Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO




Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO


Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.

Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək, köynəyi cırılmış halda onu Hacı Mazan və ətrafındakı şəxslərin döydüyünü bildirib. Vətəndaş iddia edib ki, iş adamı və onun ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər. Eləcə də evindəki əşyaları dağıdıblar. Bundan başqa şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn Xəzər televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı Hacı Mazan mikrofonu müxbirin əlindən dartaraq alır. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışır.

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO


Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO


"Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında "iNAM BAYRAM-M" MTK-ya məxsus binada yaşayıram. Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var. Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm. Bundan sonra tibbi-ekspert komissiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım. Məndən əlavə televiziya işçilərinə də hücum olundu. DİN-nın 102 xidmətinə də məlumat vermişəm. Ümid edirəm təqsirkarlar cəzalanacaq."


Cenubxeberleri.com'dan: Qarşı tərəfin də fikri olarsa ona da yer ayırmağa hazırıq.


Yazı Musavat.com, Unikal.org saytlarına istinadən paylaşılır.










R4suloffR4suloff

OXUNMA SAYI :1282

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az