ƏRKİVAN ALİMLƏRİ


Çoxlarına bəllidir ki, Ərkivan pəhləvanlar və alimlər yurdu sayılır


ƏRKİVAN ALİMLƏRİ


Qısa statistika:

-Ərkivan torpağına bağlı olan 45 nəfər alimlik zirvəsinə yüksəlib;
-Onlardan 1-i akademik, 16-sı elmlər doktorudur;
-Ərkivanlı alimlərdən 6-sı qadındır;
-Bağırovlar, Mirzəyevlər, Yusiflilər, Mikayılovlar, Kazımovlar, Cəbiyevlər ailəsi 2 və daha çox alim yetirib;
-Cəbili, Bədirli və Ramazanlı məhəllələri bu sahədə rekord qırır. Belə ki, bu məhəllələrdən 10 nəfər elmlər doktoru, 14 nəfər fəlsəfə doktoru adını qazanmışdır;
-34 ev olan Cəbili məhəlləsi 2 elmlər doktoru, 3 fəlsəfə doktoru yetişdirib;
-Yalnız Göllü məhəlləsində alim adını qazanan olmayıb.

Hazırda qəsəbə ziyalıları buradakı məktəblərin birində “Alimlər muzeyi” yaratmaq barədə planlar qurur.


Bədirli-Əlihəsənli

1. Bağırov Bağır Əli oğlu — geologiya-minerologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Neft Akademiyasında kafedra müdiri.
2. Həsənov Bədrəddin İbrahim oğlu - kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri işləmiş, vəfat etmişdir.
3. Niftullayev Məhərrəməli Zülfüqar oğlu - tibb elmləri doktoru,
4. Mirzəyev Sabir Soltanağa oğlu - fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru.
5. Məmmədov Afiq Məmməd oğlu - riyaziyyat elmləri doktoru
6. Mənsimov Əbdülhüseyn Abı oğlu (Əlihəsənli) - tarix elmləri doktoru, M.Tusi adına APU-nun dosenti.

7. Rüstəmov Raif Məmməd oğlu - ABŞ-ın və dünyanın reytinqli Stanford Universitetinin texniki elmlər üzrə professoru.
8. Bağırov Elçin Bağır oğlu - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
9. Mirzəyev Müctəba Mütəllim oğlu - iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
10. Mirzəyev Yavər Mütəllim oğlu - iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Iqitisadiyyat Universiteti dosenti işləyib, vəfat etmişdir.
11. Mirzəyev Vidadi Soltanağa oğlu - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.
12. Bağırova Samirə Bağır qızı - iqtisad elmləri üzrə fəlsəfə doktoru, ABŞ-da çalışır.
13. Bağırova Raufə — geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru.
14. Zahidova (Sadıqova) Nailə Məmmədhüseyn qızı – Filologiya elmləri namizədi

Cəbili

15. Cəbiyev Əvəz Abdulhəsən oğlu - tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru olub, vəfat etmişdir.
16. Cəbiyev Ədalət Nurəddin oğlu - texnika elmləri doktoru.

17. Cəbiyev Zülfüqar Qədir oğlu - tibb elmləri üzrə fəlsəfə doktoru, vəfat etmişdir.
18. Cəbiyev Yusif - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.
19. Cəbiyev Tağı - fizika-riyaziyyat elmləriüzrə fəlsəfə doktoru.

Ramazanlı

20. Məmmədov Nadir Gülməmməd oğlu - coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru.
21. Cabbarov Rasim Baba oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor

22. Axundov Çingiz — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin elmi işçisi.
23. Məmmədova Lalə Nadir qızı — iqtisad elmləri üzrə fəlsəfə doktoru.
24. İsmayılov Mirnuh Cavad oğlu — coğrafiya elmləri üzrə fəlsəfə doktoru.

Abbaslı

25. Qurbanov Vaqif Oruc oğlu - Tibb elmləri üzrə fəlsəfə doktoru

İsoba

26. Əzizov Rəşad Məhərrəm oğlu

Həsənəkücə

27. Yusifli Vaqif Əziz oğlu — filologiya elmləri doktoru, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
28. Yusifli Cavanşir Əziz oğlu — filologiya elmləri doktoru, Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir, fransız-ingilis və rus dillərini bilir. Tənqidçi və tərcüməçidir.
29. Qasımov Qasıməli Şükür oğlu - texnika elmləri doktoru, professor. Rusiya

30. Salayev Gülağa Azadxan oğlu — hüquq elmləri üzrə fəlsəfə doktoru. Belarusiyada Armitraj Məhkəməsinin hakimidir.
31. Məmmədov Eminağa Mirzağa oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun aparıcı elmi işçisi

Zeynoba

32. Məmmədov Gamal Əliheydər oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru

Miyondi

33. Kazımov Nadir — iqtisad elmləri üzrə fəlsəfə doktoru, vəfat etmişdir.
34. Kazımov Rahib - iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim.
35. Qənbərov Həsənağa Məmi oğlu — tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi.
36. Əşrəfova Rəsmiyyə Sabir qızı — iqtisad elmləri üzrə fəlsəfə doktoru.

Bağlakücə

37. Mikayılov Qorxmaz — fizika-riyaziyyat elmləri doktoru, ABŞ-da işləyir.
38. Mikayılov Rahib — texnika üzrə elmlər doktoru, ABŞ-da işləyir.
39. Cəfərov Əsədulla — tarix elmləri doktoru, professor, Beynəlxalq "İNTAS-2000" proqramının qrant laureatı, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri.
40. Sadıqov Tural Həsənağa oğlu - riyaziyyat elmləri doktoru, professor. ABŞ

Pələnküştə


41. Şiriyev Qoşqar — iqtisad elmləri üzrə fəlsəfə doktoru.
42. Şiriyev Firudin — biologiya elmləri üzrə fəlsəfə doktoru

Qızlakücə

43. Səmədov Abdurrəhman - baytarlıq elmləri üzrə fəlsəfə doktoru Vəfat edib.
44. Səmədov Arif Vasif oğlu — sİyasi elmləri üzrə fəlsəfə namizədi.
45. Səmədova Fəqanə Vaqif qızı — siyasi elmlər üzrə fəlsəfə doktoru. ABŞ-da çalışır


Hazırladı: Zahir Əmənov


Qeyd: Yaddan çıxan, yaxud qeyri-dəqiqlik varsa, zəhmət olmasa, bildirin.


R4suloffR4suloff

OXUNMA SAYI :1653

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az