Masallının 2018-ci il hədəfləri





Masallının 2018-ci il hədəfləri


Sorğumuzu Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı cavablandırır:

- İlk hədəfimiz hazırda 10 hektarlıq sahədə inşa edilən "Sənaye Məhəlləsi"ni ilin birinci yarısında istifadəyə verməkdir;

- İnsanlar yaxşı işlədikləri kimi yaxşı da istirahət etməlidir. Bir neçə il öncə inşasına başladığımız "Viləş Park-Bulvar"ın bir hissəsini istifadəyə vermək, 2018-ci ilin sonuna kimi masallılıların bu Park-Bulvardan istirahət mərkəzi kimi faydalanmasına nail olmaqdır;

- Bundan əlavə yaxın vaxtlarda Xətai Parkında əsaslı təmir işlərinə başlanılacaq;

- Hazırda isə Masallı şəhərinin Seybətin küçəsində və Bakı prospektində əsaslı təmir işlərinə başlanılmışdır;

- Yol məsələsi daim diqqətdə olan məsələdir. 2018-ci ildə 25 kilometr yola asfalt döşənməsi planlaşdırılıb. Şatıroba-Türkoba-Hişkədərə-Miyankü, eləcə də Seybətin-Səmidxan-Qarğalıq-Eminli-Qədirli-Məmmədxanlı yollarının asfaltlanması bu layihənin əsas hədəflərindəndir;

- Bu vaxta qədər Masallı rayon ərazisinin 95 faizi qazla təmin olunub. Cəmi 9 dağ kəndi qazlaşmayıb ki, bunun da 3-ü 2018, digərlərinin isə sonrakı illərdə qazlaşdırılması nəzərdə tutulur;

- Daha bir neçə layihəmiz qarşıdakı ildə reallaşacaq. 10 hektarlıq sahədə “Viləş” oteldən şərqə tərəf "Turizm Şəhərciyi" inşa etmək, bir də Viləşçayın 2-ci növbəsinin tikintisinə start verməkdir;

- Muğan kəndlərinin SİP kabelləşməsi və içməli su xəttinin çəkilməsi davam edəcək;

- Masallı şəhərinin Kanalizasiya xəttinin tam istifadəyə verilməsi nəzərdə tutulub;

- 2018-ci ildə Masallıda 1 Uşaq Bağçasının tikintisi, 2 Uşaq Bağçasının isə əsaslı təmiri nəzərdə tutulub. Bundan əlavə tikintisi davam edən Təkdam və Xallıcallı kəndlərində modul məktəblərin istifadəyə verilməsi;

- Masallı Rayon Məhkəməsinin inzibati binası istifadəyə veriləcəkdir;

- Şəhər ərazisində olan 10 ədəd çoxmənzilli binanın fasadlarının təmirinə və bloklara seyf qapılarının və pəncərələrinin quraşdırılması işlərinə başlanılmışdır.


Hazırladı: Aynur
R4suloffR4suloff

OXUNMA SAYI :1205

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff