“Ümidim sənsən” daha bir imkansızı sevindirdi. Təşəkkür və gileylər (Ətraflı şərhdə)



“Ümidim sənsən” daha bir imkansızı sevindirdi. Təşəkkür və gileylər (Ətraflı şərhdə)


Bir neçə gün öncə məlumat yaymışdıq ki, Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində imkansız bir ailə var. Şəkərli diabetə görə bir ayağı kəsilib. 2 övladı məktəblidir. Əlaçıdırlar. Hətta 8-ci sinifdə oxuyan qızı müsabiqə qalibidir. Ana əlil ərinə və uşaqlara baxmağa məcbur olduğu üçün işləmir. Ailə 55 manatın ümidinədir. O da yaxın aylarda veriləcək.

Nə isə. Çağırışımıza cəmi bir neçə nəfər səs verdi –Ərkivandakı “Qala” market, Elçin Mirzəyev (Masallı), Raci Səfərov (Tərəqqi-İB sədri), Günel Paşayeva, Elşən Hacıyev (Ərkivan Bədirli) dostları ilə birlikdə.

Çox, çox təəssüf ki, müxtəlif tədbirlərdə, feysbukda və s. məkanlarda “Ərkivan, Ərkivan” deyib haray salanlar, gah filosofluq edən, gah tarix dərsi keçən əksər ziyalılar, hacılar, kimlər, kimlər heç 3-5 manatını xeyriyyəçilik işinə sərf etmək istəmədilər.

Bütün hallarda xeyriyyə aksiyamız baş tutdu. Ramazanlı məhəlləsində, əlil şəxsin evinə baş çəkdik- üst geyimlərindən ərzağa, kitab-dəftərə kimi, odundan pula kimi yardımlarımızı etdik. Ailənin digər problemlərini öyrəndik və onların aradan qaldırılmasına yardımçı olacağıq.

“Ümidim sənsən” daha bir imkansızı sevindirdi. Təşəkkür və gileylər (Ətraflı şərhdə)


Getdiyimiz ev təmirsiz, döşəməsiz, tavansız olsa, ailə 12-15 kvadrat metrlik, hətta qaz xətti çəkilməmiş otağa sığınsa da, ailədə o qədər səmimilik vardı ki. Hələ gəlişimizə, 1 saata yaxın görüşdə etdiyimiz söhbətlərə necə sevindiklərini demirəm.

“Ümidim sənsən” daha bir imkansızı sevindirdi. Təşəkkür və gileylər (Ətraflı şərhdə)
“Ümidim sənsən” daha bir imkansızı sevindirdi. Təşəkkür və gileylər (Ətraflı şərhdə)


Hər kəs öz məhəlləsində belə imkansız ailələrin 1-2-sinə kömək etsə, onların ağrıları nə qədər yüngülləşər.

Onu da deyim ki, baş çəkdiyimiz əlilin ayağının kəsilməsinə rayon xəstəxanasında 700 manat istəyiblər, sonda isə 450 manata razılaşıblar.

Məlumat üçün bildirək ki, bir gün əvvəl “Ümidim sənsən” xeyriyyə icması daha bir qrup uşağı geyimlərlə sevindirib.
Təşkilatımız hamının üzünə açıqdır - yardım etmək istəyən də, yardıma ehtiyacı olan da, topladıqlarımızı necə paylaşdığımızla maraqlanan da.


R4suloffR4suloff

OXUNMA SAYI :1046

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az