Masallıda  1 həftədə Fövqəladə Hallar Nazirliyinin 2 işçisi intihar edib

İntihar edənlərdən birinin xeyli kredit borcu olduğu bildirilir

Dekabr ayının son həftəsində - 6-sı9-da Fövqəladə Hallar nazirliyinin  Masallıdakı Yanğından Mühafizə Dəstəsinin 2 əməkdaşı özünü asıb. 1-ci hadisə Masallı rayonun Həsənli kəndində baş verib. 32 yaşlı, bir neçə uşaq atası, FHN  Masallıdakı YMD-nin işçisi Eminov Elşad Qismət oğlu həyətlərindəki tövlədə özünü asıb. Onun kifayət qədər əmək haqqı olub, eləcə də iqtisadi cəhətdə çətin durumda yaşamadığı bildirilir. Lakin E. Eminovun son vaxtlar çox əsəbi, aqressiv olduğu barədə də söhbətlər dolaşır.

2-ci hadisə isə Masallı rayonun Türkoba kənində baş verib. 1981-ci il təvəllüdlü, 2 uşaq atası, hazırda FHN Masallı YMD-nin işçisi Quliyev Ramin Rabid oğlu 9 dekabr 2018-ci ildə  həyətlərindəki hamamda özünü  asıb.

Xatırladaq ki,  Ramin Quliyev bundan əvvəl, təxminən 5 il öncə İmişli yolunda avtomobil qəzasına düşmüş, həmin qəzada 3 qohumu rəhmətə getmiş, hazırda intihar edən Ramin isə ağır yaralanaraq, hər 2 ayağından ciddi zədə almışdır.

Ərazidə dolaşan söhbətlərə görə Ramin Quliyev yüksək maaş aldığından özünün və iş yoldaşlarının  adına xeyli miqdarda kredit götürmüş, eləcə də yaxınlarından borc almış  və həmin pulların  qaytarılması problemə çevrilmişdir.

Bir məlumatı da xatırladaq ki, Ramin Quliyevin atası Rabid Quliyev uzun müddət qonşuları  ilə çox kəskin yol mübahisəsi, dəfələrlə məhkəmə çəkişmələri, dava-dalaşlar olmuş və bu işlərdə onun xeyli pulları xərclənmişdir.

Bütün hallarda hər iki gəncə Allah rəhmət etsin deyir, yaxınlarına səbir diləyirik.

Arzu Əliyeva

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter