“Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək” layihəsi-Lənkəran


“Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək” layihəsi-Lənkəran


23 – 24 iyul 2018 tarixlərində Lənkəran şəhərində Ekoloji Tarazlıq İctimai Birliyi (Azərbaycan) və KeTuRy (Finlandiya ) İctimai Birliyi tərəfindən “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində təlimlər keçirilmişdir.

Layihə Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Təlimlərdə Astara, Lənkəran və Masallıdan ümumilikdə 10 sahibkar və ya sahibkar olmaq istəyən qadınlar iştirak etmişdir. İştirak edən qadınlar dərzilik, toxuma əl işləri, turizm bələdçiliyi və s. müxtəlif peşə sahibləri olmuşdur.

Təlim müddətində sahibkarlıq fəaliyyətinin qurulması, sahibkarlığın hüquqi formaları, biznes plan və marketinq, turizm biznesinin inkişafı, sənətkarlıq sahəsinin turizm sahəsi ilə əlaqələndirilməsi və biznesinin qurulması və s. bu kimi mövzularda təlimlər baş tutmuşdur.

Təlimləri beynəlxalq dərəcəli (Beynəlxalq Əmək Təşkilatının) biznes təlimçi Rafət Şirəliyev aparmışdır.

“Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək” layihəsi-Lənkəran


Bölgədə kənd turizmi potensialı çox böyükdür. Lənkəran-Astara turizm bölgəsi də öz suptropik iqlimi, təbiəti və abidələri ilə kənd-turizm mərkəzlərinin yaradılması üçün potensial ərazilərdəndir. Həmin bölgə mineral su bulaqları ilə zəngindir.

Onların arasında termal sulu olanlar da var, soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində "İstisu" mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir.
Lənkəranda Haftoni, Xanbulan, Rvo, Vel-Siyavar, Kənarmeşə, Sütəmurdov, Lerikdə Hamarmeşə, Günəşli, Lüləkəran, Sivəkəran, Astarada Kijəbə, Tüləgüvan, Sım, Siyəkü, Əsxənəkaran, Masallıda Şıxlar, Qəriblər, Mahmudavar, Tüklə, Qızılağac, Yardımlıda Pirembel, Çayüzü kəndləri öz unikallığı ilə turistləri ən çox cəlb edən turizm məkanlarıdır.

Azərbaycanın Lənkaran-Astara, Şəki-Qəbələ, Quba regionlarında kənd-turizmi sahəsində fəaliyyət göstərən qadınların biznes biliklərinin artırılması, turizm sahəsində, xüsusi ilə də “kənd turizmi” sahəsində fəaliyyət göstərən sahibkar qadınlara imkanların yaradılması nəzərdə tutulur.

Layihə çərçivəsində kənd turizminin marketinq strategiyasının hazırlanması və ictimai müzakirə olunması, Finlandiya və Azərbaycan Universitetlərində turizm ixtisası üzrə təhsil alan tələbələr arasında müəllim tələbə mübadiləsi, Finlandiya vətəndaşlarının Azərbaycana səfərlərinin təşkil olunması və Azərbaycanda kənd turizmi yönümlü turlarda iştirak edilməsi, Azərbaycanda dayanıqlı kənd turizmi potensialının gücləndirilməsi hədəf kimi, layihənin əsas məqsədləri kimi layihə icra qrupunun qarşısına qoyulmuşdur.


R4suloffR4suloff

OXUNMA SAYI :1066

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az