Leriki kimlər idarə edir? – ŞOK SİYAHI



Leriki kimlər idarə edir? – ŞOK SİYAHI


Bir müddət öncə Lerik rayonun bir neçə kəndi rayon rəhbərliyindən şikayət etmişdi.
Əvvəl Orand kəndinin 100-dən yuxarı sakini rayon rəhbərliyini, xüsusən də icra başçısı Rövşən Bağırovu və birinci müavini Cəlil Baxşıyevi, həmçinin rayonun deputatı İqbal Məmmədovu korrupsiya, məmur özbaşınlığı və qanunsuzluqda ittiham etdilər.

Onlar deputatın onlara məxsus olan əraziləri zəbt etdiyini, kəndə gələn suyun öz kartof sahələrinə çəkdiyini iddia edirdlər. Daha sonra rayonun iki kəndi Lerikdən ayrılmağa və Yardımlıya birləşməyə qərar verdi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanladılar.

Sakinlər deyirdilər ki, rayon qeyri-rəsmi 4 ərazidən – Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Amma əsas diqqət rayonun Zuvand ərazisinədir. Onlar hətta icra başçısını Zuvandın başçısı, müavini Zuvandın rəhbəri, deputatı da Zuvandın deputatı adlandırıblar. Lerik Rayon İcra Hakimiyyəti isə sakinlərin Prezidentə ünvanladıqları müraciətə rəsmi açıqlama verərək onları təkzib edib.

Bəs rayonda doğrudan nə baş verir?


Tendensiya.com-a Lerik rayonu ilə bağlı sensasiya doğuracaq faktlar daxil olub. Belə ki, etibarlı mənbə rayondakı əsas vəzifələri tutmuş şəxslərin siyashısını təqdim edib.
Həmin siyahını heç bir şərh vermədən oxuculara təqdim edirik:
“Hörmətli redaksiya. Siz yəqin ki, Lerik rayonunda vəziyyətin nə olduğunu bilmirsiniz. Lerik qeyri-rəsmi olaraq, Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Sizə vəzifədə olanların siyahısını təqdim edirik. Oxuyun, siyahıya göz gəzdirin, nəticə çıxarın. Görün durum nə yerdədir.

Ən çox hansı bölgə rayonda hegomonluq edir və bu qohum-qardaş zənciri ilə bağlanan şəbəkə rayonu hara aparır, ölkədə necə imic yaradır:

1. İqbal Məmmədov – Leriki Milli Məclisdə təmsil edən deputat (Zuvand – Rıvarud kəndi).
2. Cəlil Baxşıyev – Lerik rayon icra başçısının birinci müavini (Zuvand – Kələxan kəndi).
3. Arzu Vəliməmmədova – icra başçısın müavini (zuvandlı, Həmzə Vəliməmmədovun qızı)
4. Habil Məlikov – başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (Dırıqlı – Gürdəsər kəndi)
5. Əlipənah Bayramov – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ( Dırıq – Bülüdül kəndi)
6. Araz Quliyev – Hüquq şöbəsinin müdiri (Dırıq – Ağçay kəndi)
7. Zamiq Əhədov – İcra Hakimiyyətində Ümimi şöbənin müdiri (zuvandlı)
8. Kaməddin Məstiyev – Lerik şəhəri üzrə icra nümayəndəsi (zuvandlı)
9. Zöhrab Salayev – Təhsil şöbəsinin müdiri – (zuvandlı)
10. Mübariz Ağayev – Mərkəzi xəstəxananın baş həkimi (zuvandlı və İqbal Məmmədovun qohumu)
11. Eyvaz Babayev – Meşə Təsərrüfatının rəhbəri (Lerik şəhəri)
12. Vəliyulla Alışov – Rabitə qovşağının rəisi (Dırıqlı, Cəlil Baxşıyevin qohumu)
13. Həmzə Vəliməmmədov – Ağsaqallar Şurasının sədri (zuvandlı)
14. Hidayət Bəşirov – Rayon Veteranlar Şurasının sədri (zuvandlı)
15. Elman Abbasov – Maliyyə şöbəsinin müdiri – (zuvandlı – Cəngəmiran kəndi)
16. Aqil Sucayev – Mədəniyyət və Turiz şöbəsinin müdiri Nirəvud kəndindəndir, bir tərəfi zuvandlı – əslində, Zuvandla Nirəvud-Orand bir bölgə sayılır)
17. Etibar Həşimov – Ziyalılar Birliyi (Zuvand – Rəzgöv kəndi)
18. Mübariz Quliyev – Mənzil Kommunal Təsərrüfatının sədri (zuvandlı)
19. Malik Mirzəyev – ƏƏSM rəisi (Buruq kəndindən. Amma İqbal Məmmədov, Cəlil Baxşıyev və Mübariz Quliyevin qohumudur, bir tərəfi zuvandlı)
20. Abdin Alışanov – Gigiyeva və Epidemiologiya mərkəzinin rəisi (Bir tərəfi zuvandlı)
21. Mirzəyev Aslan – Qızıl Aypara Cəmiyyətinin rəhbəri (zuvandlı)
22. Asiman Tağızadə – Baş mühasib (zuvandlı).


R4suloffR4suloff

OXUNMA SAYI :359

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff