Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


Gülağa müəllim, biz az keçmişə qayıdaq. Yadınızda olar, Əhəd Abiyevin yaxından dəstəyi ilə, “Azərbaycan” qəzetində sizin bütün ömür yolunuzu alt-üst edən bir səhifəlik tənqidi yazı getmişdi. Nədən onları məhkəməyə vermədiniz?
-----------------------------------------

Bir mələk olsa da, ağılsız bəşər
Yüz illik hörmətdən bir gündə düşər
(S. Vurğun)


Son 15 ildə 5 dəfə məhkəmə çəkişmələrinə məruz qalsaq da, düzü, indiki kimi gülünc iddia ilə rastlaşmamışdıq.
Bilənlər bilir, bilməyənlərin də yadına salaq ki, Gülağa Tənha ilə biz, eyni ərazinin-Ərkivan qəsəbəsinin sakiniyik.
Mənim yadımda deyil, amma Gülağa Tənha özü deyirdi ki, mən Pionerlər Evində (İndi səhv etmirəmsə Uşaq Yaradıcılıq Evi adlanır) direktor olanda, o da hansısa dərnəyə gəlirmiş. Yəni, bizim şagird olub.

Onu da xatırladım ki, 15 ildən artıqdır ki, az qala, qeyri-rəsmi olaraq Gülağa Tənhanın mətbuat xidməti kimi çalışmış, onun gördüyü xeyriyyə işlərinin təbliğatçısı olmuşam. Dəfələrlə, saatlarla söhbətlərimiz olub və sair.

Gələk mətləb üstünə. Son illər ölkə səviyyəli saytlarda Gülağa Tənha ilə bağlı heç də müsbət olmayan yazılar yer alıb. Təəssüf ki, Gülağa Tənha bu yazılara tutarlı arqumentlərlə cavab vermək əvəzinə 7 saytın rəhbərini məhkəməyə verdi və onlardan yarım milyon manat təzminat tələb etdi.

Lakin bu yazıların ardı kəsilmədi. 2016-cı ildə cumhuriyyət.az anaxeber.az və digər saytlar növbəti dəfə Gülağa Tənha haqqında yazılar dərc etdi. Cənubda fəaliyyət göstərən bir region saytı kimi, Gülağa Tənhanın həmyerlisi kimi oxuculara maraqlı olacağını nəzərə alıb, həmin yazıların bir neçəsini Gülağa Tənhanın lehinə kiçik şərhlə cenubxeberleri.comarkivan.az saytlarında paylaşdıq ki, Gülağa müəllimin həmyerliləri də bilsin ki, onların xeyriyyəçi övladını necə hədəfə götürürlər. Həmçinin oxuculara müraciət etdik ki, bu yazılara münasibət bildirsinlər. Bir sayt rəhbəri kimi isə Gülağa müəllim haqqında hər hansı mənfi fikir söyləmədim.

Lakin oxucu reaksiyasının zəif olduğunu görüb, 19 yanvar 2018-ci il tarixli “Gülağa Tənha haqqında vəd etdiyimiz yazı” adlı məqalə ilə Gülağa müəllimi hədəfə alanların arqumentlərini cavablayan, onların həqiqətə uyğun olmayan arqumentlər səsləndirdiyini konkret faktlarla alt-üst edən yazı yazdım və sayta yerləşdirdim. Həmin yazının linkini məlumat üçün onun köməkçilərindən biri olan Rasim müəllimin də FB səhifəsindəki inboksuna yolladım və yazının oxunması barədə məlumatı da gördüm. Yəni Gülağa Tənhanın yazını oxumamışam deməyə şansı yoxdur. Çünki onun kompüteri elə proqramlaşdırılıb ki, GÜLAĞA TƏNHA adı hansı internet resursunda çəkilirsə, ona məlumat gəlir
(Qeyd: Həmin yazı ilə bu yazının sonunda tanış ola bilərsiniz).

Təəccüblüdür ki, bu gün onun bədxahlarına cavab verdiyimə görə təşəkkür almaq əvəzinə, məhkəməyə verildik. Necə deyərlər, deyəsən “əjdaha” öz “balalarını” “yeməyə” başlayır.
Olduqca maraqlıdır ki, yazını yazan cumhuriyyət.az, onu həmin sayta istinadən paylaşan anaxeber.com saytları, amma məhkəməyə verilən qafqazxeber.com və cenubxeberleri.com olub. Həm də 100 min manatlıq təzminat tələbi ilə. Hansı ki, cenubxeberleri.com həmin yazını yuxarıda adları çəkilən saytlara istinadən vermişdi.

Qeyri-ciddilik məşhurlara yaraşan hal deyil

Məncə insan nüfuzuna xələl gətirən əsas cəhətlərdən biri də onun qeyri-ciddi hərəkətləridir. Yuxarıda qeyd etdiyim kimi, yazını yazan kim, məhkəməyə verilən kim. İkincisi, iddia ərizəsində bircə cümlə də yoxdur ki, Gülağa Tənha hansı sözlə, yaxud ifadə ilə şərəf və ləyaqət təhqirinə məruz qalıb. Bu da, onun vəkilinin bu sahədə qeyri-peşəkarlığına dəlalət edir.

Gülağa Tənha uzun illərlə Avropada yaşayıb və yaşayır, bir neçə cild kitabın müəllifidir. Ölkə miqyaslı xeyriyyəçidir. Yaşı da artıq 60-ı haqlayıb.
Heç bir ciddi əsas olmadan onlarla saytı məhkəməyə verib, onlardan yarım milyon manatlar tələb etmək ona yaraşarmı?

Normalda Gülağa Tənha, onlarla saytı özünə düşmən etmək əvəzinə Mətbuat Konfransı keçirib, yaxud canlı yayıma çıxıb yazılanları təkzib edib, əsl həqiqəti bəyan edib, daha obyektiv mövqe sərgiləyib onlarla jurnalist dost qazana bilərdi - Ən azından, bir müəllimi kimi zəng edib, soruşa bilərdi ki, Zahir, bu nə məsələdir?

Nümunələr var. Elə Masallıdan Mübariz Mənsimov adlı iş adamı, xeyriyyəçi var. Daha haqqında nələr yazmırlar-separatçılıqdan tutmuş ermənilərlə iş birliyinədək. Heç əhəmiyyət vermir.
Mətbuatda Kəmaləddin Heydərov, Oqtay Əsədov, Paşayevlər və sair haqqında konkret mənbəyi olmayan onlarla kəskin yazılar çap edilir. Heç əhəmiyyət vermirlər. Yəqin özlərini həmin saytlardan daha böyük ucalıqlarda hiss edirlər, “yel qayadan nə aparar” prinsipinə əsaslanırlar.
Siz də elə ucalıqlardasınızsa, yazılanlardan niyə çəkinirsiniz?

Bir az da uzaqlara gedək

Gülağa müəllim, biz az keçmişə qayıdaq. Yadınızda olar, Əhəd Abiyevin yaxından dəstəyi ilə, “Azərbaycan” qəzetində sizin bütün ömür yolunuzu alt-üst edən bir səhifəlik tənqidi yazı getmişdi. Nədən onları məhkəməyə vermədiniz?

Sizin vəsaitinizlə tikilən, lakin açılışında gözə dəymədiyiniz Masallıdakı Təzəkənd kəndindəki məktəbdə sizin şəkilinizlə birlikdə şeiriniz yazılan plakatı Abıyevlərin buradakı nümayəndəsi cırıb kənara tullamışdı. Bu təhqirə necə dözdünüz? Hansı ki, həmin vaxt mən yazmışdım ki, siz həmin məktəbi doğulub boya-başa çatdığınız Ərkivanda tiksə idiniz, dünyanın bütün Abıyevləri də yığışıb gəlsə idi, o plakatı qoparda bilməzdi.
Başqalarından tələb etdiyiniz şərəf və ləyaqət davasını özünüzdən də tələb etsəydiniz, daha dəyərli olardı.
Yadınızda olar, Azər Səfərov Masallıda icra başçısı olanda və siz Ərkivanda Şəhidlər Abidəsinin açılışına onun biganə münasibətini görəndə yüzlərlə insanın qarşısında bəyan etdiniz ki, Azər Səfərova 10 min manat verəydim, gəlib burada ayaqqabımın altın da... Bəs o başçının şərəf və ləyaqəti yox idi?!

Bu azmış kimi bir ildən sonra onunla barışıq yolları aradınız, qonşu rayonların başçısının xahişi ilə görüşdünüz, özünə və müavininə qiymətli hədiyyə verdiniz, lakin birgə şəkil çəkdirməyə belə nail ola bilmədiniz, daha doğrusu sizə bunu rəva bilmədilər. Yaxud, bəzi bədxahların əli ilə sizi Bakı limanından hansı formada geri qaytardılar?
İndi bir teatrda deyilmişkən, soruşmaq ayıb olmasın, “ekologiya budu?”

Özünüz də bilirsiniz ki, belə detallardan onlarla sadalaya bilərəm. Hələlik isə, bir az yavaşladım.
Amma sizə bir sualım var. Təsəvvür edin ki, sizin bütün pullarınız tükənib, o zaman nələrlə fərqlənərsiniz?

İş adamı Gülağa Tənha-pullarının mənbəyi bəlli deyil, sahibkarlıq fəaliyyətiniz bir çox xoş olmayan olaylarda hallanır.

Şair Gülağa Tənha-5 cildliyi çap olunsa da (dediyinə görə hələ 5 cild də çap olunacaq), bununla bağlı Bakının məşhur otelində məşhurların iştirakı ilə saatlarla təntənəli mərasim keçirilsə də “Cənub Xəbərləri” qəzetindən savayı bu barədə heç bir qəzetdə məlumata rast gəlmədik. Bir dəfə qeyd etdiyimiz kimi, Bəxtiyar Vahabzadənin 5, sizin 25 şeirinizə mahnı bəstələnsə də, müxtəlif yollarla onu ən məşhurlar ifa etsə də, onların heç biri hitə çevrilmədi, uzun ömürlü olmadı.

Xeyriyyəçi Gülağa Tənha-son 3-4 ildə onun kiməsə 5-10 manatlıq yardımından da xəbər-ətər yoxdur.

Qartal qayadan küsüb, qayanın xəbəri yox

Gülağa Tənha Ərkivanda əvvəllər xeyli xeyriyyə işləri görüb. Məhəllə yolunun yüksək səviyyədə təmiri, Şəhidlər Abidəsi, möhtəşəm Mərasim Evi, qəbiristanlıqda təmir işləri və sair. Lakin 3 ildən artıqdır ki, Gülağa Tənhadan soraq yoxdur. Deyirlər ki, hamıdan küsüb. Görəsən niyə?
Bu yaşda özünüzü küsəyən uşaq kimi aparmağa dəyərmi? Gah rəhbərlərdən, gah müəllimindən, gah jurnalistlərdən, gah bütöv kənddən küsürsən. Ta bu qədər də yox da.

Topladığı imzanı qoruya bilməyən xalqın hüququnu qoruya bilərmi?

Dəfələrlə “siyasətə qarışmıram” tipli bəyanatlar versə də, 2015-ci il parlament seçkilərində Gülağa Tənha qəfildən deputat olmaq fikrinə düşdü. Lakin onun bu istəyi, elə imza mərhələsində “bələkdəcə” boğuldu-imzaların bir çoxu saxta çıxdı. Gülağa Tənha isə susdu.
İndi sual olunur-Gülağa müəllim, siz öz imzanızı qoruya bilmədinizsə, 40 min seçicinin haqqını necə qoruyacaqdınız? (Amma məndə olan məlumata görə, onun təəssübkeşləri imzaları elə naşı formada yığıb ki, heç DSK-dakıların saxtalaşdırmasına ehtiyac olmayıb).
Lap tutaq ki, saxtalaşdırıblar. Onlarla jurnalisti məhkəməyə verə bilirsiniz, bəs o imza saxtalaşdıranları niyə məhkəməyə vermədiniz, mətbuata bu barədə bir kəlmə açıqlama yaymadınız?

Bax, bu qədər sadə. Bu istiqamətdə daha bir sual-İndi siz imzalarınızı qoruya bilmirsənsə, buna ərkivanlılar, yaxud masallılılar günahkardır? Bəlkə bütün ərkivanlıları məhkəməyə verəsiniz?

Ərkivanlı olduğumuz üçün utanmayaq

Neçə illər öncə bir ərkivanlı çox yüksək vəzifəyə irəli çəkilmişdi. Görüşdük, xoş-beşdən sonra dedi ki, mənə görə bir qulluq. Dedim ki, bircə xahiş var. Elə et ki, sənin əməllərinə görə ərkivanlı olduğumuzu deməyə utanmayaq.
Gülağa müəllim, Allah insana heç nəyi bütöv vermir. Bəzən savadı birinə, səxavəti başqasına, ağılı birinə, pulu özgəsinə verir. Lətifəsi sizlərdən, bizlərdən uzaq, şair Nüsrət Kəsəmənlinin çox maraqlı bir beyti var:

Ucaltdığın kiçiləndə görəsən
Əriyərsən gözün görə-görə sən.

Hər şeyi bir tərəfə qoyaq. Ölkədə tək-tük yaşayış məntəqəsinin internet saytı var, onlarda biri də arkivan.az saytıdır. Bu sayt Ərkivanın elektron salnaməsidir. Biz bu saytı böyük əziyyətlə yaratdıq, qoruduq. Bu sayta köməyiniz olmadı-olmadı (200 manata görə 1 il bağlı qaldı-indi də bağlanmaq üzrədir), bu saytı məhkəməyə verib ondan 100 min manat tələb edəndə heç xəcalət çəkmədiniz?

Gülağa Tənhanın əməlləri və vədləri

Dəfələrlə yazmışam, indi də o fikirdəyəm ki, Gülağa Tənhanın xeyriyyə işlərinin təkcə siyahısı bəlkə bir kitaba sığmaz. Hətta onun ən qatı düşmənləri belə G.Tənhanın xeyirxah işlərini dana bilmir. Lakin bu xeyirxahlığın pərdə arxasında deyiləsi digər sözlər də var.

Məşhur bir deyim var- Rusiya mənə əzizdir, lakin həqiqət ondan da əzizdir.

Gülağa müəllim, çox xeyirxah işlər görmüsünüz, elə rəhbərlik etdiyim qəzetə də yardımlarınız az olmayıb. Lakin bütün bunlar əsl həqiqətləri deməyə sədd ola bilməz.

Ailə münasibətlərində olduqca qeyri-ciddisiniz və bunun detallarını özünüz hamıdan yaxşı bilirsiniz.

Tərifə həddən çox aludəsiniz. Min manatlıq xeyriyyəçilik edəndə istəyirsiniz ki 2 min manatlıq da təriflənəsiniz.
Nəhayət, verdiyiniz vədlərin arxasında həmişə dayanmırsınız.

Seçkiqabağı təşviqat başlamamış Ərkivanda tikdirdiyiniz möhtəşəm Mərasim Evində bəyan etdiniz ki, Ərkivan üçün 15 min dollar xərcləyəcəksiniz. Bəs nə oldu? Ərkivanlıların günahı nə?

Bu gün Ərkivanın 6 məktəbinin, o cümlədən məşhur Ağ Məktəbin binaları bərbad vəziyyətdədir. Ərkivanda bir idman kompleksi yox, əksər yerlərdə uşaqlar şəp-şəpi ilə, rezin topla, tozun-torpağın içində futbol oynayır. Uşaq bağçası xaraba gündə, buradakı qaçqınların həyatı ondan da bərbad(Həmin “xaraba ünvanların” şəkillərini bura əlavə edirəm ki, hamı görsün dünya şöhrətli xeyriyyəçinin boya-başa çatdığı ərazi hansı problemlər yaşayır).

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


Türkobadan başlamış, Boradigah, Bədalan, Qızılavar və Ərkivanadək yeganə küçə işıqları olmayan kənd yolu varsa, o Ərkivandır.
Ərkivanda yüzlərlə, minlərlə insan qaz pulun, işıq pulun verə bilmədiyi üçün qış aylarında yaşamaq üçün ölüm-dirim mübarizəsi aparır.
Hər il 4-5 ərkivanlı şagird 600-dən, 500-dən artıq bal toplayır. Onları heç təbrik etdinizmi? Onlara hansısa diqqət yetirdinizmi?
Ərkivandakı xeyriyyə işləriniz əksəriyyət (məhəllə yolu istisna olmaq) dünyadan köçənlər üçündür – qəbiristanlığın təmiri, abidə, Mərasim Evi və sair. Bir diriləri də düşünün, mədəniyyətimizi də düşünün.

Cənubun ən dəyərli, həyatdan nakam getmiş şairi Böyükxan Pərvizin kitabını çap etmək üçün min manat tapılmır. Bundan xəbəriniz varmı?
Ərkivanda gənc xanımlar manat-manat yığıb imkansızlara yardım edir, kitab bayramları keçirir (2 minə yaxın insana pulsuz kitab paylanıb), kasıblara ərzaq, geyim, əlil arabası paylayır, hətta ev tikir. Siz qarışıq hardadır Ərkivanın o “mənəm-mənəm”, “canım Ərkivan”deyən övladları?

“Vətən-vətən”deyə şeirlərinizdə haray saldığınız Ərkivanın bəlalarına kim əlac edəcək?

Kənddə 100-dən artıq ruhi xəstə var. Hətta dəlixanaya yerləşdirməyə də 300-500 manat pul istədikləri üçün, ora da düşmək imkanları yoxdur. Ərkivan boşalır. Burada 200-dən artıq boş ev var. Hələ ailə həyatı qura bilməyən, işsizlikdən avaraçılıq edən yüzlərlə gənc və s...
Bəlkə, məhkəmələrə, vəkillərə, mahnı bəstələməyə, digər buna bənzər işlərə xərclədiyiniz pulları belə işlərə yönəldəsiniz. Heç bir peşəsi olmayan “ev qızları” üçün pulsuz internet, xarici dil, xalçaçılıq kursları təşkil edə, bekarçılıqda nə edəcəyini bilməyən gənclər üçün Ərkivana layiq bir idman kompleksi tikəsiniz.
Vədləriniz yadınızdadır da-“ƏRKİVAN” şadlıq zalını alıb burada gənclərin toy məclislərini pulsuz təşkil edəcəyəm.
Bir neçə RAF alacam ki, adamlar rayon mərkəzinə pulsuz gedib gəlsinlər. Uşaq bağçası binası üçün layihə, əlillər kompleksi tikmək, xaricdə təhsil almağa uşaq göndərmək, ideya müsabiqələrində səslənən təkliflər - bu vədlər nə oldu? Mərcan tək dağılıb bulaqda qaldı?


Təəssüf ki, Ərkivanın tanınmış qeyri-ciddi biznesmeni tək siz deyilsiniz. Bir Hacı-biznesmen də var. Ehtiyac içində çabalayan ən yaxınlarına əl tutmağa ürəyi gəlməsə də, rəhmətə getmiş ata-anasının qəza namazlarını qılmaq üçün mollaya 40-45 min manat verib. Hətta hacılığından utanmayıb, başqalarına şər-şəbədə də qoşur. Guya heç kim bilmir ki, boynu kimlərin qoltuğundadır. Bu yerdə deyiblər e- necə ağlamasın daş bu gün!!!???

Ərkivanın yaxşılarını necə tərənnüm edirəmsə, elə yaxın vaxtlarda “pis adam” olub, belə yalançı hacıların da əsl sifətlərini xalqa göstərəcəm. O vaxt bilinəcək “kimlər əyilə-əyilə kimin bağından, kimlərin əli kimin cibindən çıxır.”

Qaldı ki, Gülağa müəllimin 100 min təzminat söhbətinə

İnternetdə axtarış verin, yaxşı işlərinizdən daha çox məhkəmə çəkişmələriniz barədə yazılar yer alıb. 100 min manatla da bizi qorxutmayın. Nə o qədər pul var, nə itirməyə qorxduğumuz digər əmlak-filan. Bu məhkəmələrdən də çox görmüşük. Hətta məhkəmədə jurnalistləri udsanız belə, bu qələbənin özündə bir gülünc məğlubiyyət var.
Elə bilirəm ki, hələlik bura qədər bəsdir. Sağlıq olsa qalanın məhkəmədə, ondan sonrasını da mətbuat konfransında və canlı yayımda deyərik.
Siz özünüz özünüzü “yandırırsınız”, bizi isə daha da məşhurlaşdırırsınız.

İmza - 66 yaşlı keçmiş müəllimin, səni müdafiə etdiyi üçün “Xan” sarayındakı ofisindən qovulan, sənin üçün Bakıda keçirtdiyi Mətbuat Konfransına görə 1 il məhkəmələrdə vuruşan, əsəb, şəkərli diabet tapan, sağdan-soldan təqiblərə məruz qalan Zahir ƏMƏNOV

Gülağa Tənha haqqında əvvəlki yazını sizə təqdim edirik:

Gülağa Tənha ilə bağlı vəd etdiyimiz yazı

Gülağa Tənhanın savabı nə, günahı nə?
Yaxud, o, rəqiblərinin əlinə necə oynayır?


Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


20 ilə yaxındır ki, Gülağa Tənhanın adı həm müsbət, həm mənfi mənada mətbuat səhifələrindən düşmür. Bu günlərdə isə anaxeber.az saytı Gülağa Tənha ilə bağlı yazı paylaşmışdı.
Oxucuların rəyini öyrənmək üçün kiçik bir şərhlə biz də həmin yazını cenubxeberleri.com saytında yerləşdirmişdik.

(Həmin yazının linki burada cenubxeberleri.com)

Gözlənildiyi kimi bir çoxları həmin yazını qərəzli məqalə kimi dəyərləndirdi. Təəssüf ki, reaksiyalar elə də güclü olmadı. Yazıda həqiqət olan bir sıra məqamlar yer alsa da, ümumən yazı Gülağa Tənhanı gözdən salmağa yönəlmişdi.
Yazıda pərdəarxası bəzi “yad nəfəslər”də duyulmaqda idi.
Bir sıra detallarda isə açıq-aşkar təhrifə yer verilmişdi. Biz bir qədər aşağıda onların bəzisinə aydınlıq gətirəcəyik.

Öncə isə həmin yazının son cümləsindəki etirafa nəzər salaq:
“Bütün hallarda Gülağa Tənhanın xeyriyyəçilik sahəsində etdiklərini təkrarlaya biləcək kimsə də gözə dəymir”.

Bəli, Gülağa Tənha xeyriyyəçiliyi ilə də, bəzi nöqsanları ilə də bir çox sərhədləri aşan insandır.

Gülağa Tənha elə insandır ki, onun xeyirxah əməllərindən bir dastan bağlayarsan, hamı da heyran qalar, hətta əməlli-başlı heyrətlənə bilər və deyər, heç çoxunu deməmisiniz. Eləcə də onun bəzi qeyri-ciddi əməlləri var ki, sadalasan, ən yaxınları, doğmaları belə çaş-baş qalar. Bütün hallarda isə mənfisini və müsbətini daş-tərəziyə qoysan, xeyirxah əməlləri bir çox kəm-kəsiri kölgədə qoyar.
İndi isə adı çəkilən yazıda bəzi məqamlara aydınlıq gətirək.

Doğrudanmı Gülağa Tənha prezident olmaq istəyir?

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


Bu olduqca absurd, heç bir kökü olmayan bir iddiadır. Belə iddiaları irəli sürənlər fikirlərini heç nə ilə əsaslandıra bilməzlər. Sadəcə, hakimiyyətin həssas nöqtəsinə toxunmaqla onu “güllə” qabağına atmaq istəyirlər.

“Gülağa Qəmbərov Fondu”

Ölkədə xeyriyyə fondlarının çox olmasının məncə heç kimə ziyanı yoxdur. AXCP-Musavat hakimiyyəti dövründə az qala hər kənddə xeyriyyə fondu, cəmiyyəti var idi. “Gülağa Qəmbərov Fondu” da səhiyyə, elm, idman, mədəniyyət və digər sahələrdə samballı töhfələri olan bir fond olub. Təəssüf ki, bəzi müəmmalı səbəblər üzündən həmin fond bir neçə ildir ki, bağlanıb. İndi bu Fondun yaradılmasını, onun onlarla yox, yüzlərlə xeyirxah işini şübhə altına almaq, fond yaratmağı ən azında günah kimi təqdim etmək başa düşülən deyil.

Gülağa Tənha və Əhəd Abıyev

Bəhs etdiyimiz yazıda belə bir cümlə var- “onun bu cür hərəkətlərinə hələ o dövrdə millət vəkili, hazırda Daşkəsən RİH başçısı Əhəd Abıyev haqq səsini qaldırmışdı”
Necə deyərlər, müəllif özü bilmədən, “atın” yerini deyib.
Belə ki, Gülağa Tənha və Əhəd Abıyev münasibətlərini ən azı 14 illik tarixi var. Bu savaş 2004-ci ildə pik nöqtəsinə çatdı. Həmin vaxtlar Əhəd Abıyev 71 saylı Masallı Seçki Dairəsindən deputat idi. Ərkivan qəsəbəsi (o vaxt kənd idi) bu dairəyə daxil idi.

Əhəd Abıyev Ərkivanın deputatı olduğu 10 il müddətində burada zərrə qədər də bir xeyirxah iş görmədi. Nəinki görmədi, əksinə Ərkivanın tanınmışlarına - Teymur Yəhyayev, Səftər Əzimov, Əliməmməd Nuriyev, Gülağa Tənha, Zahir Əmənov və başqalarına cürbəcür “papaqlar” atdı, onları aşağılamaq üçün müxtəlif şər-böhtanlardan faydalandı.

Gülağa Tənha isə həmin vaxt “Ağ atlı oğlan” kimi meydana çıxıb qısa müddətə yaşadığı Ərkivanın Miyondi məhəlləsinə asfalt yol, yol kənarına səki, elektrik lampaları çəkdirdi. Şəhidlərin şərəfinə abidə-bulaq ucaltdırdı. Məhəllə qəbiristanlığında bir çox abadlıq işlər gördü. Yüzlərlə insanın problemlərinin həllinə yardımçı oldu.


Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


Belə məqamda Əhəd Abıyevlə Gülağa Tənhanı müqayisə edənlər qəribə mənzərənin şahidi oldular- yəni deputatın əməlləri hara, xeyriyyəçinin əməlləri hara? Bundan qıcıqlanan Əhəd Abıyev Gülağa Tənhanı hədəfə götürdü. Ölkə mətbuatında onun əleyhinə kəskin yazılar dərc etdirdi. Cavab tədbirləri özünü çox göstərmədi. Abıyevlərin keçmiş dostu, həmin vaxtlar isə rəqibi (indi münasibətləri dəqiq məlum deyil) Əhəd Əhədov Bakıda mətbuat konfransı keçirtdi. Ölkənin 30-dan artıq qəzetində, o cümlədən “Cənub xəbərləri” qəzetində (“Uduzan Masallıdır” adlı qoşa səhifəlik yazı ilə) Abıyevlərin bütün neqativ hərəkətlərini tənqid edən yazılar dərc olundu.

Həmin vaxt belə bir məlumat da dolaşdı ki, Ə. Abıyev bir deputatla Gülağa Tənha ilə görüş təyin edir. Ona birlikdə hündür mərtəbəli binalar tikmək təklif edilir. Lakin Ə. Abıyev görüş yerinə 1,5 saat gec gəldiyi üçün G. Tənha da “Mən bu görüşə cəmi 2 saat vaxt ayırmışdım, gecikdiyiniz, 2 saat tamam olduğu üçün mən gedirəm” deyib, onlarla cəmi 30 dəqiqə əyləşib, hesabı da verərək, məclisi nümayişkaranə tərk edib.
İndi saytın “onun bu cür hərəkətlərinə hələ o dövrdə millət vəkili, hazırda Daşkəsən RİH başçısı Əhəd Abıyev haqq səsini qaldırmışdı” yazması qəribə səslənir. Yəni, Əhəd Abıyev də, onun yaxınları da o qədər haqsızlığa göz yumub və o qədər haqsızlıqlar ediblər ki, belə ifadələr bu işin içində olanlara, həmin şəxsləri yaxından tanıyanlara olduqca gülməli və istehzalı görünür.

Gülağa Tənhanı o vaxtki MTN şefi ilə bağlı da hədəfə götürmək ədalətsizlikdir

Yazıda Gülağa Tənhanın Eldar Mahmudovla birgə şəkillərinin olması da yazıda G. Tənhanın günahları kimi göstərilir. Amma xatırladaq ki, Gülağa Tənha Eldar Mahmudovun ən “at oynadan” vaxtında “SəsTV-yə” canlı müsahibə verərək MTN-ni açıq bazara bənzətmişdi. O vaxt hakimiyyətyönlü saytda bunu demək cəsarət tələb edirdi.

Gülağa Tənha sonradan da çox xeyirxah işlər gördü. Şamaxıda Sabirə heykəl qoydurdu, Masallıda məktəb tikdirdi, Qocalar evini əsaslı təmir etdirdi, onlarla alimə, xüsusi istedad sahiblərinə, imkansıza yardımçı oldu.

Lakin yazıda bəzi gileyləri təsdiq etməyə məcburuq. G. Tənha ailə məsələlərində bir qədər qeyri-ciddidir. Etdiklərinin də reklamına bəzən qədərindən çox diqqət ayırır.

Onun verdiyi bir sıra vədlər də təəssüf ki vəd olaraq qalır.
3 il öncə Gülağa Tənhanın deputatlığa namizədliyi qeydə alınmayandan sonra o, Masallıda, o cümlədən Ərkivanda hər hansı bir xeyriyyəçilik etməyib. Kim kimdən küsüb bilinmir.
Əgər DSK hər hansı səbəbdən onun namizədliyini qeydə almayıbsa, bu, ərkivanlıların günahı deyil.

Hazırda Ərkivanın göz deşən problemləri, onlarla imkansızı, soyuqdan evində donmaq üzrə olanları, qaz, işıq pulundakı borca görə çabalayanları, “böyük yola” çıxa bilməyən, təhsil haqqını verə bilməyən istedadları var. Onlar Gülağa Tənhaya hədsiz böyük ehtiyac duyur. İnanırıq ki, olduqca həssas və ürəyi yumşaq Gülağa Tənha yenə doğma yurda üz tutacaq, xeyirxah addımları ilə yüzlərlə insanın ürəyində işıq yandıracaq. Yada da, doğmaya da sübut edəcək o xeyirxahlığı ilə çoxlarının əli çatmayan bir ucalıqdadır.

Ərkivanlılar bir sıra qüsurlarına baxmayaraq Gülağa Tənhanı çox istəyir, ondan çox şey umurlar. Onun qəsəbədə inşa etdiyi, ən azından cənub bölgəsində analoqu olmayan, əhalinin pulsuz istifadə etdiyi 2 mərtəbəli Mərasim evində ona edilən dualar çox şeydən xəbər verir.

Gülağa Tənhadan yeni qalmaqal - bu dəfə o, “cenubxeberleri.com”u məhkəməyə verib


Bəlkə də bəzilər “Sən südlü inək ol, vur səhəngi dağıt” misalını əsas tutub, onun bəzi qüsurlarını da bağışlayırlar.

Qısası, Gülağa müəllim, Ərkivanın da, Masallıda digər məkanların da sənə çox ehtiyacı var. Yenə, həmin “Ağ at”ına min, hər bir mənada KƏNDİNƏ qayıt. Ərkivana vəd etdiyin 15 milyonun heç olmasa 1 milyonunu Ərkivana ərmağan et, qayıt, yerinə qoy “ayı”, “günəşi”. Bu, həm də sənin haqqında yazılanlara, deyilənlərə layiqli cavabın olar.

Zaman da əvvəlki deyil. Sənin gəlişinə bu gün rayon rəhbərindən tutmuş ən sıravi vətəndaşadək hamı sevinər.


Yazının sonunda bir daha anaxeber.az-da gedən yazının sonuncu cümləsini yada salırıq

“Bütün hallarda Gülağa Tənhanın xeyriyyəçilik sahəsində etdiklərini təkrarlaya biləcək kimsə də gözə dəymir”.

Zahir

Qeyd: Masallının digər tanınmışı Mübariz Mənsimov haqqında da deyilmiş və deyilməmiş, deyə bilmədiyimiz sözlər var ki, yəqin həmin məqamlara da yaxın vaxtlarda aydınlıq gətirəcəyik.


















R4suloffR4suloff

OXUNMA SAYI :868

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az