Masallılı sabiq məmur-Fatma Abdullazadəyə qoyulan qadağa ilə bağlı- Rəsmi açıqlama





Masallılı sabiq məmur-Fatma Abdullazadəyə qoyulan qadağa ilə bağlı- Rəsmi açıqlama


Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub.

(Məlumat üçün bildirək ki, Fatma Abdullazadə əslən Masallı rayonundandır. Onun atası Hüseyn Abdullayev Masallı rayonunda anadan olmuş, burada orta təhsil almış və sonrakı taleyini Bakı ilə bağlamışdır. Burada o, öncə Tibb Universitetinə daxil olmuş, sonra həmin ali təhsil ocağında müəllim işləmişdir. Onların ata evi Masallı şəhərində Kapitalbank-la üzbəüz evlərdən birində olmuşdur).

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir.
Qeyd edək ki, bir müddət öncə F. Abullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.

Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.

Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Fatma Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.
Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankına külli miqdarda borcu olanlar siyahısında F. Abdullazadənin də adı var.
***
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan informasiyaar həqiqəti əks etdirmir

R4suloffR4suloff

OXUNMA SAYI :784

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff