Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var



Masallı rayonunun öyünəsi rəssamları elə də çox deyil. Keçmişlərə nəzər salsaq, Nüsrət Fətullayev, Tələt Şıxəliyev, Fərahim Zeynalov, Rəfael Əsədov və başqalarının adını çəkə bilərik.

Son vaxtlar isə daha bir masallılı rəssamın adına mətbuatda tez-tez rast gəlmək olar. Bu sosial səhifədə “Rəssam Ehtiram” adı ilə rəsmlərini tez-tez paylaşan Ehtiram Məmmədovdur.

Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Adətən “rəssam” deyəndə adamın xəyalında saçları dağınıq, geyimində, hərəkətində qəribəliklər olan insanlar canlanır.
Rəssam Ehtiramın isə nə geyimində, nə zahiri görkəmində hər hansı qəribəliyə rast gəlmək çətindir.
Söhbətə də elə bu qəribəlik məsələsindən başladıq. Ehtiram müəllim dedi ki, atam traktorçu olub, amma olduqca səliqəli geyinib. Mazutun, toz-torpağın içində çalışsa da, işdən sonra elə geyinib-keçinərdi ki, onu hər hansı ziyalıdan fərqləndirmək çətin olardı.


Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Həmişə təmiz, sadə və olduqca səliqəli geyimi ilə təkcə bizə yox, hamıya nümunə idi. Məndə də sadə geyinmək adəti ondan qalıb. Çalışmıram ki, geyimimlə, zahiri görkəmimlə fərqlənəm. Çalışaram fərqliliyi rəsmlərimdə canlandıram.

Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Bu yazıda Ehtiram müəllimin rəsmlərini imkan daxilində təhlil etməməyə çalışacam. Çünki bu rəsmlərin özü adamla elə danışır ki, onlara “tərcüməçi” lazım deyil. Təki gözəllikləri, qəribəlikləri, həmin lövhələrdəki özgə dünyaları duymaq qabiliyyətin ola.

Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Ehtiramın rəsmləri özü hər şeyi danışır. Lakin rəssamın hələ “danışdıra” bilmədiyi, emalatxanaya “gətirə” bilmədiyi, öz dili ilə desək, bu günümüzə “tərcümə” edə bilmədiyi rənglər və lövhələr də var.

Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Ehtiram müəllim:- Bəzən yol gedəndə gözüm önündə elə mənzərələr, insan görkəmləri rəsmlərə, lövhələrə çevrilir ki, az qala yolun ortasında fırçaya əl atmaq istəyirəm. Bəzən elə rənglər dünyasına düşürəm ki, həmin rənglərin reallıqda düsturun hələ də tam tapa bilmirəm. Yaxşı ki, bütün övladlarımda rəssamlıq istedadı var və əminəm ki, mən tapmayan rəng möcüzələrin onlar tapacaqlar.

Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Qaldı ki, Rəssam Ehtiramın həyat yoluna, uğurlarına, sadəcə onların xronikasını sizə təqdim edirik.

1964-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.
İlk uğuru 1982-ci ildə, 18 yaşında, 2-ci kursda təhsil alanda Bakıda Çini Qablar Zavodunun sifarişi ilə Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti günlərində təşkil olunacaq sərgi üçün hazırladığı kompozisiya olub. Həmin eskizləri keramikadan hazırlanmış qablar üzərinə köçürdülər. Bu uğuruna görə o vaxtki rus pulu ilə 1800 (təxminən 2 min dollar) mükafat qazanıb.

Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


1982-ci ildə onun 2-ci uğuru Bakıda SSRİ-nin 60 illiyi ilə bağlı təşkil olunan sərgidəki işinə görə olub.
Daha sonralar Bakıdakı onlarla sərgidə rəsmləri nümayiş etdirilib.
2001-ci ildə 11 yaşlı oğlu Turalla Türkiyənin İzmir şəhərindəki sərgidə əsərləri nümayiş etdirilib.
Son illərin uğurları.


Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


İyun 2017-ci il. Almaniyanın Leverkuzen şəhərində dünyanın 1060 rəssamının əsərlərinin nümayiş etdirildiyi Beynəlxalq Portret Ustalarının yarışmasında əvvəl 2-ci, sonra 1-ci yeri tutub, sərginin mükafatlarına layiq görülüb.
Noyabr 2017-ci ildə isə Türkiyənin İstanbul şəhərində “Nəfəs”adlı sərgidə Türkiyənin 25 tanınmış rəssamı ilə birlikdə yeganə azərbaycanlı kimi onun əsərləri nümayiş etdirildi. Burada nümayiş etdirilən 6 rəsm əsərindən 4-ü qısa müddətdə satıldı.
Ehtiram rəssam deyir ki, xarici ölkələrə tez-tez dəvət alır, lakin maddi imkanına görə həmin sərgilərə qatıla bilmir. Yəqin ki, qarşıdakı yay aylarında bu “tilsim”i sındırmağa çalışacağam.


Hələ “tərcümə” edə bilmədiyim rənglər və lövhələr var


Onun şəhər mərkəzində emalatxanası yoxdur. “Seyidlər” yeməkxanası deyilən ərazidə 40 kv.m ölçülü bir yerdə məskunlaşıb. Əsas işlərini evdə görür. Ən son işi payız lövhələridir. Bundan əlavə planlarında çoxlu portret rəsmləri var. Maraqlananlar bunları sosial səhifədə “Rəssam Ehtiram” ünvanında izləyə bilərlər.

Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :689

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff