3 ayda 4 dəfə yandırılan evlər



Həm də yanğınların çoxu gündüz vaxtı olub


Bu ilin mart, aprel və may aylarında Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayan Qədimov Məmmədhəsənin və oğlu Qədimov Nazimin evləri və samanlığı ardıcıl olaraq 4 dəfə yandırıblar.

3 ayda 4 dəfə yandırılan evlər


1-ci yanğın zamanı evdəki televizor altlığı, şkaf, sandıq, döşəmə, pərdələr yanıb. Duyuq düşüb yanğının qarşısını alıblar.

2-ci dəfə öncə samanlığı yandırıblar. Hamı qaçıb samanlığı söndürməyə, bir də görüblər ev yanır. Bu dəfə də bəzi-para şeylər yanıb, yenə söndürüblər. Bütün bunlar gündüz olub.

3-cü dəfə yandırmağa cəhd olub, lakin gəlin “yanğınçıları” görüb və onlar qaçmağa məcbur olub. “Silahları” - neftə bulaşdırılmış təzək, alışqan və digər əşyalar da yerdə qalıb, tələsdiklərindən götürə bilməyiblər.

4-cü dəfə isə Nazim Qədimovun evi may ayının 7-dən 8-nə keçən gecə yandırılıb. Belə ki, gecə yarısı Nazim tüstünü hiss edib ayılmış və evin yandığını görmüşdür.

3 ayda 4 dəfə yandırılan evlər


Maraqlıdır ki, onun kiçik qardaşı həmin gecə onlara oturmağa gəlibmiş. O gedəndən sonra Nazimi ağır yuxu tutmuş və o elə paltarla da divanda yatmışdır. Evin sahibi Nazim ayılmasaymış evdə olan 2 uşaq, ana-ata -hamısı boğula bilərmiş.

Bu dəfə də evdə - yataq otağında bıçaq qalıb (mesaj kimi). Yanan otaqda yenə qabda neftli təzək, alışqan qalıb. Yemək otağında və qonşu qonaq otağında bütün əşyalar yanıb və ya ütülüb, divarlar qır kimi hislə örtülüb.

Görünür, alışdırmaq üçün yandırdıqları vasitə ayrı şey olub.

3 ayda 4 dəfə yandırılan evlər


Sakinlərin dediyinə görə, ekspertlər heç bir iz müəyyən edə bilmir. Polis əməkdaşları da heç bir izə düşə bilməyib. Qonşular, hətta kəndin əksər adamları ekspertiza yoxlamasından keçirilib, şübhəli şəxslər dindirilib, lakin heç bir nəticə yoxdur.

Belə söhbət dolaşır ki, kiçik qardaşın arvadı ilə bu ailənin problemi (qısqanclıq, qibtə və həsəd) olub, qaynana kiçik gəlini evindən qovmuşdur.
Qonşular güman edirlər ki, bunu qəbul edə bilməyən kiçik qardaş qisas da ala bilər.

Xatırladaq ki, kiçik qardaşın 25, böyük qardaşın 37 yaşı var.
Gələn xəbərlər sırasında o da var ki, zərərçəkənlər zərərvuranın tapılmasında o qədər də maraqlı deyillər. Qorxurlar ki, ipin ucu doğmalarına tərəf uzanar.
R4suloffR4suloff

OXUNMA SAYI :435

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az