50 yaşlı Saakaşvili barədə bilinməyənlər



Gürcüstanın eks prezidenti Saakaşvili barədə bilinməyənlər və həyatının ən parlaq

anları


50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Dekabrın 21-də Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin doğum günü idi.

Musavat.com 50 yaşlı yubilyarın keçdiyi həyat yoluna faktlar və maraq kəsb edən məqamlarla işıq salır.

M.Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə doğulub. Uşaqlığında Saakaşvili əlaçı olub və məktəbi qızıl medalla bitirib. Çox güman ki, ona BMT-də çalışan dayısı təsir edib. Sonuncu bacısı oğlunun tərbiyəsi ilə hər zaman məşğul olub.

50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Nüfuzlu dayının təsiri Gürcüstanın gələcək prezidentinin xarici dillərlə maraqlanmasına da təsir göstərib. Mixail uşaq yaşlarından etibarən ingilis və fransız dillərini öyrənib ki, bunlar ona gələcək siyasi fəaliyyətində gərəkli olub. Kiçik Mixo üzgüçülük, musiqi, basketbola həvəs göstərib, məktəb teatrında məşğul olub və hətta dövrünün məşhur serialı “Sprut”da da çəkilməyə cəhd göstərib.

50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Son nəticədə istedadlı gənc asanlıqla Kiyevdəki Şevçenko adına Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. 1985-ci ildə həmin universitetə girmək üçün güclü bir yarış vardı. Bir yer uğrunda 20 abituriyent yarışırdı.

Nəyə görə o, Moskvanı yox, Kiyevi seçdi?

Onunla eyni qrupda oxuyanlar deyir ki, Kiyevdəki Şevçenko adına ali məktəbdə təhsilin səviyyəsi Moskvadakından heç nə ilə seçilmirdi. Həmin vaxt instituta girmək üçün qeyri-rəsmi olaraq o qədər də kiçik məbləğ tələb olunmurdu - 50 min rubl. Amma Saakaşvilinin hazırlığı o qədər yüksək səviyyədə idi ki, rüşvətə ehtiyac duymadan, öz bilikləri hesabına instituta daxil olub.

Mixail özünü təhsil illərində göstərməyə başlayıb. Kursun ən yaxşı tələbəsi olmaqla, universitetin təşkil etdiyi tədbirlərdə aktiv iştirak etməklə fakültənin də gözü olub. Saakaşvili hamıya göstərib ki, kurs və diplom işini ən yüksək səviyyədə, ingilis dilində də müdafiə etmək olar.

50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Mişanın həmin vaxt xeyli istedadlı kurs yoldaşları vardı. İndiki politoloq Vitaliy Bala, Lvovda rəhbər vəzifədə çalışan Vasili Qorbal bu qəbildən idi. Bundan başqa, Mişa tələbəlik zamanından Pyotr Poroşenko ilə də tanış idi.

Universiteti qurtaran kimi Saakaşvili vətəninə qayıdıb, İnsan Haqları üzrə Dövlət Komitəsində hüquqşünas-məsləhətçi kimi işə başlayıb. Ardınca isə Strasburq Beynəlxalq İnsan Haqları İnstitutunda təhsil almaq üçün qrant əldə edib və ABŞ Dövlət Departamentinin təqaüdçülərindən biri olub. Bu isə ona Kolumbiya Universitetində magistr dərəcəsi almaq üçün yol açıb. O, eyni zamanda Vaşinqton Universitetində də təhsil alıb.

Mixail Saakaşvili Gürcüstan siyasətinə qəfil və sürətlə girib. Həmin vaxt gürcü xalqı və yuxulu Gürcüstan bilmirdi ki, bir siyasətçi bu qədər rəngarəng, rezonanslı ola bilər. Öncə deputat, ardınca AŞ PA-da Gürcüstanın təmsilçisi olub. O, türmə kitabxanaları üçün kitab yığır, məmurları narkotik yoxlamasından keçirmək üçün qan analizləri verməyə çağırır, dövlət məmurlarını dəbdəbədən əl çəkməyə çağırırdı.

İlk vaxtlar Saakaşvili həmin vaxtın prezidenti Eduard Şevardnadzeni dəstəkləyirdi və hətta onun sevimlisi idi. Amma bir neçə il sonra az qala onun ən qatı opponentinə çevrildi. Beləcə, Gürcüstanda “Qızılgül inqilabı”na rəhbərlik etdi və özünə prezidentliyə gedən yolu açdı.

50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Bundan sonra isə Gürcüstanda islahatlar başlandı. Korrupsiya ilə mübarizə apardı, polisdə dünya miqyasında dəyişikliklər etdi. Əleyhdarları onun gəlişindən sonra ölkədə bahaçılığın artdığını, eyni zamanda mitinqləri güc yolu ilə dağıtdığını iddia etsələr də, Saakaşvili Gürcüstan möcüzəsi idi.

2003-cü ilin oktyabrında Gürcüstanda baş verən “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gəlib, 2004-2013-cü illərdə Gürcüstan prezidenti postunu tutub. Prezidentlik müddəti başa çatandan sonra ölkəsini tərk edib. Buna vətənində onun barəsində bir neçə maddə ilə bağlı cinayət işi açılması səbəb olub.

2014-cü ildə Ukrayna siyasətinə atılan Saakaşvili prezident Petro (Pyotr) Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib və ona Ukrayna vətəndaşlığı verilib. Lakin bir qədər sonra Ukrayna hakimiyyətinin rəhbərliyi ilə münasibətləri pozulan Saakaşvili vəzifəsindən istefa verib.

Poroşenko onu vətəndaşlıqdan məhrum etsə də, qanunsuz olaraq ölkə ərazisinə keçən Saakaşvili tezliklə həbs olunub. Bir neçə gün sonra buraxılaraq prezidentin istefası tələbi ilə aksiyaya başlayıb.

Mixail Saakaşvili holland əsilli Sandra Rulofsla ailə həyatı qurub, Eduard və Nikiloz adlı iki övladları var. Ana dili ilə yanaşı ingilis, rus, fransız və Ukrayna dillərində sərbəst danışır.

50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Saakaşvilinin ən səs-küylü qalmaqallar

2003-cü ilin noyabr ayında uzun sürən küçə etirazlarından sonra Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamenti binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edir.

Şevardnadzenin tribunada tələsik qoyub getdiyi çayı tribunaya qalxan Saakaşvili bir göz qırpımına içərək nitq söyləyir. Həmin səhnə Gürcüstanda hakimiyyətin dəyişməsinin və “Qızılgül inqilabı” qələbəsinin rəmzinə çevrilir.

50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Saakaşvili hökuməti salınan yeni yollar və tikilən binalarla fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimində iştirak etməyi xoşlayırdı. Saakaşvili bir sıra memarlıq yeniliklərinin təşəbbüskarı olmuşdu. Tiflisi, Batumi və Gürcüstanın digər şəhərlərində bu cür “inqilabi” memarlıq siyasəti heç də hamının ürəyincə deyildi. Tiflisinin tarixi hissəsində Kür çayı üzərindən qurulmuş müasir görünüşlü “Sülh” körpüsü də çoxlu sayda sakinlərin tənqid və etirazına səbəb olmuşdu.

Kutaisi şəhərində ucaldılmış parlamentin yeni binası Saakaşvili üçün qürur mənbəyi idi. O, məhz bu binada 2012-ci il mayın 26-da iclas keçirərək Gürcüstanın müstəqillik gününü qeyd etmişdi. Prezident bildirmişdi ki, yeni parlament binası “Gürcüstanın açıqlığı və şəffaflığının rəmzidir”.

Lakin çoxları hesab edir ki, Saakaşvili dövründə Gürcüstanda demokratiya və şəffaflıq elə yeni bina fasadları və polis ofislərindən kənara çıxmayıb. Yeni parlamentin əsasən şüşədən tikilmiş binası isə ölkədəki demokratiyanın kövrək və səbatsız durumunun rəmzinə çevrilmişdi.

Saakaşvili şərabçılıq sahəsində də iz buraxmağa cəhd edib. Bu il üzüm məhsulunun yığımında Saakaşviliyə hətta Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko da kömək edirdi. Rəmzi üzüm məhsulu yığımından sonra Mixail şərab dolu küpəni də dostu Viktora hədiyyə etdi.


50 yaşlı Saakaşvili barədə bilinməyənlər


Saakaşvilinin “Vahid Milli Hərəkatı” və keçmiş prezidentə rəğbət bəsləyən təhlilçilər qeyd edir ki, eks-prezident özündən sonra təkcə yeni yolları və işıqlı küçələri qoyub getmir.

Onlara görə, Saakaşvilinin əsas mübarizəsi “oğrubaşı” və korrupsiya ilə olub. Saakaşvilinin özü bir vaxtlar demişdi ki, Gürcüstan Rusiyaya şərab yox, oğrubaşı və kriminal ünsürlər ixrac edib.

Cinayətlə mübarizədə Saakaşvili hökumətinin siyasəti birmənalı olmayıb. Kriminala qarşı sıfır tolerantlıq siyasəti məhbəslərin dolması ilə nəticələndi.

Saakaşvili və onun hökuməti insan haqlarının pozulmasına və islah müəssisələrində vəziyyətin ağırlaşmasına görə tənqid olundu...

BBC tərəfindən çəkilmiş, Saakaşvilinin əsəbi halda qalstukunu çeynəməsi kadrları Rusiya mediasında və televiziyasında dərhal populyarlaşdı və təkrar-təkrar göstərildi.

Həmin kadrlar 2008-ci ilin avqust ayında çəkilmişdi və təkcə Rusiyada yox, Gürcüstanda da lağlağı mövzusuna çevrilmişdi.

Lakin bu kadrlar eyni zamanda Gürcüstanın müasir tarixinin ən ağır günlərinin də xatirəsidir.

Saakaşvili xarici səfərlərdə olarkən tərəfdarları onun xarici dildə sərbəst danışmasından qürur duyduqları halda, çoxları prezidentin büdcə vəsaitlərini şəxsi məqsəd və əyləncəyə xərclədiyini qeyd edirdilər.

“İmedi” telekanalı may ayında əldə etdiyi sənədlər əsasında prezidentin 2009 və 2011-ci illərdə Nyu-Yorkda 11 min avro büdcə pulunu kosmetik əməliyyatlara və botoks inyeksiyalarına sərf etdiyini bəyan etmişdi.

Saakaşvili həmin iradları rədd edərək, bu xərclərin Gürcüstanın təbliği və ölkəyə invastisiyaların cəlb edilməsi ehtiyacı ilə bağlı olduğunu vurğulamışdı.






Sevinc TELMANQIZI;
“Yeni Müsavat”R4suloffR4suloff

OXUNMA SAYI :383

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff