Növbəti kitab bayramı - Masallı Kolleci




Gənclərə kitabları sevdirmək məqsədi ilə kitab bayramları davam edir.

Növbəti kitab bayramı Masallı Dövlət Regional Kollecində keçirilib.

“Ümidim sənsən” xeyriyyə icmasının təşəbbüsü ilə keçirilən növbəti pulsuz kitab aksiyası Masallı İcra Hakimiyyətinin şöbə müdiri Abbas Mikayılovun xeyriyyəçiliyi ilə keçirilirdi.

Tədbiri Kollecin direktoru Vidadi Nəzərov açıb. O Masallıdakı xeyriyyə icmasının gördüyü və hədəflədiyi xeyriyyə işlərindən söz açıb. Daha sonra “Ümidim sənsən” xeyriyyə icmasının məram və məqsədlərindən danışıb, hamını xeyriyyə işlərində onlara dəstək olmağa səsləyib.

30-dan artıq tələbəyə Azərbaycan və Dünya klassiklərinin əsərləri hədiyyə edilmişdir.

Vidadi Nəzərov xeyriyyəçiliyinə görə Abbas Mikayılova və tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Aynur


Növbəti kitab bayramı - Masallı Kolleci
Növbəti kitab bayramı - Masallı KolleciNövbəti kitab bayramı - Masallı KolleciNövbəti kitab bayramı - Masallı KolleciNövbəti kitab bayramı - Masallı KolleciNövbəti kitab bayramı - Masallı KolleciNövbəti kitab bayramı - Masallı KolleciR4suloffR4suloff

OXUNMA SAYI :559

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff