Aqrolizinqin sabiq rəhbəri Qafil Məmmədovun həbs edilməsi xəbəri yayıldı


Aqrolizinqin sabiq rəhbəri  Qafil Məmmədovun həbs edilməsi xəbəri yayıldıRedaksiyaya bir neçə mənbədən daxil olan məlumata görə, Masallı rayonunun Şərəfə kənd sakini, əvvəllər o vaxtki komsomol komitəsində şöbə müdiri, Şərəfədə kolxoz sədri və digər vəzifələrdə çalışan, son illərdə isə Masallıdakı Aqrolizinq təşkilatına rəhbərlik edən Qafil Məmmədov həbs edilib.

Onun həbsinə səbəb kimi Masallı Aqrolizinqə rəhbərlik etdiyi dövrdə etdiyi saxtakarlıqların olduğu bildirilir.

Yayılan məlumatlarda Qafil Məmmədovun Bakı şəhərində, dekabrın 20-də axşam tərəfi Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edildiyi bildirilir.


Yayılan məlumatlarda o da var ki, Q. Məmmədov həmin təşkilata rəhbərlik etdiyi müddətdə ciddi yeyintiyə, mənimsəməyə yol verib.
Xatırladıq ki, həmin təşkilat təsərrüfatla məşğul olanları güzəştli qiymətə kübrələr, kənd təsərrüfatı texnikası ilə təmin edir.

Məlumat üçün onu da bildirək ki, Qafil Məmmədovdan sonra həmin təşkilata rəhbərlik edən, əslən Xıl kəndindən olan Eldar Hüseynov da bir ay əvvəl həbs olunub.


“Cənub xəbərləri”
R4suloffR4suloff

OXUNMA SAYI :721

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff