Masallı. Məşhur yazıçının nəvəsi ABŞ-da böyük uğura imza atdı


Məhəmməd Abdulla bir neçə il öncə Obama ilə görüşənlər sırasında da olub


Masallı. Məşhur yazıçının nəvəsi ABŞ-da böyük uğura imza atdı


Masallı rayonunun Mollaoba kəndində dünyaya gəlmiş məşhur yazıçı-publisist Gülhüseyn Hüseynoğlunun nəvəsi 18 yaşlı Məhəmməd Abdulla ABŞ-ın Pittsburq şəhərində keşirilən İNTEL İSEF Beynəlxalq elmi və mühəndislik sərgisində birinci yeri tutub.

Qeyd edək ki, bu sərgidə dünyanın 75 ölkəsindən 1800 məktəbli iştirak edib.

Media.Az-ın verdiyi xəbərə görə, Məhəmməd Abdulla sərgidə “Dinamik sistemlərdə minimal orbitlərin incə təsnifatı” adlı layihəylə çıxış edib.
18 yaşlı gənc 8500 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb və dekabr ayında Stokholm şəhərində keçirilməsi nəzərdə tutulan Nobel mükafatının təqdimetmə mərasimində çıxış etmək üçün dəvət edilib.

Məhəmməd Abdulla artıq uzun illərdir ki, ailəsi ilə bərabər Amerikada yaşayır və təhsil alır. O, həmçinin 2014-cü ildə Broadcom Master Elm və mühəndislik müsabiqəsinin 30 məktəbli qalibi sırasında Ağ Evdə o vaxtkı prezident Barak Obamayla görüşmüş və işlərini nümayiş etdirmişdi.
Məlumat üçün bildirək ki, dəyərli yazıçımız və alimimiz Gülhüseyn Hüseynoğlunun 3 övladı ABŞ-da alim kimi fəaliyyət göstərir. Onlardan 2-si elmlər doktoru, biri isə fəlsəfə doktorudur.


Masallı. Məşhur yazıçının nəvəsi ABŞ-da böyük uğura imza atdı


Yazımızın qəhrəmanının atası isə ABŞ-ın Florida universitetində kafedra müdiridir.
Yaxın vaxtlarda bu alimlər ailəsi haqqında daha ətraflı məlumat verməyə çalışacağıq.
R4suloffR4suloff

OXUNMA SAYI :4769

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az