İrana gedəndə ehtiyatlı olun-sizi döyə bilərlər


İrana gedəndə ehtiyatlı olun-sizi döyə bilərlərBelə ki, bu günlərdə Azərbaycandan İrana keçmək istəyən səyyahlar İran-Azərbaycan sərhəddində döyüldüklərini deyirlər

Sevinc Yusifova:
''İki əsgər və rəis bizə hücum etdi, dostumu döydülər''

Azərbaycanlı səyyahlar İran-Azərbaycan sərhəddində döyüldüklərini söyləyirlər.
Bu barədə Meydan TV-yə səyahətçilərdən Sevinc Yusifova məlumat verib.
O, hadisənin iyunun 30-da İranın Astara sərhəd-keçid məntəqəsində baş verdiyini söyləyib:
“Gömrük 24 saat işlədiyindən gecə keçirdik. İran tərəfə çatanda saat 03:10 idi. Orada əsgərlərdən başqa kimsə yox idi. Onlardan birinə keçmək istədiyimizi söylədik. O, bizə əhəmiyyət vermədən, yatmağına davam etdi. 20-25 dəqiqə gözlədik. Yuxudan durmaq istəmirdi. Görünür, yatan rəisini oyatmaq fikrində də deyildi. Son xəbərdarlıqdan sonra rəisin “sistem qətb olunub, işləmir”, - sözlərini çatdırdı. Bizim səsimizi yüksəltməmiz rəisi şirin yuxusundan oyatdı”.

Şokdan nə edəcəyimi bilmirdim

Sevinc Yusifova deyir ki, bundan sonra rəis gəlib onların pasportlarını istəyib:
“Sevincək verdik ki, möhürləyəcək. Amma belə etmədi. Bizə səhərəcən gözləməmizi söylədi”.
O, bildirib ki, eyni zamanda həmin rəis Azərbaycan tərəfindən gələn iranlı ailənin pasportlarını sakit şəkildə aldı və möhürləmək istəyəndə əsəbi dözməyib.

“Dedim necə olur, onlara gələndə sistem işləyir, bizə gələndə yox? Bu zaman telefonun səsyazmasını qoşdum ki, cavablarını qeyd edim. Bunu görən rəis mənə əl qaldırdı. Telefonumu əlimdən almaq istəyəndə mənimlə birgə səyahət edən Məhəmmədhüseyn araya girdi. Bu zaman iki əsgər və rəis hücum edib, onu döyməyə başladılar. Şokdan nə edəcəyimi bilmirdim. Qırağa çəkilib, olanları lentə almağa başladım”.
S.Yusifova deyib ki, əsgərlər telefonu əlindən almaq üçün üstünə gələndə, çantasını götürüb, zaldan çıxaraq Azərbaycan tərəfinə doğru qaçmağa başlayıb.

“Onlar qabaqda duran əsgərə tutmaq əmri versələr də, o, əmrin qanunsuz olduğunu bilərək, qaçmamıza mane olmadı”.

Eyni halın gün ərzində dəfələrlə yaşandığını söylədilər

S.Yusifova deyir ki, körpüdə onları Azərbaycan əsgərləri qarşılayıb:
O, bildirib ki, Azərbaycan əsgərlərinə vəziyyəti izah etdikdən sonra, onlar eyni halın gün ərzində dəfələrlə yaşandığını söyləyiblər.
“Dedilər ki, bəxtiniz gətirib, onların əlində qalmamısınız. Əlimizdəki video və səsyazıları onlara göstərdik. Baş rəis və leytenant polkovnik pasportlarımızın qaytarılması ilə əlaqədar qarşı tərəflə görüş keçirdi. Cavabları “gəlib Dadəgahda qalsınlar, sonra verərik”, - oldu. Biz oranın adından da bəlli olduğu kimi “dad çəkməyə” getmək istəmədik. Dedilər, getsəniz də sizi 3 aylıq zindan və ya şallaq cəzası gözləyir. Orada olduğumuz müddətdə sərhədçilərimiz qarşı tərəflə dəfələrlə görüş keçirdilər. Ancaq onlar pasportumuzu qaytarmadılar. Sonda gömrükçülərimiz bizi yola salıb, “pasportlar üçün Xarici İşlər Nazirliyinə müraciət edin, başqa əlac yoxdur”, - dedilər. Əlacsız geri döndük”.

Bizə qarşı törətdikləri cinayətdir

S.Yusifova İran səfirliyinin də onlara kömək edəcəyinə inanmır.
“Pasportumda isə şengen vizam və səyahət tarixçəm var idi. Çox istərdim ki, onu geri qaytaralar. Bizə qarşı törətdikləri cinayətdir, məsuliyyətsizlikdir. Ancaq mən çıxış yolu tapa bilmirəm, hara müraciət edim, onu da bilmirəm. Əlimdə qısa da olsa video və səsyazma var. Belə hal hamımızın başına gələ bilər. Anladığım qədərilə tez-tez yaşanır. Susmayaq ki, haqq-ədalət yerini tapsın”.

R4suloffR4suloff

OXUNMA SAYI :1486

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az