Masallılı məşhurların övladlarının “Elit” toyu




Toya Azərbaycan Respublikasının Xalq Artisti Brilliant Dadaşova aparıcılıq edib. 7-8 saat davam edən toy şənliyində Mənsum İbrahimov, Röya, Manana, Eyyub Yaqubov, Elnur, Zamiq və başqaları iştirakçıları maraqlı musiqi nömrələri ilə şənləndiriblər.



Bir neçə ay öncə xəbər vermişdik ki, XX əsrin 90-cı illərində 2 dəfə Masallıya rəhbərlik etmiş Teymur Yəhyayevin oğlu Heydər Yəhyayev Embowoodun rəhbərlərindən biri - Məşkur Məmmədovun qızı ilə nişanlanıb.

Həmin nişanın davamı və yekunu olaraq 2017-ci ilin dekabr ayının 23-də gənclərin toy məclisi baş tutub. Toy Bakı şəhərində Atçılıq Mərkəzinin ərazisindəki olduqca dəbdəbəli “Elit” Şadlıq Sarayında baş tutub.

Toya Azərbaycan Respublikasının Xalq Artisti Brilliant Dadaşova aparıcılıq edib.
7-8 saat davam edən toy şənliyində Mənsum İbrahimov, Röya, Manana, Eyyub Yaqubov, Elnur, Zamiq və başqaları iştirakçıları maraqlı musiqi nömrələri ilə şənləndiriblər.

Toyda Masallı rayonunun icra başçısı da daxil olmaqla, istər rayonda, istər Bakıda, istər Azərbaycanın digər rayonlarında, eləcə də Moskvada, Sankt-Peterburqda, eləcə də digər ölkələrdə çalışan onlarla ziyalısı, sahibkarı, rəhbər işdə çalışan şəxsləri iştirak edib.



Hər iki valideyni övladlarının xeyir işi münasibəti ilə təbrik edir, gənc ailəyə uğurlar arzulayırıq.

Toyda arzu etdiyimiz şəkilləri texniki səbəblərdən tam əldə edə bilmədiyimizdən hələlik, toyun bəyi Heydərin və Teymur Yəhyayevlə toya gəlmiş bir neçə şəxsin onunla şəklini sizə təqdim edirik.



Aynur


Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter