Arzuları reallaşdıran Arzu xanım

 

“90-a yaxın aprel şəhidimizin hər birinin ailəsinin ziyarətçisi olmuş, bəzilərinin anım gününü təşkil etmişəm”

 

Bağırova Arzu Zakir qızı. Valideynləri Masallı rayonunun Dəmirçi (Bədəlan inzibati ərazi dairəsi) kəndindəndir. Özü Sumqayıt şəhərində anadan olub. Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda həmin ali məktəbin magistr pilləsində qiyabi təhsil alır.  “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədridir. Öz eloğlusu ilə ailəlidir. 4 övlad anasıdır.

 

Son vaxtlar xeyriyyəçiliyi, eləcə də digər  işlərdə yüksək fəallığı ilə seçilən, əslən Masallıdan olan Arzu Bağırovanın uğurlu addımları diqqət çəkir. Bütün bunları nəzərə alıb, onunla bir qədər söhbətləşmək qərarına gəldik.

 

Arzu xanım, nədən qərar verdiniz ki, QHT sektorunda özünüzü sınayasınız?

 

Hələ orta məktəb illərində ictimai işlərə böyük marağım olub. Məktəbdə keçirilən tədbirlərin nəinki ən fəal iştirakçısı, həm də bir çox tədbirlərin təşkilatçısı, aparıcısı olmuşam. Belə tədbirlər mənə böyük fərəh, qüvvət  verir, həm özümü öz gözümdə, həm də kollektivimizdə daha da ucaldır, daha böyük işlərə ruhlandırırdı. Sonrakı illərdə də, necə deyərlər, bu “xasiyyətimi” tərgitmədim. İnsanları sevindirməkdən, xeyiriyyəçilik etməkdən həm sevinir, həm də qürur duyurdum. Qaldı ki, sualınızın dəqiq cavabına, onu deyim, həyatda hərənin bir işdə bəxti gətirir, mənim isə bəxtim onda gətirib ki, həmişə qarşıma dəyərli insanlar çıxır. Belələri ilə tanışlığım sonradan möhkəm dostluğa çevrilir. Çünki hamı ilə münasibətlərimi saf niyyətlər, səmimi sevgilər üzərində qururam. Bəxtimə çıxan belə dostlardan biri də millət vəkili, can sirdaşım, dəyərli əməlləri ilə Azərbaycan qadınlarının sanki ziyalılıq simvoluna çevrilmiş Qənirə xanım Paşayevadır. Bunu ona görə xüsusi vurğulayıram ki, mənim içtimai işlərə belə ürəkdən bağlanmağıma, ictimai birlik yaratmağıma əsas ruhlandıran, stimul verən o oldu. Bu dostluğun, ictimai bağlılıgın nəticəsi isə xeyirxahlıqla dolu çoxlu aksiyalar, maarifləndirici tədbirlər, işgüzar səfərlər oldu. Bu işə bir qədər gec qoşulmağım isə,   övladlarımın azyaşlı olması ilə bağlı idi. Elə ki, sonuncu övladım Rəhimi məktəbə yolladım, sonra bu işlərə daha sıx bağlandım..

 

Rəhbərlik etdiyiniz İctimai Birlik hansı uğurları ilə öyünür?

Rəhbərlik etdiyim ictimai birliyin 1 yaşı mart ayında tamam olacaq. Yaşımız 1-i keçməsə də, təşkilatımız “körpəlik” səviyyəsində olsa da, təvazökarlıqdan kənar da olsa deyim ki, gördüyümüz işlərin siyahısı “1 yaşlıya ” bənzəməz. Onlardan  bəzizsini sadalaya bilərəm.  .Qardaş Türkiyənin Nazilli vilayətindən 32 nəfərdən ibarət nümayəndə heyəti, “Nazillidən Azərbaycana könül körpüsü” layihəsi çərcivəsində bizim dəvətimizlə Masallı rayonuna səfər etdilər. Maraqlı görüşlər və konsert proqramı keçirtdik. Daha sonra, Masallı rayonunda yerləşən məktəblərdə bir sıra maarifləndirici tədbirlərlərimiz oldu. Bir cox elmi və bədii kitabların çapına və təqdimatına dəstək oluruq. Fiziki imkanları məhdud istedadlı gənclərimizin yaradıcılıq gecələrini və Turkiyədə rəsm sərgilərini  təşkil etmişik. Türkiyənin bir çox vilayətlərində Qarabağ, Xocalı parklarının açılışlarına  və Qarabag həqiqətləri ilə baglı konfranslara qatılmışıq. Onu da qeyd edim ki hər zaman şəhid ailələrinin yanındayıq və onlar bizim ucun qiymətlidirlər. Bir çox iştirak etdiyim konfranslar və sammitlər olur ki,  bunlardan ikisini xüsusi ilə vurğulamaq istəyirəm. Avstraliyanın Sidney şəhərində keçirilən “Ümumdünya Qadın Sammiti” və Taylandın Banqkoq şəhərində keçirilən “Asiya Sakit Okean Regional” konfrasında iştirak etmişəm..Bakıda konfransını təşkil etdiyimiz və yadda qalan tədbirlərimizdən biri də Azərbaycan əsilli iranlı, Türkiyədə yaşayan araşdırmaçı yazar, Yaşam Koçu Sara Pour ilə Bakıda “Uğurun açarı - Özgüvən” adli tədbir təşkil etdik və bu tədbirdə 70-ə yaxın qadın iştirak etdi.

geniş təbliğ etməkdir.

Yay aylarında Masallının Ərkivan qəsəbəsi, Bədəlan və  Hişgədərə kəndlərində, “Dəfinə”liseyində təşkil etdiyimiz görüşlər də yadda qalan tədbirlərimizdəndir. Sizin sayt da bu tədbiri çox maraqlı işıaqlandırmışdı (Link əlavə edilir-http://cenubxeberleri.com//1331-tedbirlerden-bezenler-uchun-unudulmaz-tedbirler.html)Bu tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Rəşad Mahmudov, tanınmış yazarlar Rəşad Məcid, Xəyal Rza ilə görüşlərimiz hədsiz marağa səbəb olmuşdi. Belə tədbirlərimiz onlarladır. Təəssuf ki zaman baxımından hamısını sadalaya bilmirəm. Əsas məqsədimiz cəmiyyətin hüquqi və iqtisadi maarifləndirmə işinə töhfə vermək,  bu yöndə Cənab Prezdentimiz İlham Əliyevin rəhbərliyi altında  həyata keçirilən  siyasəti, görülən işləri, qəbul olunan qanunları və proqramları əhalimiz arasında  

 

Sirr deyil ki, bəziləri QHT-i yaradanda əsas hədəfləri o olur ki, qrantlar, digər yardımlaralsınlar. Siz necə, belə qrantlar almısınızmı?

 

Düzünə qalsa, yox.  Biz nə etmişiksə ailəmin, həyat yoldaşımın və dostlarımın mənə dəstəyi, nüfuzu, həmrəyliyi sayəsində etmişik. Onların dəstəyi məni daha da ruhlandırır. Çoxlarına bəllidir ki, insanların, xüsusən qadınların hüquqi və iqtisadi maarifləndirilməsi sahəsində xeyli problemlər var. Biz bu sahədə hökumətimizə yardımçı olmaq istəyirik. 

Regionlarımızda bu sahədə vəziyyət daha ağrılıdır. Bir çox qadınların  hüquqi  və iqtisadi bilikləri aşağıdır. Çətin duruma düşən kimi nə edəcəklərini bilmirlər. İqtisadi müstəqillikləri olmadığı üçün daim

arzulamadığı şərtlərə yaşamaq məcburiyyətindədirlər. Yuxarıda qeyd etdiyim kimi, bununla bağlı şəxsi vəsaitim və yaxın dostlarımızın hesabına bir neçə maarifləndirici təlimlər təşkil etmişilk. Qarşıdakı aylarda bu işlərimiz yüksələn xətlə davam edəcək. Mənə olduqca doğma olan cənub bölgəsi birincilər sırasında olmaqla regionlarda bu istiqamətdə  tədbirlərimiz daha çox olacaq. Sevinirəm ki, bu işdə bizə dəstək vermək istəyən könüllülər kifayət qədərdir.

 

Sizin fəaliyyətə nəzər salanda maarifləndiririci işlərlə yanaşı xeyiryyəişləriniz də diqqəti daha çox cəlb edir. Bu bir təsadüfdür, ya...

 

Yox. Qətiyyən təsadüf deyil. Xeyriyyəçilik mənim və dostlarımın ruhundadır. Bir də görürsən ki, 10-15 qadın toplaşıb, yardımlaşıb, bir xəstə uşağın müalicəsini, bir ağrılı problemin həllini yoluna qoyuruq.

90-a yaxın aprel şəhidimizin hər birinin ailəsini ziyarət etmiş, bəzilərinin anım gününü təşkil etmişəm. Yerlərdə Novruz bayramları, kitab bayramları təşkil etmişik və edəcəyik. Bu il Masallı rayonunda 600-dan artıq bal yığan  məzunlarla görüşə də hərtərəfli dəstək verdik.

 

Rəhbərlik etdiyiniz Regional Huquqi və İqtisadi  Maarifləndirmə  İctimai Birliyi maraqlı hədəflərdən xəbər verir. Xüsusən regionda insanların iqtisadi və hüquqi maarifləndirilməsini nəinki daha çox, deyərdim, hətta kəskin ehtiyac var. Həmin birliyin cənub bölgəsində regional ofisini açmağı  planlarınıza daxildirmi?

 

Bəli var.

 

Olduğunuz görüşlərdə kifayət qədər pulsuz kitablar paylayırsınız. Özünüzün necə, mütaliə etməyə marağınız böyükdürmü?

 

Əlbəttə böyükdür. Bütün həyatım kitablar içində keçir. Mətbəə işi, yaradıcı insanlarla dostluq... bu sırada mütaliəsiz qalmaq mümkünsüzdür. Kitabları münasibətdə isə bölügücülük etmirəm. Hər yaxşı kitab, istər elmi-fantastik, istər tarixi, istər psixoloji kitablarını, xatirə ədəbiyyatını eyni maraqla oxuyuram. O cümlədən səyahət kitablarına marağım kifayət qədərdir.

 

Tez-tez səfərlərdə olursunuz. Bu sizin xobbinizdir, ya rəhbərlik etdiyiniz ictimai birliyinin fəaliyyəti ilə bağlıdır?

 

Məktəb vaxtı  arzular barədə inşa yazanda  həmişə dünya səyahətin arzulayardım.  Sevimli yazıçımız Qəzənfər Paşayevin “6 il Dəclə Fərat sahillərində” xatirələr kitabını oxuyandan sonra (həm də bir neçə dəfə) səyahət marağım daha da artdı. Sanki quş olub bütün dünyanın dolaşmaq istəyirdim. Avropa, Asiya, Avstraliya qitələrindəki onlarla ölkədə, yüzlərlə şəhərlərdə olmuşam.  Tokio, Sankt-Peterburq, Roma, Praqa, Vyana, Paris, Barselona, Budapeşt,  Moskva, Tailand,Kuala-Lumpur, Jakarta, Sidney, İstanbul, Ərzurum... Fərqli mədəniyyətlər, fərqli insanlar,, bu səfərlərlə bağlı nurlu xatirələr... unudulan deyil.

 

Cəmiyyətə olduqca açıq olan ziyalı bir qadınsınız. Dostlarınız da göründüyü kimi kifayət qədərdir. Əgər sirr deyilsə,  dostlarınız sizi nələrdə qınayırlarmı?

 

Bir az xatalı suallar verirsiniz. Amma səmimi deyirəm ki, dostlara məni qınayası olacaq dərəcədə bir əsas vermirəm. Bu vaxta qədər kiməsə zərrə qədər də pisliyim keçməyib. İnanırsınız ki, heç kimlə  incikliyim yoxdur. Harada anlaşılmazlıq olarsa,  kifayət qədər gücüm olsa da, güzəşt etməyə, bağışlamağa çalışıram. Dostlarım bilir ki,  mənimlə küsülü qalmaq mümkünsüzdür. Məsləhətləşməyi, etiraf etməyi xoşlayıram. Necə deyərlər, mən sözdə yox, həyatda, hər əməlimdə ətrafımdakılarla dost, qardaş, bacıyam.

 

 Bəlli olduğu kimi bu günlərdə, sizin də iştirakınızla masallılar.az saytının təqdimatı oldu. Masallı torpağında boya-başa çatan ziyalı qadın kimi bu saytla, eləcə də rayondakı ictimai təşkilatlarla  əməkdaşlıq etməyi düşünürsünüzmü?

 

Öncə bu saytın təqdimatına  dəvət olunduğum üçün təşkilatçılara təşəkkür edirəm. İkincisi, son illər regionda belə maraqlı, belə yadda qalan tədbirin şahidi olmamışdım. Çox maraqlı ifaçılar, təqdimatlar, canlı yayımlar unudulmaz idi. 2 saat necə keçdi, bilmədim. Mən də borclu qalmayacam. Bu sayta hədiyyə kimi Masallı musiqiçiləri və Masallının brendləri adlı roliklərin hazırlanmasını və maliyyəsini öz üzərimə  götürmüşəm. Daha sonra Masallı alimləri haqqında kitabın çapına sponsorluq etmək istəyirəm.

Sualn 2-ci hissəsi ilə bağlı isə bildirim ki, Masallıdakı fəaliyyətimdə  “Ümidim sənsən” ictimai birliyinə və “Masallı qadın resurs mərkəzi” ilə əməkdaşlığa çox güvənirəm. Nə qədər bir olsaq,  rayonumuz daha da çiçəklənər və bölgələrimizin inkişafı daha da guclu Azərbaycan deməkdir.

Ən yaxın hədəfləriniz?

Daha bütün ”sirlərimi” açmayım da. Yaxın vaxtlarda çox maraqlı işlərimizin  şahidi olacaqsınız. Öncə mart ayımda 1 yaşımızı qeyd edək, daha sonra həm  xeyriyyə, həm maarifləndirici işlərimiz davam edəcək. Hamınıza uğurlar.

Hazırladı Zahir


 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter