Masallı meşələri doğrudanmı talan edilir?


Bu günlərdə bir sıra saytlarda Masallı meşələrindəki talançılıqla bağlı bir sıra yazılar yer alıb. Onlardan biri də qaynarxett.az- saytında tirajlanan Masallı meşələri qan ağlayır: CƏNAB NAZİR, bizi bu cəlladların əlindən xilas edin!” başlıqlı yazıdır.

Yazılanlar nə dərəcədə həqiqətə uyğundur?

Öncə yazıya diqqət yetirək.

Masallı meşələri doğrudanmı talan edilir?


Azərbaycanın əksər rayonlarında ölkənin əsas təbii sərvətlərindən olan meşələrə divan tutulur. Bu problemlər əsasən ucqar rayonlarda müşahidə olunur. Əldə etdiyimiz məlumata görə, digər rayonlar kimi Masallı meşələri də amansızcasına məhv edilir. Rayonun təbii sərvəti olan meşələrə qarşı “yaşıl soyqırım”ı isə başqaları deyil, məhz Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi həyata keçirir. Bu barədə Qaynarxett.az-a rayon sakinləri məlumat verib.

Masallı meşələri doğrudanmı talan edilir?


Məlumatda bildirilir ki, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar Ələkbərov meşələri özünün əsas biznes sahəsinə çevirib. Belə ki, idarə müdiri nadir ağac növlərini kəsdirərək taxta-şalban və mebel sexlərinə satdırır.

O, meşə gözətçilərindən də hər ay konkret məbləğdə rüşvət tələb edir ki, gözətçilər bu pulu çıxarmaq üçün tabeliyində olan meşələrə sözün həqiqi mənasında qənim kəsilirlər. Rayonun Xanalyon, Sığdaş, Kubin meşələrində nadir ağaclar kəsilməkdədir.

Cavan ağacların kəsilməsinin qarşısını almağa borclu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinin yerli şöbəsi isə qanunsuzluğa göz yumaraq işbazların fəaliyyətindən yararlanmaqdadırlar.

Masallı meşələri doğrudanmı talan edilir?


Qeyd edək ki, keçən ilin əvvəllərində Masallı Meşə Mühafizəsi və Bərpası müəssəsinin rəhbərliyi Ekologiya nazirliyi tərəfindən işdən azad edildi. Lakin bu qərardan sonra da Masallıda meşələrin kütləvi məhv edilməsi hallarına rast gəlinir. Rayonun Yardımlı ilə sərhəd zonalrında ağacların kəsilməsi adi hala çevrilib. Masallı və Yardımlı meşələrini təşkil edən nadir ağacların – şabalıdyarpaq palıd və dəmirağaclarının məhv edilməsi aidiyyatı qurumları hərəkətə gətirmir.

Bildirilir ki, idarə müdiri Ekologiya və Təbii Sərvətlər nazirliyindən gələn yoxlamaların gözünə kül üfürmək üçün ağacları traktorlar vasitəsi ilə
kökündən çıxartdırır. Sonra da həmin ağacları “çəkic”ləyərək təbii fəlakət nəticəsində yıxıldığını sənədləşdirir.
Mənbənin sözlərinə görə, meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Ancaq sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Masallıda ondan çox mebel və qapı-pəncərə sexinin olduğu bildirilir.

Masallı rayon Meşə Mühafizə və Bərpası müəssisəsi 12-ci meşə dolayını gəlir yerinə çevirib.
Redaksiyamıza daxil olan məlumatlara görə, rayonun Yeyənkənd meşəçiliyinin 12- saylı dolaynın gözətçisi meşədə qiymətli ağacları kəsdirib, Yel ağac kəndinə kömür məqsədi ilə satır.

Məlumatda deyilir ki, meşələrin kütləvi qırılmasına şərait yaradan isə, Meşə Mühafizə və Bərpası müəssisəsinin direktorudur. Belə ki, keçmiş nazirlə yaxın münasibətlərinin olması, onun bütün qanunsuz hərəkətlərinin ört-bastır edilməsinə imkan yaradır.

Qeyd edək ki, Masallı rayonunda 22-dən artıq rəsmi meşə dolayı var. Bu neçə ildə Masallı rayon meşələrində aparılan meşə soyqırımı meşələrin məhv olmasına gətirib çıxarıb. Bu hələ azmış kimi indi də Vüqar müəllim 12-ci meşə dolayındakı qiymətli ağac hesab edilən vələs və fıstıq ağaclarının nəslini kəsərək, qazanc yerinə çevirib.


Masallı meşələri doğrudanmı talan edilir?


Masallı rayon Meşə Mühafizə və Bərpası müəssisəsinin daha bir maxenasiya yolu ilə, gəlir əldə etməsi isə, idarəyə ayrılan vəsaiti rahat şəkildə mənimsəyə bilirlər.
Deyilənlərə görə idarəyə verilən texnikalara yanacaq və təmir pulu ayrılsa da, həmin texnikaların əksəriyyəti yararsız halda idarənin qarşısında dayanıb. Digər maliyyə pozğunluğu isə, meşə bərpası üçün ayrılan vəsaitlərdir ki, onlar da təyinatı üzrə xərclənmir. Yalnız sənədləşmə olaraq, kağız üzərində aparılar. Elə hesab edirik ki, Nazirlik təcili olaraq Masallı meşələrində kütləvi yoxlamalar aparmalıdr.

Qaynarxett.az-a daxil olan məlumatlarda həmçinin vurğulanır ki, rayon ərazisində meşələrin davamlı olaraq vəhşicəsinə qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Bu barədə konkret faktlar redaksiyamıza daxil olan həyəcan dolu şikayətlərdə öz əksini tapmaqdadır. Təqdim olunan bütün məlumatlarda birmənalı şəkildə göstərilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi daşıyır.

Qeyd olunur ki, məhz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində Masallı rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Belə ki, Masallı meşələrində çox qiymətli ağaclar bitir və onların əksər hissəsi kəsilərək mebel materialı kimi müvafiq müəssisələrə göndərilir.

Meşələrdə qırılan ağacların gün ərzində gizlədilməsi və sonrakı nəqlinin təşkili üçün isə xüsusi baza tipli məkanlar yaradılmışdır. Belə bazalardan birinin də “Qoşa Palıd” istirahət mərkəzinin ərazisində yerləşdiyi məlumatlarda xüsusi olaraq vurğulanır.

Bütün bu nöqsanlar isə direktorun şəxsi büdcəsinin getdikcə artması ilə müşayiət olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vətəndaşlar tərəfindən çoxsaylı şikayətlərin edilməsinə baxmayaraq, hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir...

Hələ bir neçə il əvvəl Nazirliyin əməkdaşlarının araşdırması nəticəsində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2 saylı dolayında 6,69 kubmetr həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdi.

Aşkar olunmuş faktlarla əlaqədar meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görüldü. Təbiətə dəymiş ziyan cərimə şəklində ona ödənildi.

Lakin Yaşar Məlikov tutduğu əməldən nəinki peşiman oldu, əksinə meşələrə daha qəddarcasına qənim kəsildi. İndi onun nəzarətində olan Qəriblər meşəbəyliyində "vur-çatlasın"dır. Qəriblər-İstisu yolunun üst hissəsində boyük bir ərazini əhatə edən bu meşə sahəsində təbiətə sözün həqiqi mənasında qənim kəsiliblər.

Meşədən kəsilən fıstıq, lopan və hətda adı Qızıl kitaba düşən nadir ağac növündən sayılan dəmirağac belə kəsilərək Xocavar kəndində fəaliyyət göstərən fabrik tipli mebel sexlərinə daşınır. Adı çəkilən meşə materiallarından yeşik və mebel istehsalında istifadə olunur.
Qeyd edilir ki, bu meşələrin "açar-kilidi" Yaşarın əlindədir. O, hətta meşənin girişini belə bağlayıb, özü istəyəndə "açıb- bağlatdırır". O, ətraf kəndlərə gedən yollar bərbad vəziyyətdə olduğu halda meşənin içinə asfalt yol belə çəkdirib. Bu yolun nə məqsədlə çəkildiyi barədə müxtəlif "versiya"lar var, ancaq ən doğrusunu yəqin ki, Yaşar Məlikov özü yaxşı bilir. Deyilənə görə onun adıyla bağlı olan "Ulduz" istirahət mərkəzində də "əlləm-qəlləm" işlər yaşanır.


Masallı meşələri doğrudanmı talan edilir?


Redaksiyadan: Yazıda irəli sürülən iddialarla bağlı bir neçə mütəxəssisə müraciət etdik. Kimsə adını söyləməklə açıq rəy bildirmək istəmədi. Sadəcə bəzisi “Od olmasa, tüstü çıxmaz”- dedi. Bəzisi bildirdi ki, təkcə Masallıda yox, ölkənin bütün meşələrində talan var və olacaq. Siz də özünüzə əziyyət verməyin-çünki heç kimə heç nəyi sübut edə bilməyəcəksiniz.

Həmçinin əks fikirlər söyləyənlər də tapıldı. Onların fikrincə bu sahənin yeni rəhbəri Vüqar Ələkbərov meşə quldurlarına qarşı çox sərt, güzəştsiz mübarizə aparır, ona görə həmin qrupların nümayəndələri Vüqar müəllimi şantaj etmək, yeni nazirin gözündən salmaq istəyirlər.
Bütün bunlara aydınlıq gətirmək üçün “meşə idarəsi”nin hazırkı rəhbəri Vüqar Ələkbərova müraciət etdik.

Vüqar müəllim məsələyə çox qısa və əsəbi münasibət göstərərək aşağıdakıları bildirdi:

- Bu qərəzli yazılmış yazıdır. Biz İsti-su ərazisində yoxlamalar aparmışıq, bir sıra nöqsanlar aşkarlamışıq, onlar da nöqsanları aradan qaldırmaq əvəzinə belə qərəzli yol tutublar. Yazıda göstərilən məqamlar nazirlik tərəfindən araşdırılır, qərəzli yazılar yazan saytlar isə məhkəməyə veriləcək.

R4suloffR4suloff

OXUNMA SAYI :812

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az