu necə məhv edir? – Kriminal savaş


Bütün maneələri yırtan Quli, indi qarşısını kəsə bilən heç bir qüvvə ilə üzləşmək istəmir. Amma o hazırda Lənkəranskinin ən sadiq dostu və böyük maliyyə gücünə malik Mənsimovla eyni şəhərdə yaşayır. Həbsdən azad olunandan cəmi bir neçə gün sonra sui-qəsdə məruz qalan kriminal general bu işlərdə Mənsimovun əlinin olmadığından əmin deyil. Lənkəranski ilə münasibətlərini açıq şəkildə nümayiş etdirən bir adamın onun qisasının alınmasında maraqlı olmayacağına inanmır.
Quli tərəfdarları hesab edir ki, Lənkəranskinin adamlarının İstanbula gəlməsi və burada rahat şəkildə planlar qurması, hətta bu işdə tərəfdar türklər tapmasında mütləq bir yardımçı güc var. Və bu, çox güman ki, Mənsimovdur.

Lotu Quli Mübariz Mənsimovu necə məhv edir? – Kriminal savaş


Hətta bu variantların heç biri olmasa belə Quli bu Lənkəranski-Mənsimov dostluğunun qisasını almaqda qərarlıdır. Necə deyərlər, düşmənimin dostu mənim də düşmənimdir.
Buna görə də həbsdən çıxandan sonra İstanbula köçən və burada özünə yurd salan Lotu Qulinin ilk hədəfi məhz Mübariz Mənsimov olub. O, ilk iş olaraq Mənsimovu İstanbulda qorumasız qoymağa və özünü təhlükədə hiss etməsinə çalışır. Məlumatlarda bildirilir ki, Quli əlindəki böyük imkanlardan özünün ən güclü olduğu yerdən – Rusiyadan Mənsimovu sıxışdırıb çıxartmağı qarşısına məqsəd qoyub. Bu müddətdə isə İstanbulda da güclənmək və Mənsimova bu şəhəri də dar etmək niyyətindədir.

Mənsimov isə öz növbəsində kriminal aləmin bu yeni lideri ilə mübarizə aparmaq üçün uzun illərdir Türkiyədə münasibətlər qurduğu yeraltı dünyasının nümayəndələrindən kömək istəyir. Onun İstanbulda işlərinə hələ ki heç bir problemin yaranmamasının səbəblərindən biri də məhz budur. Mənsimovun Türkiyədə uzun illərə söykənən dostluqları mövcuddur və hələ ki bu dostluqlar onu bu böyük şəhərdə qoruyur…
Mənbəmiz diqqəti həm də ona çəkir ki, Mübariz Mənsimovla bağlı Rusiya mətbuatında dərc olunan kəskin tənqidi yazıların hamısı məhz Quli həbsdən azad ediləndən sonra ortaya çıxmağa başlayıb.

Lotu Quli Mübariz Mənsimovu necə məhv edir? – Kriminal savaş


Hətta bir qədər irəli gedərək, bu ştrixə onu da əlavə edə bilərik ki, Mənsimovla bağlı Rusiya mediasında dərc olunan vergidən yayınma ittihamlarını Azərbaycanda tirajlayan media orqanları Quli ilə yaxın münasibətləri olan şəxslərə bağlıdır.
Yeri gəlmişkən, diqqətli oxucu bir məqamı da sezməmiş deyil. Son günlər Mənsimovu ardıcıl şəkildə müdafiə edən yazılar paylaşılır. Milyonçunun məhz Lənkəranskinin yaxın adamlarının bağlı olduğu qüvvələrin media orqanlarında müdafiəsi də diqqət çəkir.
Beləliklə, Qulinin başladığı dağıdıcı kriminal savaş yeni müstəviyə keçir. Çox güman ki, qardaş ölkənin baş şəhərində iki nəhəng azərbaycanlının açıq mübarizəsinin şahidi olacağıq…

R4suloffR4suloff

OXUNMA SAYI :736

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff