Ərkivan. Ramazanlı məhəlləsində bir ailə dərd içində




Ərkivan. Ramazanlı məhəlləsində bir ailə dərd içində


Masallı rayonunun Ərkivan qəsəbəsinin Ramazanlı məhəllə sakini Hüseynov Rafiəddin Musa oğlu ağır şəkər xəstəsidir. Bir ayağı kəsilib. 2 övladı var-qızı Səfurə 8-də, oğlu Babək 6-da oxuyur. Qızı bu günlərdə rayon müsabiqəsində qalib olub.

Təqaüdçü kimi ona 55 manat pul ayırıblar. Hələ ki, onu da ala bilmir. Həyat yoldaşı da ona və məktəbli uşaqlarına qulluq etməyə məcbur olduğu üçün işləmir.

Yaxınlarının da çoxu imkansız olduğu üçün ona kömək etməyə imkanları yoxdur.

Ailənin ərzaqdan, geyimdən, yanacaqdan tutmuş hər şeyə ciddi ehtiyacı var. İmkansızlıqdan evə qaz xətti çəkilməyib. 12 kvadratmetrlik təmirsiz otaqda odunla qızınırlar.

Ailə olduqca dözülməz vəziyyətdədir.
Ərkivandakı “Ümidim sənsən” xeyriyyə icması bu il yanvar ayının 25-də bu ailəyə baş çəkmək istəyir.
Yardımçı olmaq, həmin ailəni yoluxmaq istəyənlər icmanın təmsilçisi kimi 051 833 09 86 saylı (Fidan Abbaslı), 050 322 75 23 saylı(Zahir Əmənov) nömrələrə, zəng vura, FB-da Fidan Abbaslı səhifəsinə müraciət edə bilərlər.

Edilən yardımlar Ərkivan döngəsindəki “Qala” aptekində, Rafiq Paşayevin yanında toplanacaq. Sonra isə bir neçə nəfərin iştirakı ilə ailəsinə təqdim olunacaq.



R4suloffR4suloff

OXUNMA SAYI :1569

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az