Lənkəranda 69 yaş ağacı kəsdilər


Lənkəranda 69 yaş ağacı kəsdilərLənkəranda qanunsuz ağac kəsilməsi faktı qeydə alınıb

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində xeyli sayda ağacların kəsilməsi ilə bağlı 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə məlumat daxil olub.

Məlumat əsasında aparılan reyd zamanı şikayət olunan əraziyə baxış keçirilərkən diametri 4-30 sm olmaqla müxtəlif cinsli 69 ədəd yaş halda azad cinsli ağacın kəsildiyi aşkar edilib.

1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin məsləhətçisi, müfəttiş Cavidan Əliyevin sözlərinə görə, araşdırmalar zamanı Osaküçə bələdiyyəsi tərəfindən bildirilib ki, həmin ağacların yerləşdiyi ərazi Sinovli kənd sakini Mehrəliyev Daşqının istifadəsindədir: "Lakin həmin ərazi Osaküçə bələdiyyəsinin ərazisinə aiddir. Araşdırmalar zamanı Mehrəliyev Daşqın tərəfimizdən dəvət edilərək izahatı alınıb, həmin ərazidə kəsilmiş ağaclardan xəbərinin olmadığını bildirib".

Faktla bağlı akt və ziyan cədvəli tərtib olunub. Ümumilikdə həmin ağacların kəsilməsi nəticəsində təbiətə 8600 manata məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, qanun pozuntusu ilə bağlı hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün işlərə başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



R4suloffR4suloff

OXUNMA SAYI :1213

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az