Azərbaycan-İran sərhəddində gömrük xidməti gecə-gündüz rejimində işləyəcək


Azərbaycan-İran sərhəddində gömrük xidməti gecə-gündüz rejimində işləyəcəkBundan sonra buraxılış-keçid məntəqələrində əhali üçün böyük problemlər yaradan növbələrə də son qoyulacaq

İranla sərhəddə yerləşən Astara, Biləsuvar və Culfa gömrük məntəqələri mayın 10-dan başlayaraq gecə-gündüz rejimində çalışır.
Azərbaycan Gömrük Komitəsinin məlumatında deyilir ki, bu qərar iki ölkənin Sərhəd Xidməti və gömrük orqanları nümayəndələrinin görüşünün yekunlarına əsasən qəbul edilib.

"Bu, iki ölkə arasında əmtəə dövriyyəsinin artırılmasına, Şimal-Cənub nəqliyyat dəhlizinin gecə-gündüz işinin təmin olunmasına yardım edəcək", - məlumatda qeyd olunur.

Yəqin ki, bundan sonra buraxılış-keçid məntəqələrində əhali üçün böyük problemlər yaradan növbələrə də son qoyulacaq.
R4suloffR4suloff

OXUNMA SAYI :3164

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az