“Maraqsız məqalə” - VİDEO




Yaxud, bir kənd məktəbində gənc müəllimin qazandığı uğurlar


“Maraqsız məqalə” - VİDEO


Çoxlarının sensasiyalı yazılarla nəfəs aldığı günlərimizdə bir gənc müəllimin fədakarcasına yaratdıqları sizə maraqlı olacaqmı?

Daimi oxucularımıza bəllidir ki, son illərdə təhsildəki kəm-kəsirlərdən, biabırçılıq həddinə çatan nöqsanlardan kifayət qədər yazmışıq. Elə indi də həmin nöqsanlar az deyil - bəziləri adiləşib, bəzilər sümükləşsə də. Amma unutmayaq ki, dünya yaxşılardan xali deyil.

1 ay öncə növbəti kitab bayramı ilə bağlı Masallıdakı Dəmirçi məktəbində olarkən bu məktəbin olduqca mehriban, səmimi və işgüzar kollektivi diqqətimizi çəkdi. Direktor Aytən xanımdan tutmuş İradə İmanbəyli, Mətanət Paşayeva, Yeganə Sadıxova və başqalarının yenilikçi addımları olduqca maraqlı idi.
Elə həmin gün qərara aldım ki, bu məktəbdən, ən azından bu məktəbin bir müəllimindən yazı hazırlayım. Hədəf kimi İradə müəlliməni seçdik.

Öncə onun bir neçə sətrə sığan tərcümeyi-halı ilə tanış olun.

İradə İmanbəyli 09 mart 1991-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub. İlk təhsilini Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində alıb və həmin məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirib. Elə həmin ildə də Lənkəran Dövlət Humanitar Kollecinin "İbtidai sinif müəllimliyi" ixtisasına yüksək balla daxil olub, həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirib və ilk təhsil aldığı Dəmirçi kənd ümumi orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb.


“Maraqsız məqalə” - VİDEO


2012-ci ildə dövlət sifarişli əsaslarla Lənkəran Dövlət Universitetinin “Tarix və coğrafiya” müəllimliyi ixtisasının qiyabi şöbəsinə daxil olub. 2017-ci ildə həmin universiteti əla qiymətlərlə bitirib. Hal-hazırda Dəmirçi kənd ümumi orta məktəbində fəaliyyətini davam etdirir.

“Maraqsız məqalə” - VİDEO


Ailəlidir - 2 qız övladı var.

Göründüyü kimi İradə müəllim ilk və ali təhsil ocaqlarında əla qiymətlərlə oxuyub. Əslində belə əlaçı müəllimlərimiz onlarladır. Təəssüf ki, belə “əlaçı” müəllimlərin çoxu bilik və bacarıqlarını repetitorluğa sərf edir. Hətta, məktəbdə də işini bilərəkdən elə axsadır ki, yüksək təhsil almaq istəyənlər xərc çəkib onun evindəki “məktəbə” gəlsinlər.

Düzünə qalsa, İradə müəllimə də evdə şagirdlərlə məşğul olur, lakin onun pedaqoji fəaliyyətinin az qala yarıdan çoxu ictimai işlərlə, hətta xeyriyyəçiliklə bağlıdır.

Ən maraqlısı da odur ki, İradə müəllimənin bütün fəaliyyəti onun facebook səhifəsində bütün dolğunluğu ilə öz əksini tapır.

“Maraqsız məqalə” - VİDEO


İradə İmanbəyli səhifəsi. Nə yalançı şəkil var, nə şəkilsiz lövhə, nə şəxsi paylaşma var, nə əndrabadi videolar və sair. Hər şey açıq-aydın, necə deyərlər, güzgü kimi. Hətta yad adam da bu səhifəyə baxanda o qənaətə gəlir ki, bu 27 yaşlı müəllim bütün ruhu ilə, bütün varlığı ilə ancaq şagirdlərinə bağlıdır.

Hələlik onun uğurlarından bir-iki detala nəzər salaq.

- 2018 ci ilin aprel ayında Göyçay rayonunun qabaqcıl müəllimi Kəmalə Səmədova ilə online “Dostluq körpüsü " yaradıb, birgə “Təsviri incəsənət” dərsi təşkil edib. Həmin dərsin gedişində şagirdlər öz düşüncəsi, öz “dili” ilə hər iki rayonun tarixindən, adət-ənənələrindən söz açıb, əl işlərini - rəsmlərini, tikmələrini, eləcə də ifa etdikləri mahnılarını, söylədikləri şeirləri nümayiş etdiriblər;

“Maraqsız məqalə” - VİDEO


İradə müəllim belə “internet dərslərini” müxtəlif zonalarla – Şimalda, Qərbdə, eləcə də Naxçıvanda və Bakıda, həmçinin Türkiyədə yaşayan müəllimlərlə də təşkil etmək fikrindədir.

- İradə müəllim ilk olaraq məktəbin ibtidai siniflərində valideynlərin övladlarını sinif otağında qiymətləndirə bilməsi üçün “AÇIQ QAPI” - lar təşkil edib, valideynlər üçün orijinal dərs aparıb;

- Rayonun qabaqcıl təhsil işçilərinin iştirakı ilə məktəb kollektivi üçün "Xoşbəxtlik nədir?" mövzusunda “Açıq dərs” təşkil edib, slaydlarla hazırlanan dərsə çalışdığı məktəbdə start verib. Daha sonra slaydlarla dərsləri proyektor vasitəsilə davam etdirib;

- Məktəbdə kurikulum sisteminin, ən son pedaqoji və texniki yeniliyin tətbiqi ilə əlaqədar ilk “Açıq dərs”lər keçirib.


İradə xanım daim narahatdır- şeir müsabiqələri, müxtəlif oyunlar, yarışmalar, sərgilər... tədbirlər bitib-tükənmir. Həm də bütün bu işlər internet-sosial şəbəkələr üzərindən təqdim olunur. Evdə oturan valideyn övladının uğurlarından necə deyərlər, öz ocağının başında xəbər tutur.

Bəs İradə xanım valideynlər və şagirdlərlə dil tapmağı necə öyrənib?

Bizə verdiyi məlumata görə, 2010-cu ildə, hələ çoxunun məktəblərdə kompüter və internetə “cin-şeytan” kimi baxdığı vaxtda köhnə model kompüterlə uşaqları, bəzi valideynləri internet aləminə hazırlayıb, onlarda buna böyük həvəs oyadıb.

“Maraqsız məqalə” - VİDEO


2017-ci ildə daha uğurlu bir sinif yaradıb. Hansı ki, məktəb üzrə ictimai işlərdə fəallığına, əldə etdiyi bilik və bacarıqlarına, rayon sınaqlarında yaxşı nəticələr göstərdiyinə, yüksək dünyagörüşlü şagirdlər yetişdirdiyinə, uşaqlarda yeniliklərə hədsiz həvəs, sabahkı günlərinə böyük inam oyatdığına görə hər zaman zəhməti dəyərləndirilib.

“Maraqsız məqalə” - VİDEO


"Bir pillədə ucaldıq " devizi altında keçirilən tədbir daha yadda qalan olub.

Ən unudulmaz uğur


İradə xanım deyir ki, ən böyük uğurum az qala çoxlarının bir-birindən narazı olduğu vaxtda valideynlərin, ərazidəki ağsaqqalın da, gənclərin də böyük sevgisini qazanmaq olub. Bu sevgi məni ruhlandırır, yaşadır, daha da ümidləndirir.
Bunu bu il qəbul etdiyim 1-ci sinifə uşaq gətirən valideynlərin də simasında hiss edirəm.

“Maraqsız məqalə” - VİDEO


Dayısına oxşayan...

Deyirlər, qoç igid dayısına oxşayar. Sən demə, elə “qoç” xanımlar var imiş ki, onlar da dayısına oxşayırmış. İradə müəllim, dayısı - Masallı Dövlət Regional Kollecinin direktoru, həm də İradə müəllimin müəllimi olan rayonumuzun dəyərli ziyalısı Vidadi Nəzərovdan daim nümunə götürüb .

Bəs İradə xanımın yaxın illər üçün hədəfləri hansılardır?

- Təhsilimin inkişafında müəyyən uğurlar əldə etmək üçün "Təhsildə Qiymətləndirmə Monitorinqi" adlı magistr pilləsinə daxil olmaq;

- İnnovativ fəaliyyətin inkişafını və elektron təhsil sahəsində irəliləyişimi təşkil edə biləcək daha peşəkar treninqlərdə iştirak etmək;

- Yeni təlim texnologiyalarına yiyələnmək. Promethan lövhə əldə etmək. İşimi tam müasir standartlar səviyyəsində təşkil etmək;

“Maraqsız məqalə” - VİDEO


- Azərbaycan Təhsil Nazirliyində təşkil olunan "Qabaqcıl müəllimlərin qurultayları" nda iştirak edib, rayon və kənd məktəblərini təmsil edə biləcək yüksək səviyyəli təqdimatlar hazırlamaq;

- Youtube-də kanal açıb. May ayından gördüyüm işləri bu kanal vasitəsi valideynlərə daha əyani şəkildə təqdim etmək.


Müəllifdən: - Bu göstəricilər bəlkə də bəzi qabaqcıl məktəblər üçün adi nəticələrdir.
Lakin nəzərə alanda ki, hələ də bizim yüzlərlə müəllim, onlarla direktor kompüteri açıb bağlaya bilmir, ancaq keçmişin kiflənmiş üsulları ilə işləyir, ancaq stajını, orden, medallarını gözə soxur, itaətkar, yaltaq çıxışlarının arxasında gizlənib “xadimə”, “laboratoriya”... biznesləri ilə məşğul olub, gün keçirirlər - bax həmin müqayisədə İradə xanımın işləri çox uğurlu görünür.

İradə xanım - bu gün sosial şəbəkələr nümunəvi işlərimizi yaymaq, eləcə də başqalarının yaxşı, nümunəvi işləri ilə tanış olmaq üçün gözəl vasitədir. Təəssüf ki, bir çoxları bu imkandan faydalanmır. Mən istərdim ki, rayon məktəblərinin hər birinin facebook səhifəsi olsun və həmin səhifələr bir elektron məkanda birləşsin ki, hamı bir-birinin işindən xəbərdar olsun. Təəssüf ki, məktəblərimizin 80 %-i bu imkandan faydalanmır.

Sosial şəbəkələrdən düzgün istifadəyə bütün müəllimlərin ehtiyacı var. Məncə belə aşkarlıq olsa, yaxşı-pis daha aydın olar. Nəinki ölkə, eləcə də beynəlxalq təcrübədən daha səmərəli faydalanarıq. Belə müqayisələrlə həvəsləndirmələr daha ədalətli görünər.
Yeri gəlmişkən onu da deyim ki, qadın təşkilatları ilə işləməyə çox maraqlıyam. Hazırda rayonumuzda fəaliyyət göstərən “Ümidim sənsən” xeyriyyə icmasının ən fəal tərəfdaşlarından biriyəm.

Yəqin ki, yaxın vaxtlarda çoxlarını təəccübləndirə biləcək daha fərqli uğurlara imza atacağıq. Çünki fərqli düşüncələrə meydan verməsək ucalıqları fəth edə bilmərik.


Fidan Abbaslı






R4suloffR4suloff

OXUNMA SAYI :3818

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az