Ərkivan hacıları (Yenilənib)


Ərkivan hacıları (Yenilənib)Onlardan kimin hansı xeyirxah əməllərinin şahidisiniz?

“Hacı” adı bir çox yerlərdə, o cümlədən ölkəmizdə hörmətlə çəkilən addır.

Hələ sovet dönəmində Həccə getmək müşkül bir iş olanda bəziləri uşaqlarına “Hacı” adı qoyub özlərinə təsəlli verirdi.
Müstəqillik dövründə minlərlə insan Həccə gedib, hacı adını qazandı. Bu adın arxasında gizlənib min bir oyun çıxardan - rüşvət, əxlaqsızlıq, namərdlik ... və sair bəd əməllərlə məşğul olanlar da oldu, əsl Hacı adına layiq nuranilik, xeyirxahlıq, saflıq simvoluna çevrilənlər də.

Hacılıq orden, medal deyil, böyük zəhmətin bəhrəsi də deyil. Sadəcə, hansı yolla qazanırsan-qazan, təkcə pulun olsun, get Həccə, ol hacı.
Məncə, Hacı adının arxasında gizlənib naqis əməl etməkdənsə, Hacı adını ucaldan əməllər etmək daha vacibdir.
Bu gün titullarsız, həccə getməyib hacılığa layiq xeyirxah əməllər edənlər də az deyil. Yəni, həcsiz də əsl saf əməllə, xeyirxahlıqla hacıya layiq ad qazanmaq olar.

Qısası, bir lətifədə deyilmişkən, “Həci başqa şeydir”.

Biz də bəzi mətləblərə aydınlıq gətirmək üçün Ərkivan hacılarının siyahısını təqdim edirik.
Bəziləri “bu əlin verdiyini o biri əl bilməməlidir” kəlamının arxasında gizlənib imkanı ola-ola 1 manatlıq da olsa xeyirxahlıq etmir (Nəinki etmir, iyrənc əməlləri də göz deşir).

Çox istərdik hacılarımızın əməlləri aşkar bilinsin. Görək kim kimdir. Xeyirxahlığın aşkarlanması həmin adamın özü üçün olmasa da, başqalarına nümunə üçün lazımdır.

Beləliklə, Hacıların (adı yadda çıxan varsa, yazın, əlavə edək) təqdim etdiyimiz siyahısına uyğun olaraq hansı Hacının hansı xeyirxah əməlinin olduğunu yazın. Əks fikirlər yazanlardan xahiş edirik təhqirə yol verməsinlər.

Onu da qeyd edək ki, həcc ziyarəti üçün bir nəfərə yol pulu, ziyarət, ehsan və s. 9-10 min manata başa gəlir.

Ərkivanlı hacıların siyahısı ilə tanışlıqdan öncə Fikrət Qocanın “Yuxumda Həccə getmişdim” şeirilə tanışlıq da pis olmazdı.







Bədirli

1. Hacı Yusif –təqaüdçü
2. Həyat yoldaşı
3. Hacı Rəşad – iş adamı
4. Hacı Balabəy - qəssab
5. Hacı İbad –müəllim-molla
6. Hacı Əligüşad – iş adamı
7. Hacı İbrahim - sahibkar

Ramazanlı

8. Hacı Yasər – zərgər
9. Hacı Müctəba - zərgər (2 dəfə)
10. Həyat yoldaşı
11. Hacı Aydın - məmur
12. Hacı Fitat - təqaüdçü
13. Hacı Elçin – həkim
14. Hacı İlqar - Xarrat
15. Hacı Əlikram - iş adamı
16. Hacı Fizuli – molla, axund (2 dəfə)
17. Hacı Mirəsgər - mühəndis
18. Hacı Ruhid - usta

Göllü

19. Hacı Aydın - sahibkar
20. Həyat yoldaşı
21. Hacı Firudin - təqaüdçü
22. Hacı Samit - iş adamı
23. Hacı Əli - vəfat edib

İsoba


24. Hacı Zülfü - təqaüdçü
25. Hacı Rasim - həkim
26. Hacı Baba - vəfat edib
27. Hacı Valeh – seyid
28. Hacı Kifayət
29. Hacı Rəmeş

Abbaslı

30. Hacı Həmid - Axund
31. Hacı Qurban - vəfat edib
32. Hacı Sücəddin – məmur

Həsənəkücə

33. Hacı Ziya - molla
34. Hacı Əlihəsən - Axund
35. Hacı Elşən - molla

Zeynoba

36. Hacı Xanlar – iş adamı
37. Hacı İdman - iş adamı
38. Hacı Cəsarət – iş adamı
39. Hacı Hikmət – iş adamı

Miyondi

40. Hacı Cəbrayıl - müəllim, molla
41. Hacı Həsənağa – iş adamı
42. Hacı Mikayıl – iş adamı
43. Hacı Fitat – təqaüdçü

Bağlakücə


44. Hacı Zəkəriyyə - həkim
45. Hacı Asəf – iş adamı
46. Hacı Sübhan – vəfat edib
47. Hacı Cəbrayıl – təqaüdçü
48. Hacı Mirkərim - Axund
49. Hacı Mirdaməd – qəssab
50. Hacı Mirheydər - molla
51. Hacı Yaşar - iş adamı
52. Həyat yoldaşı
53. Hacı Gündüz - molla
54. Hacı İsrail – molla
55. Hacı İsrail – iş adamı
56. Hacı Rafiq – iş adamı
57. Hacı İqrar - sahibkar

Pələnküştə


58. Hacı Zabit- həkim
59. Hacı Yavər – şəhid atası
60. Hacı Faiq Bayramov
61. Hacı Nicat - molla

Qızlakücə


62. Hacı Ağabəy - təqaüdçü
63. Həyat yoldaşı
64. Hacı İlham – polis işçisi
R4suloffR4suloff

OXUNMA SAYI :3617

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az