Masallıda inşa edilən bulvardan xəbər var


Burada geniş abadlıq-quruculuq işlərinə start verilib.
Park-bulvar ərazisində velosiped sürənlər üçün isə xüsusi zolaq olacaq.


Bir neçə il öncə xəbər vermişdik ki, Masallı şəhərinin mərkəzində, Viləş çayının hər 2 sahilində bulvar-park inşa ediləcək. Son illər bu istiqamətdə bir sıra işlər də görülmüş, 1 kilometrə yaxın məsafədə sahilbərkitmə, hamarlama işləri aparılmış, 1000-dən artıq ağac əkilmiş və sair.

Masallıda inşa edilən bulvardan xəbər var
Masallıda inşa edilən bulvardan xəbər var
Masallıda inşa edilən bulvardan xəbər var
Masallıda inşa edilən bulvardan xəbər var



İzləyiciləri çox yormamaq üçün icra hakimiyyətindən əldə etdiyimiz məlumatları qısa şəkildə sizə çatdırırıq:


-Bulvar-park 7 kilometrə yaxın məsafəni əhatə edəcək. Belə ki, şəhər 2 saylı məktəbinin arxasından Olimpiya İdman Kompleksinin arxasına qədər uzanacaq;
-Hazırda bu ərazinin 800 metr (təxminən yarısı çayın cənub, yarısı isə şimal tərəfinə olan) uzunluğundakı ərazisində qızğın iş gedir.

Son günlər isə bu ərazidə işlərin sürəti nəzərəçarpacaq dərəcədə artmış, xeyli quruculuq işləri görülmüşdür. Belə ki, 10 min kvadratmetrə yaxın əraziyə beton piltələr döşənmiş, çayla bulvarı ayıran əraziyə şəbəkəli hasarlar çəkilmiş, ətraf ərazilərdə xeyli hamarlama işləri aparılmış, çayın sağ və sol sahilindəki yöndəmsiz binaların arxa tərəflərində rekonstruksiya işləri görülmüş (bu işlərdə milli ənənələrə xüsusi diqqət yetirilmişdir). Artıq bir kafe - yeməkxana binasında hörgü işləri başa çatmış, qısası, burada fasiləsiz quruculuq işinin aparılmasına start verilmişdir.

Bəs yaxın vaxtlarda burada nələr olacaq?

Masallıda inşa edilən bulvardan xəbər var

Masallıda inşa edilən bulvardan xəbər var


Masallı İcra hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlının bildirdiyinə görə, bulvarın şimal tərəfində, təxminən “Rabitə Evi” arxasından körpüyə qədər məsafədə 2 mini futbol, 1 voleybol meydançası inşa ediləcək. Eyni zamanda bura istirahətə gələnlərin açıq havada bilyard, tennis və digər stolüstü oyunlarla məşğul olmaq imkanları olacaq. Cənub istiqamətində isə 4 fontan, açıq konsert meydanı, hamının pulsuz istifadə edə biləcəyi sadə idman qurğuları, stolüstü oyunlar meydanı, velosiped sürənlər üçün 2 kilometr məsafəsi olan xüsusi zolaq, ana-uşaq kafesi, çoxlu saydan uşaq-əyləncə yerləri, qısası, müasir bulvar-parka məxsus olan hər şey - xüsusi, orjinal işıqlandırma sistemi, oturacaqlar, kölgənəcəklər, maşın parklama yeri və sair.

Masallıda inşa edilən bulvardan xəbər var

Masallıda inşa edilən bulvardan xəbər var

Masallıda inşa edilən bulvardan xəbər var


Bulvara 4 istiqamətdən giriş olacaq.
Ən əsası burada Masallının milli ənənələrinə, qədimlik nişanələrinin qorunmasına, təbliğinə, saxsı qabların, həsirlərin, sandıqların və sairin sərgisinə və satışına şərait yaradılacaq. Həmçinin burada qədimliyimizin nişanəsi olan ikimərtəbəli ləmlər inşa ediləcək.

Masallıda inşa edilən bulvardan xəbər var

Masallıda inşa edilən bulvardan xəbər var

Masallıda inşa edilən bulvardan xəbər var


Buranın həmişə sərin küləkli, çaydan gələn mehi bulvara istirahətə gələnlərə xüsusi rahatlıq gətirəcək.
Həm daxili imkanlar, həm iş adamlarına yaradılmış şəraitin hesabına burada az qala hər həftə, hər gün yeni işlərin şahidi olacaqsınız. Birinci mərhələdə işlərin yekunlaşması isə ilin sonuna, ən geci qarşıdakı Novruz bayramına başa çatacaq. Bu sahədə maraqlı təklifi olanlar varsa, həmin təklifləri də nəzərdən keçirtməyə hazırıq.

Bu kiçik müsahibədən istifadə edərək bildirim ki, yaxın günlərdə yeni çəkilən Ələt - Astara magistral yolundan şəhərə ən qısa, həmin yolun Hüseynhacılı kəndindən - Olimpiya Kompleksinə, Heydər Əliyev prospektinə çıxışını təmin edən 1.5 km. yolun genişlənməsi və bura asfalt döşənməsi başa çatacaq. Həmin istiqamətdən Öncəqala kəndinə dönən yola qədər isə piyadalar üçün səki çəkilir və işıqlandırma sistemi qurulur. Bu işlər də yaxın həftələrdə yekunlaşacaq.

Yaxın 1-2 ay müddətində isə Masallı Sənaye Məhəlləsinin açılışı gözlənilir.

Eminli-Qarğalıq-Kürdəbaz - Böyük və Kiçik Səmidxan-Seybətin döngəsi istiqamətində 17 kilometrlik məsafənin 15 km.dan artıq hissəsinə, Seybətinin girişinə qədər asfalt döşənib, digər hissəsində isə işlər 4-6 gün müddətinə yekunlaşacaq. Bundan əlavə Təzəkənd dairəsindən Təzəkənd məscidinə qədər 3.5 km məsafəyə bu günlərdə asfalt döşənməsinə başlanılıb.

Görülən və görüləcək işlər sırasına Gəyəçöl kəndində yeni məktəb, bir neçə kənddə modul tipli məktəbləri, uşaq bağçalarını, yeni yarımpaylayıcı elektrik stansiyasını və sairi də əlavə edə bilərik.




Arzu Əliyeva
R4suloffR4suloff

OXUNMA SAYI :2857

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az