Məhkəmə “Cənub xəbərləri”nin qələbəsi ilə bitdi



10 minlik təzminat davası iflasa uğradı


Məhkəmə “Cənub xəbərləri”nin qələbəsi ilə bitdi


Bu il dekabrın 19-na təyin edilmiş 10 min manatlıq şərəf-ləyaqət davası “Cənub xəbərləri”nin qələbəsi ilə bitdi.

Rabit Quliyevin iddia ərizəsində irəli sürülənlər əsaslı hesab edilmədi.

Hakim Anar Alməmmədovun bu dəfəki iclasda çıxışı daha obyektiv və maraqlı məqamları ilə yadda qaldı. Təfsilat yazıb sizi yormaq istəmirəm.
Təfərrüatı bilmək istəyənlər isə 2 gün öncə bu mövzuda yazdığımız və paylaşdığımız yazının aşağıdakı linki ilə tanış ola bilərlər.

cenubxeberleri.com

Yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm. Bir həftə öncə status paylaşmışdım ki, övladımın ad günüdür. 400 nəfərdən artıq insan bəyənmiş, 50-dən artıq şəxs rəy yazmışdı.
2 gün öncə isə paylamışdım ki, məhkəməm olacaq. Cəmi 5-6 nəfər bəyəndi və rəy yazan olmadı.

“Niyə qəzet buraxmırsınız?”, “Niyə filankəsləri yıxıb sürümürsən?”- deyən qəhrəmanlar, haradasınız? Deyəsən, 5-10 nəfərdən başqa çoxları FB-ya baş sağlığı vermək və ad günlərinə təbrik yazmaq üçün gəlirlər.

Beləyik də. Rəhmətlik Elçibəy demişkən, gedib Fransadan xalq gətirə bilmərik ki? Olanımız budur.

“Cənub xəbərləri”
R4suloffR4suloff

OXUNMA SAYI :1352

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff